618) Uşaqlıq və uşaqlıq borusunun əsas funksiyasına nə aid deyil?
A) Uşaqlığın selikli qişasında hamiləlik üçün əlverişli şəraitin olmaması
B) Uşalıq selikli qişasının funksional qatının qopması
C) Uşaqlığın selikli qişasında hamiləlik üçün əlverişli şəraitin olması
D) Uşaqlığın selikli qişasının funksional qatının regenerasiya olması
E) Uşaqlıqda döl yumurtasının implantasiyası üçün yatağın əmələ gəlməsi
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
619) Aybaşı siklində ritmiki təkrar olunan fizioloji dəyişikliyə nə aid deyil?
A) Qarın boşluğunda baş verən dəyişikliklər
B) Uşaqlıq siklində baş verən dəyişikliklər
C) Qadının bütün orqanizmində baş verən dəyişikliklər
D) Hipotalamo – hipofizar sistemdə olan dəyişikliklər
E) Yumurtalıq siklində baş verən dəyişikliklər
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
620) Follikul yetişdikcə onun birləşdirici toxuma təbəqəsində nə baş verir?
A) İnkişaf edən follikul yumurtalığın sinir elementi ilə qıcıqlanır
B) Birləşdirici toxuma təbəqəsi inkişaf edir, iki qat əmələ gəlir
C) Birləşdirici toxuma təbəqəsi inkişaf edir, arası maye ilə dolur
D) Birləşdirici toxuma təbəqəsi inkişaf edir, şüalı tacla əhatə olunur
E) Birləşdirici toxuma təbəqəsi inkişaf etmir
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
621) Aybaşı qanının tərkibini nə təşkil edir?
A) Uşaqlıq vəziləri şirəsinin xeyli qarışığı və endometriyanın funksional qatının dağılan hissələri
B) Endometriyada heç bir dəyişiklik baş vermir
C) Aybaşı qanının tərkibində ferment olmur
D) Uşaqlıq vəzilərinin şirəsi olmur
E) Uşaqlıq vəzi şirəsi az olur, funksional qatın hamısı
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
622) Follikul stimuləedici hormon (FSH) nəyə səbəb olur?
A) Generativ funksiyaların dayanmasına
B) Estrogen və progesteronun eyni vaxtda ifrazına
C) Follikulların inkişafına, yetişməsinə, estrogen hormonunun ifrazına
D) Yumurtalıqda asiklik dəyişikliyin əmələ gəlməsinə
E) Follikulun inkişafına, yetişməsinə, progesteron hormonunun ifrazına
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
623) Estrogenlərin bioloji xüsusiyyətlərinə nə aid deyil?
A) Uşaqlığın spontan yığılmasına, cinsi hissiyyatın yaranmasına səbəb olur
B) Cinsiyyət orqanlarının hiperemiyasına və maddələr mübadiləsinin güclənməsinə səbəb olur
C) Daxili sekresiya vəzisinin funksional inkişaf etmə dövründə ən yüksək səviyyəyə çatır
D) Enerji mənbəyi olan fosfor birləşməsinin miqdarının artmasına səbəb olur
E) İkincili cinsi əlamətlər əmələ gəlir
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
624) Uşaqdoğma funksiyasının xarakterini aydınlaşdırmaq üçün aşağıdakılardan hansı əhəmiyyətə malik deyil?
A) Cinsi həyatın başlanmasından sonra hamiləliyin olması, birinci hamiləliyin baş vermə müddəti
B) Keçirilmiş abortlar və onların xarakteri
C) Doğuşların və xüsusi ilə zahılıq dövrünün gedişi
D) Yumurtalıqların funksiyasının pozulması və ovulyasiyanın olmaması halı
E) Hamiləliyin sayı, gedişi və nəticəsi
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
625) Mayalanma qabiliyyətinin olmamasına hansı amil aid deyil?
A) Boruların keçiriciliyinin pozulması
B) Cinsi həyata başladıqdan sonra hamiləliyin olması
C) Yumurtalıqların funksiyasının pozulması ilə baş verən endokrin pozğunluqlar
D) Ovulyasiya prosesinin pozulması şərti ilə xroniki ooforit və periooforitlər
E) Boruların iltihabı ilə uyğunlaşan endoservisitlər
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
626) Sidiyin tez – tez ifrazı cinsiyyət orqanlarının hansı xəstəliyi ilə əlaqədar ola bilər?
A) Uşaqlığın normal yerləşməsi
B) Aralığın cırılması
C) Sidik kisəsi – uşaqlıq yolu fistulası
D) Uşaqlıq yolunun ön divarının enməsi
E) Uşaqlığın natamam sallanması
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
627) Qonşu üzv olan bağırsağın funksiyasının pozulmasında hansı hal müşahidə obyekti sayılmır?
A) Defekatsiya aktının səhərlər ağrısız olması
B) Nəcisin və qazın saxlanmaması
C) Dekatsiya aktı zamanı qanlı ifrazatın olması
D) İshalın olması
E) Defekatsiyada ağrılar, tenezm
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология»
628) Ginekoloji əməliyyatdan sonra hansı hal ağırlaşma sayılmır?
A) Əməliyyatdan sonra dəri və dərialtı toxumada irinləmə
B) Aşağı ətraf venalarının tromboflebiti
C) Narkozdan sonra xəstənin dəri və görünən selikli qişalarına nəzarət
D) Cinsiyyət yollarından qanlı ifrazatın əməliyyatdan sonra görünməsi
E) Əməliyyatın ilk saatlarlnda qanaxma
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
629) Aşağıdakılardan hansı ginekoloji əməliyyata aid deyil?
A) Salpinqooforektomiya
B) Ovarioektomiya
C) Uşaqlığın ekstripasiyası
D) Tubektomiya
E) Appendiksektomiya
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
630) Aşağıdakılardan hansı uşaqlıq yolu əməliyyatına aid deyil?
A) Arxa tağdan qarın boşluğunun punksiyası
B) Yumurtalığın rezeksiyası
C) Uşaqlıq boynunun plastik əməliyyatı
D) Uşaqlıq boynun elektrokonizasiyası
E) Uşaqlıq yolunun ön divarının plastikası (ön kolporafiya)
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
631) Uşaqlığın amputasiyasına göstəriş nədir?
A) Qanaxma ilə nəticələnən uşaqlığın submukoz mioması
B) Uşaqlıqdan kənar hamiləlik
C) Uşaqlıq boynunun travmatik cırıqları
D) Qanaxma ilə nəticələnən uşaqlıq abortu
E) Uşalığın anomaliyaları
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
632) Ginekoloji xəstəliklərin hansında təcili əməliyyata ehtiyac duyulur?
A) Uşaqlıdan kənar hamiləlik
B) Klimakterik qanaxma
C) Disfunksional uşaqlıq qanaxması
D) Yumurtalığın kəskin iltihabı
E) Uşaqlığın fibromioması
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
633) Aşağıdakı simptomlardan hansı boru abortuna aid deyil?
A) Uşaqlıq artımlarının birtərəfli böyüməsi
B) Dil quru, ərplə örtülüdür
C) Dəri örtüyünün avazıması, dodaqların və dırnaqların göyərməsi
D) Ağrının qəflətən baş verməsi, bayılma
E) Hərarətin normal və ya subfebril olması
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
634) Aşağıdakı simptomlardan hansı uşaqlıq artımlarının iltihabi xəstəliyinə aiddir?
A) Hərarətin normal və ya subfebril olması
B) Ağrının düz bağırsağa vurması
C) Bayılma ilə nəticələnən ağrının olması
D) Qasıq nahiyyəsində kəskin, tutmaşəkilli ağrının olması
E) Qarının aşağı hissəsində ağırının həmişə olması
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
635) Uşaqlıqdan kənar, hamiləliyə aid olmayan simptom hansıdır?
A) Kəskin ağrı, azacıq qanlı ifrazatın olması
B) Yüksək hərarət, kskin olmayan ağrı, ürəkbulanma və qusmanın olmaması
C) Xəstənin xarakter göskəmi
D) Kəskin ağrı, üərkbulanma və qusma olmur
E) Qarının ön divarının əzələsi gərgindir
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
636) Aşağıdakılardan hansı ultrasəs müayinəsi vasitəsilə təyin edilmir?
A) Uşaqlıqda fibromatoz düyünlər
B) Uşaqlıq boynun psevdoerroziyası
C) Uşaqlığın endometriozu
D) Uşaqlığın anomaliyası
E) Uşaqlıda hamiləlik
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
637) Ginekologiyada hansı müayinə üsulundan nadir hallarda istifadə edilir?
A) Rentgen – kontrast müayinə üsulu
B) Xüsusi müayinə üsulları
C) Endoskopik müayinə üsulu
D) Ümumi müayinə üsulları
E) Tibbi – genetik üsul
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
638) Fizioloji həqiqi amenoreyaya nə daxil deyil?
A) Əmizdirənlərin əksəriyyətində (zahılıq dövründə)
B) Qızlıq pərdəsinin bütöv olması
C) Cinsi yetişkənliyə qədər
D) Hamiləlik vaxtı
E) Menopauza dövründə
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
639) Aşağıdakılardan hansı patoloji amenoreyaya aid deyil?
A) Klimakterik amenoreya
B) Hipotalamik və ya mərkəzi amenoreya
C) Yumurtalıq amenoreyası
D) Psixogen amenoreya
E) Hipofizar amenoreya
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
640) Uşaqlıq qanaxmasının hansı forması qadının həyatı üçün çox təhlükəlidir?
A) Qorxulu abort
B) Başlanğıc abort
C) Natamam abort
D) Hərəkətdə olan abort
E) Uşaqlıq boynu hamiləliyi
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
641) Aşağıdakı əlamətlərdən hansı ginekoloji peritonitə aid deyil?
A) Dəri və görünən selikli qişaların rənginin normal olması
B) Qarın divarının gərgin olması
C) Möhkəm ağrı vaxtı uşaqlığın və artımların əllənməməsi
D) Uşaqlıq boynunun hərəkəti zamanı ağrının olması
E) Arxa tağın sallanması və ağrılı olması
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
642) Aşağıdakılardan hansı qız uşaqlarının cinsiyyət orqanlarının anatomik - fizioloji xüsusiyyətlərinə aid deyil?
A) Neytral dövr
B) Cinsi yetkinlik dövrü
C) Prepubertal dövr
D) Yeni doğulmuş dövr
E) Pubertal dövr
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
643) Uşaqlara xüsusi ginekoloji yardım işini aparmaq üçün haralardan istifadə edilmir?
A) Uşaq xəstəxanasının nəzdində olan uşaq şöbələrindən
B) Məktəblərdən
C) Uşaq poliklinikalarının nəzdində olan uşaq ginekoloji kabinələrindən
D) Qadın məsləhətxanasından
E) Uşaq bağçalarından
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
644) Orqanizmin reaktivliyini dəyişən və desensebilizəedici terapiyaya nə daxil deyil?
A) Kalsi preparatları ilə terapiya
B) Vitaminoterapiya
C) Simptomatik terapiya
D) Autohemoterapiya
E) Biogen stimulyatorlar
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
645) Ginekoloji xəstələrin əsas müalicə prosedurlarına nə daxil deyil?
A) Uşaqlıq yoluna emulsiya və mazla tampon yeridilməsi
B) Uşaqlıq yoluna xüsusi şamların yeridilməsi
C) Uşaqlıq boynunun işlənməsi
D) Uşaqlıq yolunun dərmanla işlənməsi
E) Dərmanla imalə
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
646) Ginekoloji baxış otağında hansı alətlərdən istifadə edilmir?
A) Folkman qaşığı
B) Kateter
C) Kornsanq
D) Lanset
E) Pinset, şpatel
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
647) Xarici cinsiyyət üzvləri əsasən nə vaxt zədələnə bilməz?
A) Zərbə və əzilmə ilə
B) Kəsici və küt alətlə
C) Süni abort vaxtı
D) Kobud cinsi əlaqə zamanı
E) Yıxılarkən
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
648) Cinsiyyət üzvlərinin bədxassəli şişinə nə aid deyil?
A) Uşaqlıq boynunun şişi
B) Uşaqlığın şişi
C) Yumurtalığın kistası
D) Yumurtalığın şişi
E) Uşaqlıq yolunun şişi
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
649) İtiuclu kondiloma əsasən cinsiyyət üzvlərinin hansı hissəsində müşahidə edilmir?
A) Uşaqlıq boynunda
B) Aralıqda
C) Uşaqlıq yolu dəhlizində
D) Uşaqlıqda
E) Uşaqlıq yolunda
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
650) Uşaqlıq borularının vərəmə tutulma ehtimalı neçə faiz təşkil edir?
A) 50%
B) 85%
C) 24%
D) 60 – 70%
E) 5 – 8%
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
651) Uşaqlıq boynunun xərçəngi diaqnozunu təsdiqləyən üsul hansıdır?
A) Uşaqlıq boynunun biopsiyası, histoloji müayinə ilə
B) Uşaqlıq yolundan götürülən yaxmanın təmişlik dərəcəsinə görə müyinəsi
C) Uşaqlığın zondlanması
D) Uşaqlıq boşluğundan diaqnostik məqsədlə materialın götürülməsi
E) Uşaqlıq boynun güzgülərlə müayinəsi
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
652) Kişi sonsuzluğunun diaqnozunu qoymaq üçün əsasən nəyin müayinəsi aparılır?
A) Anomaliyalı spermatozoidlərin təyini
B) Eyakulyatda təkcə ölü və hərəkətsiz spermatazoidlərin təyini
C) Eyakulyatın mikroskopik müayinəsi
D) Eyakulyatın histoloji müayinəsi
E) Eyakulyatda spermatazoidlərin miqdarı və xarakteri
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
653) Süni tibbi abort zamanı baş verən ağırlaşma nə ola bilər?
A) Endometriozun inkişaf etməsi
B) Uşaqlığın perforasiyası
C) Döl yumurtasını xaric etmək üçün uşaqlıq boşluğunun qaşınması
D) Sistitin əmələ gəlməsi
E) Svişin əmələ gəlməsi
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
654) Süd yarasının (göbələk kolpiti) müalicəsində nədən istifadə edilir?
A) Trixopol
B) Xlorheksedin
C) Sinestrol
D) Nistatin
E) Penisillin
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
655) Başlanğıc abortun klinik əlaməti hansıdır?
A) Ürəkbulanma, qusma
B) Cinsiyyət yolundan azacıq qanlı ifrazatın olması
C) Cinsiyyət yolundan çoxlu qanlı ifrazatın olması
D) Uşaqlıq artımlarının böyüməsi və ağrılı olması
E) Uşaqlığın həcminin hamiləliyin müddətinə uyğun gəlməməsi
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
656) Hormonal kontraseptivlərin qəbulu nə zaman əks göstərişdir?
A) Uşaqlıq boynunun erroziyası
B) Endometrit
C) Tromboflebit
D) Kolpit
E) Endoservisit
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
657) Hansı hallarda təcili hospitalizasiya məcburidir?
A) Şiş ayaqcığının burulması (kəskin qarın)
B) Endometriumun hiperplaziyası
C) Artımların xroniki iltihabı
D) Kandidomikoz
E) Uşaqlığın sallanması və düşməsi
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
658) Natamam abortun simptomu hansıdır?
A) Döl yumurtası uşaqlıqdan tamamilə xaric olmaq üzrədir
B) Uşaqlıq boynu tıxacının xaric olması
C) Döl yumurtasının bir hissəsi uşaqlıq divarından ayrılmışdır
D) Uşaqlıq boynu kanalının bağlı olması
E) Qarının aşağı hissəsində kəskin ağrı
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
659) Təcili hospitalizasiyaya aşağıdakılardan hansı göstərişdir?
A) Hipomenoreya
B) Natamam abort
C) Uşaqlığın mioması
D) Dismenoreya
E) Uşaqlıq boynun psevdoerroziyası
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
660) Uşaqlığın inkişaf qüsurlarında ən çox hallarda nə baş verə bilər?
A) Xorionepitelioma
B) Endometrioz
C) Sonsuzluq
D) Kistoma ayaqcığının burulması
E) Çoxdöllü hamiləlik
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
661) Trixomoniaz üçün xarakterik ifrazat necə olur?
A) Azacıq qanlı
B) Köpüklü, pis qoxulu
C) Ağ kəsmiyə oxşar
D) İrinli
E) Şəffaf
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
662) Uşaqlığın sınaq qaşınması nəyə şübhə olduqda aparılır?
A) Metroendometritdə
B) Uşaqlığın subseroz miomasında
C) Uşaqlıq cisminin xərçəngində
D) Uşaqlığın anomaliyalarında
E) Doğulan poliplərdə
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
663) Retension kistanı hansı patologiya ilə fərqləndirmək lazımdır?
A) Uşaqlığın mioması
B) Erroziya
C) Bartolinit
D) Polip
E) Endoservisit
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
664) Qızları müayinə etmək üçün hansı ginekoloji müayinə üsullarından istifadə edilir?
A) İki əlli müayinə
B) Güzgülərlə müayinə
C) Kolposkopiya ilə müayinə
D) Rektal müayinə
E) Qarın boşluğunun punksiyası
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
Neonatologiya
665) İlk qışqırıq mexanizmi nə ilə bağlıdır?
A) Hiperbilirubinemiya ilə
B) Anemiya ilə
C) Hipertermiya ilə
D) Hipoksiya ilə
E) Cinsi krizlə
Ədəbiyyat: H.В.Eжoва, E.М.Русакова. Г.И.Кащива «Педиатрия» Минск «Вышейшая школа» 2002
666) Bətndaxili qonoreyanın klinik əlaməti hansıdır?
A) Blenoreya
B) Ensefalit
C) İnkişaf qüsuru
D) Sepsis
E) Görmə sinirinin atrofiyası
Ədəbiyyat: Е.Ежова, E.М.Русакова. Г.И.Ежовa «Педиатрия» Минск «Вышейшая школа». 2002
667) Ağır yarımçıq doğulmuş uşaqlarda öskürək refleksinin olmaması nə ilə nəticələnir?
A) Plevropnevmoniya
B) Pnevmotoraks
C) Ağ ciyərin emfizeması
D) Atelektaz
E) Yedizdirmə zamanı aspirasiya
Ədəbiyyat: Е.Ежова, E.М.Русакова. Г.И.Ежовa «Педиатрия» Минск «Вышейшая школа» 2002.
668) Yarımçıq doğulmuş uşaq yedizdirilən zaman göyəribsə nə etmək lazımdır?
A) Antibiotik vurmaq
B) Ürək qlükozidləri vurmaq
C) Qan köçürmək
D) Oksigen vermək
E) Hormonlar vermək
Ədəbiyyat: Е.Ежова, E.М.Русакова. Г.И.Кащеева «Педиатрия» 2002
669) Anadangəlmə ürək qüsuru verən bətndaxili infeksiya hansıdır?
A) Məxmərək
B) Sifilis
C) Toksoplazmoz
D) Qızılca
E) Listerioz
Ədəbiyyat: Н.Н. Шабалов. Д.А. Ходов «Неонатология» 1998
670) Hemolitik xəstəlik zamanı qanda nə baş verir?
A) Trombositoz
B) Leykopeniya
C) Eritropeniya
D) Eritrositoz
E) Trombositopeniya
Ədəbiyyat: Е.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002.
671) Bakterial lampa nə vaxt yandırılmalıdır?
A) Uşaqlar yedizdiriləndə
B) Uşaqlar bələnən vaxt
C) Uşaqlara baxış vaxtı
D) Uşaqlar palatada olmayanda
E) Uşaqlar yatan vaxt
Ədəbiyyat: Е.Ежова, Г.И.Ежова «Педиатрия» Минск «Вышейшая школа» 2003.
672) Yarımçıq doğulmuş uşağın zondla qidalanmasına göstəriş nədir?
A) Pnevmopatiya
B) Donor südü ilə qidalanma
C) Hipertermiya
D) Əmmə-udma refleksinin olmaması
E) Bətndaxili infeksiya
Ədəbiyyat: Е.Ежова, Г.И.Ежова «Педиатрия» Практикум Минск «Вышейшая школа» 2003.
673) Vaxtından əvvəl doğulmuş uşaqlarda fizioloji sarılıq hansı əlamətlə səciyyəvidir?
A) Gedişi uzunmüddətli olur
B) Anadangəlmə olur
C) Sarılıq tez keçir
D) Olmur
E) Sarılıq gec əmələ gəlir
Ədəbiyyat: H.В.Eжoва, E.М.Русакова «Педиатрия» Минск «Вышейшая школа» 2002
Dostları ilə paylaş: |