ZƏMİNLƏR- Əvvəlcə bazarın seqmentləşdirilməsinin əsasında duran tələblərə baxaq və seqmentləşdirmə ilə bağlı məsələləri ətraflı nəzərdən keçirək.
Bazarın seqmentləşdirilməsinin əsasında duran tələblər
Marketinq strategiyasının komponenti kimi seqmentləşdirmə üçün baza olan üç əsas mövqeni təqdim etmək olar:
Seqmentləşdirmənin uğurlu alınması üçün müştərilər, bütün bazarı bölməkdə istifadə etmək mümkün olan hər hansı vacib əlamət üzrə öz aralarında fərqlənməlidirlər. Əgər onlar arasında bəzi əhəmiyyətli əlamətlər üzrə fərqlilik olmasa idi və onlar tamamilə eynitipli olsa idilər, onda, bazarın seqmentləşdirilməsi üçün zərurilik və ya əsas olmazdı. Ancaq real həyatda bütün müştərilər bir-birindən fərqlənirlər. Konkret fərqliliyin seqmentləşdirilmə üçün əsas olması, fərqliliyin, hansı dərəcədə müxtəlif davranış stereotipləri ilə bağlı olmasından (misal üçün, məhsula müxtəlif səviyyəli ehtiyac və ya istifadəyə/faydalılığa fərqli tələbat) və ya müxtəlif marketinq elementlərinin uyğunluğuna həssaslığından asılıdır (məsələn, məhsul/xidmətin fərqli təklifi, elan, qiymət və ya bölüşdürmə kanalı). Yəni ki, fərqliliyin bizim marketinq strategiyası hazırlamaq üsulu üçün əhəmiyyətliliyindən asılıdır.
Praktiki fəaliyyətdə seqmentləşdirmədən istifadə, adətən, məqsədli kimi seçilmiş seqmentlərin ölçülə bilmə xüsusiyyətinə malik olmasını tələb edir ki, onların potensial dəyərliliyini bazar məqsədi kimi qiymətləndirmək və hər belə seqment üçün potensial dəyərliliyin təyin etmək mümkün olsun. Daha optimal marketinq qərarlarının qəbulu üçün seqmentləşdirmə sisteminin tətbiqinin əsas əhəmiyyəti marketoloq-strateqin bazar seqmentinin cazibədarlığını və kompaniyanın həmin bazar seqmentinə xidmət göstərməsində mövcud və ya potensial üstünlüyünü qiymətləndirmək imkanını verməsidir. Seqmentləşdirmə çərçivəsində təhlil səviyyəsindən asılı olaraq bu vəzifənin yerinə yetirilməsi üçün kompaniyanın daxili təhlili və ya xarici bazar qiymətləndirilməsi tələb oluna bilər.
Seqmentləşdirmə strategiyasınını səmərəli tətbiqi üçün həm də seçilmiş seqmentlərin bazarın qalan hissəsindən ayrılmış olması lazımdır ki, bu da onlarla ayrıca bazar təklifinin köməyilə məqsədyönlü işləməyə kömək edir. Əgər seqmentlər dəqiq seçilmirlərsə, onlar kompaniyanın marketinq tədbirləri üçün aydın hədəf olmurlar.
İstənilən seqmentləşdirmə sistemi ancaq göstərdiyimiz üç şərtə cavab verdiyi təqdirdə praktiki faydalı ola bilər.