Marketinq strategiyası imtahan sualları Marketinq haqqında anlayış


BAZARIN SEQMENTLƏŞDİRİLMƏSİ ÜÇÜN ƏSASLAR-



Yüklə 64,33 Kb.
səhifə10/17
tarix26.06.2022
ölçüsü64,33 Kb.
#62326
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
Marketinq strategiyası imtahan sualları

39. BAZARIN SEQMENTLƏŞDİRİLMƏSİ ÜÇÜN ƏSASLAR- Bazarın seqmentləşdirilməsinin əsas məsələləri bazarı bölmək lazım gələn əsasların müəyyənləşdirilməsi, həmçinin, konkret bazarda nə qədər məqsədli seqment seçə bilməkdir. Seqmentləşdirmə üçün əsasın seçilməsi bazarın təbiəti haqqında dürüst təsəvvürlərin alınmasında həlledici əhəmiyyət kəsb edir - əgər əsas kimi müxtəlif əlamətlər götürülərsə, onda, tamamilə fərqli nəticələr alına bilər.
Marketinq strategiyasına əlçatan olan seqmentləşdirmə üçün uyğun əsasın seçilməsi ilə yanaşı seqmentlər, qaydalara görə, həm də ümumi xüsusiyyətlərinə uyğun təsvir olunur. Misal üçün, konkret brendin üstünlük vermə əlaməti üzrə seçilmiş seqmentlərini, əlavə olaraq demoqrafik əlamətlərə görə və potensial müştərilərə nisbətdə təsvir etmək olar ki, bu da reklam-təbliğat fəaliyyəti üçün uyğun KİV-in seçilməsinə və işləmək lazım gələn seçilmiş seqmentlərin daha yaxşı başa düşülməsinə imkan verir.
40.İSTEHLAK BAZARLARINDA SEQMENTLƏŞDİRMƏ-İstehlak bazarlarının seqmentləşdirilməsində istifadə edilən dəyişənləri ümumi surətdə üç əsas sinfə bölmək olar:
Müştərilər haqqında ümumi məlumatlar.
Müştərilərin münasibəti.
Maştərilərin davranışı.
Birinci iki xüsusiyyət insanın fəaliyyətə meylliliyi, sonuncusu isə, bazardakı faktiki davranışı ilə bağlıdır.
Bazarın seqmentləşdirilməsində istifadə edilən müştərilər haqqında ümumi məlumatlar
Çox vax təsnifat məlumatları adlanan ümumi məlumatlar alışlar arası zaman müddətində dəyişmirlər. Bu məlumatlar hər bir müştəri üçün fərdidir, lakin, konkret nəzərdən keçirilən bazarda onun davranışı ilə bağlı deyil. Ümumi məlumatları iki əsas baxış üzrə təsnifləşdirmək olar.
Birinci baxışı meyarların mənşəyi təşkil edir. Meyarlar digər sahələrdən götürüldüyü zaman marketinq üçün spesifik olmayacaq və marketinq fəaliyyəti ilə əlaqəsi olan hesab ediləcək. Marketinq üçün spesifik olmayan amillərə sosiologiya və demoqrafiya sferasında hazırlanmış demoqrafik və sosialiqtisadi xüsusiyyətlər aiddir. Alternativ variantda onlar xüsusi olaraq marketinq sferasının alimləri və tədqiqatçıları tərəfindən marketinq vəzifələrinin həlli üçün hazırlana bilər. Qaydalara görə, onlar ənənəvi (sosioloji) təsnifatda çatışmamazlıqlara görə hazırlanırlar. Məsələn, marketinqdə davranışın proqnozlaşdırılması üçün istifadə edilən “ictimai sinif” kateqoriyasının qeyriqənaətbəxş olması həyat tərzinə uyğun, həmçinin, yaşayış rayonları və onunla bağlı digər sistemlər üzrə seqmentləşdirilmə sisteminin hazırlanmasına səbəb oldu.
Bu xüsusiyyətlərin digər tərəfi onların müəyyənləşdirilməsi üsuludur. Yaş və cins kimi amillər obyektiv olaraq müəyyənləşdirildiyi halda, fərdiyyətçilik və həyat tərzi (birgə “psixoloji amillər” adlandırılır) bir sıra müxtəlif suallara subyektiv cavablardan formalaşırlar. Çox vaxt belə dəyişənlər istifadə edilir.
41.
Yüklə 64,33 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin