. Qoruma və müdafiə strategiyaları- Bazarlarında artıq güclü mövqe tutan kompaniyalar quruculuq stra-tegiyasından fərqli olaraq, əsasən, tutduqları mövqeni qorumağa imkan verən müdafiə strategiyasını həyata keçirə bilərlər. Məsələn, xüsusən də inkişaf etmiş və ya daralan bazarlarda liderlik edən kompaniyalar üçün əsas məqsəd quruculuq deyil, cari mövqelərin saxlanması və onların mümkün hücumlardan müdafiə edilməsindən ibarət ola bilər. Bundan başqa, proqnoz qiymətləndirmələrinə görə böyüyən bazarlarda quru¬culuq strategiyalarının reallaşdırılmasından əldə oluna biləcək potensial gəlirlər rəqabətin xarakteri və gücü kimi amillərlə şərtlənmiş xərclərlə bağlandığı situasiyaların da mövcudluğu mümkündür. Saxlama strategiyası, kompaniyaya investisiya qoymaq üçün lazım olan nəğd vəsaitlərin daxil olması mənbəyi təyinatına malik məhsul assortimentləri və ya fəaliyyət növləri üçün xüsusilə uğurludur.
Bazarın saxlanması
Vəziyyətin qorunması üçün lazım olan fəaliyyət həcmi və növü kompaniyanın qarşılaşdığı rəqabətin xarakterindən və gərginlik səviy-yə¬sindən asılı olaraq variasiya edəcək. Əgər kompaniya bazarda dominant mövqeyə malikdirsə, o, müsbət miqyas effekti və ya qiymətin seçmə üsulu ilə aşağı salınması yolu ilə müdafiə üçün əsas kimi istifadə edil¬məsi mümkün olan təcrübəsi sayəsində xərclərdə üstünlüyə malik ola bilər. Alternativ variant kimi daxil olmaya maneələr yaratmaq, öz texniki biliklərini qorumaq və aparıcı mütəxəssisləri qorumaq olar.
Müdafiə strategiyaları
Bəzi bazarlarda rəqiblərin fəallığının yüksək olmaması səbəbindən orada asanlıqla qoruma strategiyasını tətbiq etmək olar, bazarın böyük hissə¬sində, xüsusilə də təcavüzkarların qələbəsi təqdirində potensial uduşun böyük olduğu hallarda, daha konstruktiv müdafiə strategiyasını həyata keçirmək lazımdır. Kotler və Sinq (Kotler and Singh, 1981) qoruma strategiyasının altı əsas növünü təklif etmişlər