Marketinq strategiyası imtahan sualları Marketinq haqqında anlayış


İdarəetmə qabiliyyətinin strateji vəzifələrə uyğunlaşdırılması



Yüklə 64,33 Kb.
səhifə15/17
tarix26.06.2022
ölçüsü64,33 Kb.
#62326
1   ...   9   10   11   12   13   14   15   16   17
Marketinq strategiyası imtahan sualları

İdarəetmə qabiliyyətinin strateji vəzifələrə uyğunlaşdırılması- Aydındır ki, yeni məhsul üçün möhkəm mövqe yaradan rəhbər, qocalan məhsuldan maksimal mənfəət çıxarmağı bacaran menecerlərdən fərqli qabiliyyətə malik olmalıdır. Uissema və başqaları (Wissema et al., ) yuxarıda verilmiş hər bir vəzifənin həlli üçün aşağıdakı tip rəhbərləri təklif edir.
Quruculuq strategiyası üçün pionerlər və fatehlər
Pionerlər tamamilə yeni olan məhsullarla iş üçün yararlıdır; onlar işlədikləri bazarlarda inqilabi dəyişikliklər etməyə can atırlar. Pionerlər digərləri kimi fikirləşmir, onlar, çevik, yaradıcı xasiyyətə və coşqun fəallığa malikdir. Belə kateqoriyaya Amazon.com-dan Ceff Bezos və ya adı ilə tozsoranları məşhurlaşdıran Ceyms Dayson kimi bir çox sahibkarları aid etmək olar. Fatehlər üçün isə daha çox formalaşan bazarlar uyğun gəlir. Fatehlərin əsas keyfiyyəti yaradıcı, ancaq, metodiki yanaşma təşkil edir; kollektivi təşkilati surətdə yaradan bu insanlar dayanıqlı potensial rəqiblər qarşısında məntiqi ardıcıl və rasional strategiya hazırlamaq qabiliyyətindədir.
Mövqelərin qorunması üçün inzibatçılar
İnzibatçı daimi, mühafizəkar işləri yaxşı bacaran, öz daxili aləminə yönələn və rahatlığını güdəndir. Bu keyfiyyətlər mövqeyin saxlanması qorunması üçün həddən artıq uğurludur. İnzibatçı hakimiyyət sərhədlərini çox bərk tutur. Bazar yuvaları strategiyası üçün istiqamətlənmiş yaradıcılar Bu rəhbərlik tipi bir çox münasibətlərdə fatehlərə bənzəyir, lakin, xüsusən ilk addımlarda nəyə diqqətin yönəldilməsi lazım gəldiyini müəyyənləşdirmədə daha yaradıcı duyma qabiliyyəti çatışmır. Ancaq, məqsədin müəyyənləşdirilməsindən sonra, o, bütün diqqətini ona yönəldir.
Vəzifələr müəyyənləşdirildikdən sonra kompaniya bir sıra strategiyaları tətbiq edə bilər. Bu strategiyaları beş əsas tipdə ümumiləşdirmək olar: quruculuq; saxlama; məhsulun yığımı; yuva; ləğv etmə. Hər bir straegiyanın tətbiqi üçün rəhbərlik edən heyətin müxtəlif qabiliyyətləri tələb olunur. Kompaniyanın birinci şəxsinin vacib vəzifəsi müəyyən işləri görməyə təhkim olunmuş menecerlərin lazımi keyfiyyət və qabiliyyətə malik olmasının təmin etməkdir.
48.
Yüklə 64,33 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin