Bazar yuvası strategiyaları- Ümumi bazarın kiçik seqmentlərinə istiqamətlənmiş bazar yuvası strategiyası iri operatorların dominantlıq etdikləri bazarlarda fəaliyyət göstərən kiçik və orta kompaniyalara daha çox uyğun gəlir. Strategiya, ümumi bazarın tərkibində açıq-aydın mənfəətli, lakin, lazımi qaydada xidmət göstərilməyən sahələrin olduğu və kompaniyanın həmin sahəyə xidmət göstərməyə hazır və ya yaradaca biləcəyi fərqləndirici üstünlüyü olduğu təqdirdə, xüsusilə uğurludur.Bazar yuvası strategiyasının iki əsas aspekti var.Birincisi, bu, kompaniyanın fəaliyyətinin mərkəzləşməsi lazım gələn sahələrin, seqmentlərin və ya bazarların seçilməsidir. İkincisi, qüvvələrin, ancaq, bu bazar məqsədlərinə xidmət göstərməyə yönəlməsidir.
Bazar yuvası strategiyasının mahiyyəti, kompaniyanın öz fəaliyyətini seçilmiş məqsədlərə yönəltmək və ona kor-koranə olaraq istənilən potensial müştərinin diqqətini cəlb etməyə imkan verməməkdən iba¬rətdir. Bazar yuvası strategiyasının həyata keçirilməsi, səylərin seçilmiş məqsədlərdə təmərküzləşməsi üçün nizam-intizam tələb edir.
Hammermeş bazar yuvası strategiyasını uğurla tətbiq edən bir sıra kompaniyaları tədqiq etmiş və və işin üç əsas prinsip üzərində qurulduğu qənaətinı gəlmişdir:
1.Fəaliyyətlərinimüştəri üçün xüsusi əhəmiyyətə malik üstün¬lükləri olan sahələrə yönəltməklə bazarı yaradıcılıqla seq¬mentləşdirmək qabiliyyəti.
Tədqiqat və təkmilləşdirmə resurslarından səmərəli istifadə.
Kiçik məqsədlərə hesablamalar.
46.Məhsul yığımı strategiyaları-Quruculuq, qoruma və bazar yuvası strategiyaları kompaniyanın ya artım, ya da gələcəkdə gəlir əldə etmə potensialı olan məhsul və xidmətlərinə nisbətdə tətbiq olunur. Əksər məhsul və xidmətlərin həyat tsiklinin müəyyən mərhələsində onların uzunmüddətli perspektivinin olmadığı aydın olur. Bunun səbəbi müştərinin tələbindəki radikal dəyişikiklər və kompaniyanın məhsulunun onunla ayaqlaşa bilməməsi ola bilər. Yaxud da ki, texnika və texnologiya dəyişməsi nəticəsində təklif mənəvi cəhətdən köhnələ bilər. Məhsul yığımını belə müəyyənləşdirir: “Xərcləri azaltmaq və ya nəğd vəsaitlərin axıb gəlməsini artırmaq ümidi ilə rəhbərliyin təşkilata investisiyanı azaltmaq barədə strateji qərarı. Kompaniya satış həcminin vvə ya bazar payının azalmasına göz yumur, ancaq, ümid edir ki, xərclərin azaldılması artıqlaması ilə itirilmiş mənfəəti kompensiasiya edəcək. Rəhbərlik satışın, son nəticədə, tələbatın baza səviyyəsinə qədər düşəcəyini proqnozlaşdırır. Tələbatın bu baza səviyyəsində qazanmaq mümkün olmadıqda və ya əgər kompaniyanın istənilən digər istiqamətdə resurslarından istifadə daha çox mənfəət gətirə biləcəksə fəaliyyət növü ləğv ediləcək”. Məhsul yığımı strategiyasına namizədlər, kompaniyanın mütəmadi olaraq inzibati və maliyyə resursları ayırmasına baxmayaraq, zərər gətirən fəaliyyət növləri və ya ayrı-ayrı məhsullar və yaxud da ki, kompaniyanın və onun rəqiblərinin novator fəaliyyətləri ilə bağlı köhnələn məhsul və ya fəaliyyətlər ola bilər. Məhsul yığımı strategiyası Məhsul yığımı strategiyasının tətbiqi xərcləri aşağı salmaq məqsədilə reklama, satışa kömək etməyə və sonrakı tədqiqat və təkmilləşdirmələrə marketinq dəstəyinin minimum səviyyəyə qədər azaldılmasını nəzərdə tutur. Bildiyiniz kimi, məhsulun assortimentinin optimallaşdırılması aparılır ki, bu da kompaniyaya istehsalı və digər birbaşa xərcləri azaltmağa imkan verir. Bundan başqa, istehsalın həcminin azaldılması gözləntiləri ilə satış qiyməti və maya dəyəri arasında fərqi yaxşılaşdırmaq üçün qiymət səviyyəsinin artırılması da mümkündür. 47.