Ruh tutanın əlində taxta qaşığdı, bir də ki, təsbehdi. Ya təsbehnən, ya da ki, taxta qaşığın ucuna ip bağlıyıllar, onunla ruh tutullar. Sora, məsələn, gəlib deyillər ki, üç gündü bu adam qızdırır, hər gün günortadan sora. Bunun ruhunu ölçməy lazımdı. Oturursan, məsələn sən də oturursan, indi kim bacarır də, onun rufun ölçür. Ölçənnən sora deyir ki, hə, atası tutub, ya babası tutub, ya kimsə tutub, deyir ona. Sora bir də eliyir, məsələn, deyir ki, yasın oxutdur və yaxud nə bişirirsənsə bişir, adamın adını çək, ehsannığa duz at qazana.
O adam o yeməkdən yeyir və yaxud isə yasın oxutdurur, ruf onnan çıxır, gedir. Amma ruh tutmağ yüz faiz var. Bizim bu ocağımızda var. Məsələn, bir də görürsən ki, kənddəndi bir nəfər Bakıda yaşıyır, zəng eliyir ki, 3 gündü qızmadan dayana bilmir. Həkim-zad da işdiyir üstündə, heç bir şey olmur. Onun rufun ölçməy lazımdı. Biz onu eliyürüy. Qaynanamın qaynanasında ruh tutma var idi, sora qaynanamda, qaynanam da rəhmətə gedəndə, dedi, mən sənə verirəm, sən eliyərsən. Rufu belə ölçürəm. Təsbehi belə tuturam əlimdə, əyər adamı ruh tutubsa, təsbeh yellənir. Amma tutmayanda yellənmir. Ruf tutan adam xəstə olur, qızması olur, titrətmə götürür, özü də günortadan sora olur.