Qaşığı boğazınnan ipnən bağlıyıllar, yeməy yeyən yeri qalır aşağıda. Tutullar o ipdən qaşığ qalır tam sakit vəziyyətdə. Məsələn, kimsə də qızdırıb, titrədib, amma əsasən günortadan sora olur bu hallar. Hə, ölçən adam astaca qaldırır, dayandırır belə qaşığı, deyir, bu filankəsin, məsəlçün babasının ruhu tutub, nənəsinin, kiminsə də ölənnərinin ruhunun adını çəkir. Əgər tərpənmədisə, başqa qohumunun adını deyir. Belə-belə addarı çəkir, kiminki tutubsa, bi də görürsən bı qaşığ belə-belə gedir. Məsələn, xorəyə tutub, yasinə tutub, ərrəhmana tutubsa, o yellənir, ya tutmuyubsa yellənmir. Adam var ruh tutur aylarnan. Gündüz o malariya adam kimi yaxşı olur, axşama dönəndə titrətmə qızma gəlir. Bax, mənim özümə bir gündə 3 dəfə ruh ölşdürüblər. Bacım ölşdü özü də. Bi dəfə plova tutmuşdu, bi dəfə də yasinə. Axşama yenə qızmam qalxdı, Allah, dilim söz tutmur, nə haldayam. Da yoldaşım dedi ki, əşi, bı ruh tutma döör. Qaynanam dedi, bala, yo elə ginə də ruh tutub mını. Da o qədər bezdi ki, dedi kim tutubsa, söyəcəm onu. Bı yoldaşımın da cavan qardaşı rəhmətə getmişdi. Bacım ölşdi ruhu, dedi Rauf tutub, ərrəhmana. Qardaşının adı Rauf idi. Bı götürüb qardaşımı da gəlib bizə oturdular başımın üstündə. Ölüyə oxunan kimi, ərrəhman oxudular. Sora öyrəndim ki, Rauf tutub. Allah rəhmət eləsin ona. Ərrəhman qutaran kimi durdum ayağa, keşdim kuxnaya başdadım iş görməyə. Bax, and olsun Allaha. Necə olub danışdım, yəni ruhtutma var. Bir gündə 3 dəfə olub bu şey.