Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə19/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   15   16   17   18   19   20   21   22   ...   189

Toplayıcılar:


Füzuli Bayat

Nuridə Muxtarzadə

6. XALQ BİLİCİLƏRİ VƏ YA TÜRKƏÇARƏLƏR



S.Kazımbəyoğlu “Cavahirnameyi-Lənkaran” əsərində bu mahalın səfalı və şəfalı ab-havasından, bu yerin sakinlə­ri­nin vəba, taun kimi ağır xəstəliklərdən uzaq dolanmasından söhbət açır: ”hicri 1244-cü ildə (miladi-1866) bütün İran ölkə­sini, xüsusilə Ərdəbili, Rəşti, Ərmağı, Qaracadağı, Şirvan mahalını, Qarabağı və qeyri-yerləri taun xəstəliyi bürü­dü... Təkcə mahalına sirayət etmədi.

...Vəba xəstəliyi talış ab-havasından xaricdə yerlilərdən bir neçəsini qarmamalışdır. Amma talış ölkəsinin özündə bu xəstəlik bəzən görünmüşsə də, az müddətdə zəyifləyərək yox olmuşdur.

...Məlum olduğu kimi, bu qiymətli ərazi haqqında zəyif və qorxaq adamların ürəyində, əsas etibarilə, iki pis fikir vardır: birincisi, buranın palçıqlı, gölməçəli olması, ikinci də, bununla əlaqədər isitmə və qızdırmanın bu yerlərdə qismən kök salma­sı­dır... Başqa vilayətlərdə titrəmə, qızdırma və baş­qa ağır xəstə­liklər bu yerlərdən daha çoxdur. Palçıq da hər yerdə vardır”.

Hələ tibb elminin zəif inkişaf etdiyi qədim dövrlərdə bo­ra­digahlılar loğman təbiətə üz tutmuş, təbii bitkiləri min bir dərdin dərmanı sanmış, xalq təbabətindən (türkəçarədən) müx­təlif xəstəliklərin müalicəsində istifadə etmişlər.

İqlim şəraitindən asılı olaraq bizdə nəmişlik və rütubətin çox olması yel, revmatizm, radikulit və s. xəstəliklərin yaran­ma­sına səbəb olurdu. Xalq təbabətçiləri bu və digər xəstəlik­lərin müəlicəsi üçün təbii bitkilərdən, otlardan dərmanlar hazır­lamış, eyni zamanda, Xəzərin qara qumlarının, Masallı istisuyunun əvəzsiz müalicə əhəmiyyətini də nəzərdən qaçır­ma­mışlar.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin