Sınıqçılıq dədə-babadan keçən sənətdi. Mən atamnan ögrənmişəm, babamız bilib, babamızdan atamıza keçiv. Qabağlar sınıqçı özü baxar, özü bağlardı. İndi adamın bir yeri sınanda bağlıyırığ rengin çəkir. Əvvəllər barmağlarnan bilirdik. Əlnən baxırığ çıxıbsa salırığ, sınıbsa bağlıyırığ. Bu ata-baba sənətidir. Keçmişdən keçib gəlib buralara. Mən məşğul olmuşam uzun müddətdir. Bu nəsildən-nəslə keçir. Bu artığ vergi kimidir. Telvizyada çox veriblər məni, hətdən artığ çox veriblər. Elə olur ki, sınığı heç mən də bilmirəm göndərrəm gedir Bakıya. Təmiz əlnən baxıram çıxıbsa salıram yerinə, sınıbsa bağlıyıram çıxıb gedir.
Çıxıx oynağdan çıxır. Oynağın yerləri var da. Hər hansı tərəf olur olsun bir dənə onurğa sütununnan başqa bütün sınığlara baxıram. Qanun qayda nətərdi tibbi qayda ilə gibsə qoyuram bağlıyıram. Gibsi aptekdən alırığ. Tərkibinə heçnə qatmıram, qabağ yumurtaynan bağlıyırdım. İndi day sən gördüyün adamlar döyül. Yumurta əhvalatı qurtarıb. Mən uşağımı öyrədmişəm imtahan götürmüşəm onnan sərbəst işdiyir. Onnan sora onu buraxmışam özü-öz işiynən məşğul olur. Atamın adı Cəlal kişiydi. Məhşur adam idi. Burda telvizyaya çox çəkirdilər. Axırda lap telvizya filmi yadı çəkdilər. Rusyada da verirlər onu. Marağlı verliş çıxmışdı həddən artığ. Uşağ vaxtı atam fəhlə olub həmdə sınığçı olub. Sizdən qabağ bir xanım gəlmişdi ye bura. Belinin sütününün fəqərəsində uje sümüyündə rak var. O, qədər əlləşdiriblər oyana buyana. Deyirəm a bacı sənniy döyül axı bura. Belə hadisələr çox olur. Bel diskləri çıxanda otuzdururam hamısını yerinə. Sınığ olmasın bir dənə. Ona kadın baxır, yəni yoldaşım. Mən özüm öyrədmişəm ona.
* * *
Sınıxçılığda əsas baş lazımdı, odu ki sən durmusan orda, xəstə uzanıb orda. Baxırsan ona, bunda çıxıx yox, sınığ yox, heç bir şey yox. Sənə kimsə arxadan bunu deyir ki, bı bıdı. Bu hissiyatdı. Bı xəstədi bının beli çıxmıyıb. Uje hissiyat xəbər verir sənə ki, bu sənniy döyül. Çox çətin sənətdi.
İpliy var oynağı saxlıyan o, nazik sap kimidi. Amma onu dartanda bir metrə uzanır. Oynağın düz içərsindədi. Bax oynağı saxlıyan odu. O, xırda bi şeydi oynağı saxlıyan. O qırılıb eliyəndə həm oynağ düşür aşağıya, həm də əl işləmir. Qolun bir hissəsi var ki, ona bağlıdı. Barmağlar da ona bağlıdı. Onda uzanma olur az miqdarda o elənçik öz-özünə çıxır. Müalicə eliyirlər onu, apresya eliyirlər, yığırlar dərman eliyirlər. Bizdə onun müalicəsi yoxdu. Bu sınığçının işi döyül. Kadınlarda çox olur. Üçüncü fəqərə sümüyündə genişlənmə olur. O da ağrı verir. Bu da bizim işimiz döyül.
İstiyir atam, istiyir mən xəstəylə pıl danışmamışıx, evladıma da demişəm pıl söbəti eləmə. Atam da mənə deyib, lap elə ağır sınığ olsun, iki manat qoyursa cibimə, gedirsə, heç marağlanmaram, çıxıb gedərəm. Heç əvvəldən danışmıram, marağlanmaram. Mənim kəndə budu xidmətim.
* * *
Fərəkə Hümbətov gəldi bura bi dəfə. Gəldi dedi ki, vəzyyət belədi mən yarışa girəcəm, belimdə xarab dı işləmir. Mən də tanımıram bını. Dedi, mənim belimdə belə bir ağrı var. Dedim, gətir bura mən keyləşdirəcəm. Masaj zad elədim biraz duz var idi belində. Getdi gör neçə gün durdu orda ayağ üstə. Sora zəng elədi dedi, doğurdan da mən dura bildim ayağa. Qabağ çox məşğul olardım. Mən elə dərmanlar düzəldirdim ki, otdardan o vaxtlar kitab yazmışdım. Adi rematizimə, duza, yarıya-xorıya – belə şeylərə qarşı.
Çənə sümüyü də çıxır. Onu yerinə salmax çətindi. Çənəyə salmağ yerləri var, baş barmağım işdiyir onda içərdən.
* * *
Afaq Bəşirqızı yıxılmışdı, beli çıxmışdı. Afaq Bəşirqızı Masallıya gəlib, İsti suya dincəlməyə. İsti suda yıxılıb, fəqərə sütünu çıxıb. Qalıb elə İsti suda öz adamlarıynan, qalıbdı sora bizdə İsti sudan Masallıdan olan həkimlər İsti suda işdiyən nümayəndələr vardi. Deyblər:
– Bunu aparın Fürsədin yanına onu ancağ o düzəldər.
Afaq Bəşirqızı sözün düzü, gəldi bizə. Mən dedim ki, istədim mən özüm baxam buna qardaşım arvadıda bizdə idi. Mənim qardaşım arvadı da sözün düzü Afaq Bəşirqızınnan xoşu gəlir. Dedi, qoy buna yaxşı baxım mən. Sora Afaq Bəşir qızı dedi ki, olmaz. Mən gəlmişəm mənim üçün Fürsəd baxmalıdı. Fürsəd kimdi gəlsin o, mənə baxsın. Sora Fürsəd keçdi getdi ona onurğa sütünuna baxdı, düzəldi, çıxdı getdi. Sağol, sağol təşəkkürnən getdilər. Onurğa sütünun fəqərələri çıxmışdı. Bi olar e iki ilin sözüdü. Şəhərdən çox adam olur bizdə. Gəlir düşür onurğa sütünü çıxır və yaxud qolu sınır Fürsəd bağlıyır.
* * *
Ürək göbəyə baxıram, düzəliş verirəm keçir gedir sağalır da. Ürək göbəy düşəndə qarın ağrısına gedir. İstiyir uşağ, istiyir böyüy. Uzadıram sora barmağımın düz dördündə uşağın göbəyinin üstünə qoyuram az miqdarda belə döndərəndən sora uşağ rahatdaşdı. Noşba tabletkası verdim, bağladım uşağın qarnını uşağın onda qarın getməsi dayanır. Əlimnən ki, fırradıram uşağ rahatdaşır. Elə hal böyüylərdə də olur. Mənim əmim oğlu var adı da Vasifdi. O uşağın həmişə ürək göbəyi düşür usta işdiyir güc eliyir taxtıya. O da həmişə gəlir ki, xala, mənim ürək göbəymi sağald. Elə nəvəm kimi götürürəm rahatdaşır gedir.