Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə27/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   23   24   25   26   27   28   29   30   ...   189

Giv məsələsi



Babam Kürdəbazlı tərəfdən gəlirmiş. Görür ki, bir nəfər təzə giv boynunda Taxta körpüyə çatır. Şöynük də çökürmüş. Babamın givə gözü düşür.

Yaxınlaşır adam gələn tərəfə. Salam verir, givi onnan pulnan istəyir, bu da vermir. Giv aparan zümzümə eləyə-eləyə uzaqlaşır. Babam girir körpünün altına paltarlarını soyunur, olur lüt anadangəlmə. Bərk qaça-qaça gəlir bu giv aparanın dalınca. Bunun yanından keçir qabağa və başlayır atılıb düş­məyə. Giv aparan görür ki, qaranlıqda bir nəfər oynayır. Tez-tez bismillah deyir. Babam zənn edir ki, bu haq-hesabnan givi yerə atmalıydı, atmadı. Bu dəfəki ağzı dala qaçır bunun ya­nına. Artıq giv aparan qorxuya düşür, deyir:

– Allah, al qurbanını. Bu ki erkək quleybanıdır.

Yenə givi yerə atmır. Babam yenə qabağa, yenə dalı, bir dəfə də qabağa qaçanda giv aparan givi atır yerə, şihə çəkə-çəkə kəndə tərəf götürülür, babam da bunun dalınca, babam bundan daban-basma düz evlərinə qədər qaçır. Givçi bağıra-bağıra girir evinə, işi belə görən babam sürətlə körpüyə qədər qaçır, çatıb geyinir, sora givi götürüb kəndə gəlir. Babamın öz dediyinə görə, bir neçə ildən sora gedib adamla hallaşıb.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin