Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə26/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   22   23   24   25   26   27   28   29   ...   189

Bəyin ülgüc pulu



Babam dəlləg olub. Danışırdı ki, Eminnidə bi bəy var­mış bi gün onun başını qırxmağa getmişəm. Bi dənə ülgücüm var idi. Onu da uşax gəlib keçəndə nətərsə oldu qırdı. Qıranda oldum pərt. Ə, mən hardan indi ülgüc alacam, hər yanda da od bahasına. Deer, bəy baxdı gördü ki, mən pərt olmuşam dedi:

– Ay usta, o ülgüc neciyədi?

Dedim:

– Bəs bu qiymətə.

Dedi:

– Harda satılır?

Dedim:

– Lənkəranda.

Çixartdı pul verdi ki, get al gəl. Burdan düüz Lənkərana payi-piyada. Axşamcağı naxır kəndə tökülməmiş girdim kəndə.

Belə zirəng idi o kişi.

Dua lüt bədənə yazılmalıdır



Bir dəfə babamın yaxın qohumu qaça-qaça gəlir ki, ay Mürsəl, arvadım Tamının ürəyi gedib. Babam onu bir təhər sakit eləyir. Deyir ki, dua yazaram ayılar. Həm də babam bi­lir­di qohumunun arvadı Tamı həyasız, söyüşkən, mordu, həm hərrəkdi. Babam gəlir bulara. Baxır arvad ərinnən dalaşıb özünü vurub ürəkkeçməliyə. Babam arvadları aralayıb keçir içəri görür ki, Tamı vallah elə tirrənib deyirsən dünən ölüb. Babam deyir, içəridə heç kəs qalmasın, təkcə Bikədən başqa. Bikənində cavanlığı ustakər olub, indi təkyələrin başına fır­lanmaqdan girincdir. Əlqərəz, babam “xəstə”nin ora burasına əl toxundurur, yatan heç pəst vermir. Tamı da həmişə ba­bam­dan bürük verib abrını gözləyərdi və ona “qağa” deyərdi. Fırıldağı başa düşən babam deyir ki, Bikə, bunu vurğun vurub bunun işi çətindir, gərək buna dərindən qələm çalam. Özü də dua lüt bədənə yazılmalıdır.

Babam kağız qələm çıxardır. Bikəyə deyir ki, tumanı yuxarı çək dizdən yuxarı yazılmalıdır. Babam ərəb əlifbası ilə on-on beş söz yazır bunun buduna “xəstə” ayılmır. Onda ba­bam deyir:

– Bikə, bir yol qalıb, dua hökmən bunun göbəyinə yazılmalıdır.

Bikə çəkinə-çəkinə bunun göbəyini açır. Babam yenə başlayır ki, yazmağa, xəstə görür ki, Alışoğlu bundan əl çək­məyəçək, əlilə tumanını göbəyinin üstünə çəkir və deyir:

Qağama bax ey, qağama.

Bunu belə görən babam onun qulağına ehmalca deyir:

– Dur ayağa, ay nanəcib, uşaq-muşaq çöldə qırıldı, ərin oğraş da hakaza.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin