Adətən günortadan sora insannarda qızma, titrətmə olur. Ona adətən primitiv bir şey kimi baxırığ, amma onun da çarəsi var. Heç həkim də ona dava dərman eliyə bilmir. Bu dərmannan keçmir. Onda bilirüy ki, hə o adamı ruh tutub. Onun xüsusi metodu var, onnan ölçülür. Qaşığnan da ölçülür, sap əyirənnən də ölçülür. Orda bir-bir ölülərin adı çəkilir, o zaman o qaşığ onun hərəkətində bildirir ki, həmən adamın rufudu tutan. Sora bilirüy ki, ehsana tutub, ya yasınə tutub.
Göbəkdüşmə
Adamda halsızdığ, hərəkətsizdiy yaranır, başgicəllənmə verir. Elə bil ki, mədədə sallanma gedir. Urək-göbəy deyilir o aşağı düsüb elə bil. Hə onu götürəndə məsəl, adicə əlimnən, o mənim əlimdəki hissiyyatdı. O çırpıntını harda dayandıracam. Həmin çırpıntı dayanannan sora göbəkdüşmə götrülmüş olur. Onu bağlıyırsan, 3 gün sora öz yerinə tam oturur. Sora o döyüntülər dayanır. Başgicəllənmə, ürəybulanma hamısı dayanır. Əlnən göbəyin aşağı tərəfinnən asta-asta yuxarı qaldırıram onu. Axırda o belə barmağnan burulur, saxlıyıram. Yaylığnan bağlıyırsan ki, o sürüşməsin aşağı.
Ərizə yazdırma Gəlirsən, məsələn deyirsən, Miri, mənə ərizə yaz, məsələn filankəs xəstədi, ya instituta girmək istiyirəm. On iki imama, ağam Əbəlfəzil Abbasa, Həzrəti Əliyə, 5 kimsənəyə, biların hansına istəsən, ərizə yazdırırsan filan arzum qəbul olunsun, boyun alırsan. Mən də yazıram. Amma o ərizələr axar suya atılmalıdı. Məsələn, Viləş cay da var ha ora olmaz. Çünki ordan atarsan gedir ilişər o yanda kola-kosa mındarranar. O ərizə mütləq gedib yiyəsinə çatmalıdı. Onu gərək evdə saxlayıb dusdağ eləmiyəsən. Bi də onu yazdıran şəxsin inamı olmalıdı. Hal-hazırda nə qədər ərizəm var suya atılası.
Qələm çalma Məsələn biri gəlir deyir, xəstəyəm qızmam düşmür. Həkimə gedirəm düşmür. Mən də baxıram ki, qorxubsan. Duva yazıram onnan da qorxuluğu götrilir. Özü də ananın adına yazılır. Gedib buları yerbəyer eliyirsən, onnan da düzəlirsən. Bu falçı başqadu, falçılığ deyil a bu. Amma biz Qurannan eliyirüg, məəm ağam bax Qurannan qız bəxti açardi, o hay duva basdırıblar get çıxard zad elə, yox o bizdik döyirdi. Mən özüm də qorxuluğu götürürəm, məsələn biri gəlib ki, bəxtim yatıb, ona yazıram, o qədər qızdar ərə gedib ha mənim əlimnən.
Qələm vurma Sora biz qələm də vururuğ. Atam da eliyirdi, bacım da eliyir. Da haralardan ona görə bizə zənglər gəlmir. Mövsüm qardaşım da yazır. Özü də bı günah deyil haaa. Özü də bı qələmvurma ananın adıynan olur. Atanın adını yazmıllar. Bi qohummuz var idi, bi gün Sumqayıtdan zəng vurdu ki, ağa, uşağ düşüb partdamıya, gecəni səhərə kimi yatmıyıb, çır-cır çağırır. Atam da qələm vurdu. Onnan da yaxşı olmuşdu uşağ.
* * *
Bizim bu Şəfəq helə xəstə olardı, çox tez-tez xəstələnərdi. Day həkimlərdə, çöpçilərdə qalmışdüy. Bi dəfə bu yenə çərşəmbə vaxtı xəstə olur, dedim mən bu gecə bi fel işdədəcəm. Heç kimin xəbəri yoxdu. Birdən götürdüm yekə bir nataraz baltamız var, onu, gəldim, cumdum bu uşağın üstünə. Köpəyin qızı sağalırsan sağal, yoxsa səni vurub öldürəcəm. Elə bil xəstəliyi qorxuzdum da. Onnan da Şəfəqin xəstəliyi getdi.
O biri ili getdim qonşuya. Oların da 13 dənə uşağı var evdə. Ordan ora süfrəni düzüblər. Gör indi qonşuya balteynan getməy nə olar. Balteynən necə girmişəm evə, qızzar da qalıb da evdə, getmiyiblər ərə. Balteynən qızzarın üssünə elə cumdum ki, qız, bu il gedirsən get, getmirsən səni indi balteynən doğrıyacam. Olar da qorxdular durdular ayağa, ay Allah, bu kimdi? Dəli oldular. Dedim az mənəm qorxmuyun.