Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə57/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   53   54   55   56   57   58   59   60   ...   189

İmməlinin cəhdi



Mir Əsəd xan Talışinski qardaşından küsür, aralarında bərk inciklik yaranır. Heç kəs onları barışdırmağa cürət etmir. Günlərin birində xanın nökəri İmməli (əsl adı İmaməli olub, gözəl bənna imiş, xanların arasında böyük hörmət qazanmış, hətta ona sonralar bəylik hüququ verilmişdi) hər iki qardaşın yanında olan hörmətindən istifadə edib, onları barışdırmaq is­tərkən Əsəd xan ona deyir:

– Kül olsun o xanın başına ki, onları nökər barışdırır, başına da ağıl qoyur.

Kasıb Zərbəlinin hazırcavablığı



Mahmudavar və ətraf kəndlərin əhalisi İsmayıl bəyin rəiy­yəti hesab olunurdu. Günlərin birində o, yolunu Mədo-Miyanku (indiki Miyankü) kəndinə salıb, burada kömür ha­zır­layan qadınların işi ilə maraqlanır. Üz-gözü sir-sifəti tüstüdən qaralmış qadınlara gözü sataşır və üzünü bu qadınların ərlərinə tutub deyir:

– Siz bu əcaib vəziyyətə düşmüş, üzü toz-torpaqlı qa­dınlarla başınızı bir yastığa necə quyursunuz?

Zərbəli adlı bir kəndli bəyə hazırcavablıqla deyir:

– A bəy, başını bu qadınlarla bir yastığa qoymaq hünər istəyir, yoxsa bənizi ağappaq olan evdəki xanımlarınızla hər kəs yata bilər.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin