Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə54/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   50   51   52   53   54   55   56   57   ...   189

Qoy çay bişsin



Bozu kişinin kəndin qələbəlik yerində bir balaca çayxa­na­sı var idi. Gün günortadan əyiləndə camaat gəp vurmaq üçün ora yığışardılar. Çay sifariş verənlər aradabir onu tələs­di­rəndə kişi deyərdi:

– Bala, bala, dayan, qoy çay bişsin, hələ bişməyib.

Bozu bulağı



Bozu kişi təmənnasız çox işlər görərdi. Ağqobu çayı yayda qurumağa başlayan zamanlarda camaat çox əziyyət çə­kər­di. Quyuların da suyu çox şor olardı. Yuyunmağa, heyvana verməyə su tapılmazdı. Bozunun evi çayın üstündə idi. Kişi çox fikirləşir, axır ki, çarə tapır. Çayın döşündə bir nəmli yer onun diqqətini çəkir, başlayır qazmağa. Birdən su gorünür. Orada bir çala qazıb suyu ora axıdır. Camaat başlayır istifadə etməyə. Adı da qalır “Bozu bulağı.” Kənddə o gündən bir deyim də yaranır. Yaşlılar gənclərə deyərmişlər:

– Hə, ogul, deyəsən Bozu bulağından su içmisən, ha!

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin