Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə147/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   143   144   145   146   147   148   149   150   ...   189

İkinci qoçaqlıq



1918-ci ilin ağır günləri yaşanırmış Azərbaycanda. Er­mə­nilərin ruslarla birləşərək fevral-mart aylarında apardıqları qırğınlar hamını qorxuya salmışdı. Soyğunçu dəstələr bu tə­rəf­lərə də gəlmişdi. Kəndlərin camaatı qorxuya düşüb hara gəl­di, qaçıb gedirdilər. Bu hadisə o vaxtdan "Qaça-qaç" adı ilə indi də xatırlanır. Belə ağır bir vaxtda Prişibdən (indiki Göy­təpə) Malağana (indiki Kalinovka) gedən yolun Taxta­çayın üstündən keçən yerində 12-15 nəfər rus-erməni soyğun­çu əsgəri çay kənarında oturub istirahət edirlərmiş. Sən demə, Qaçaq İbad onları izləyirmiş. Bir anın içində qırğı kimi alır on­ların başının üstünü. Heç nəfəslərini də çəkə bilmirlər. Ha­mısını tərkisilah edir, tüfənglərini bağlayır öz atının yəhərinə. Özlərinin də əllərini bir-birnə bağlatdırıb qatır qabağına. Üz tutur kəndə tərəf. Camaat bir də baxıb görürlər ki, budu ha, İbad gəlir qabağında da onlara divan tutan 15-ə yaxın soyğun­çu əsgər. Hamı İbadın bu qoçaqlığına afərin deyir.

Qaçaq İbad Sovet hakimiyyəti illərində də öz işi ilə məş­ğul olur. Lakin sovetin hüquq-mühafizə orqanları onu ələ keçirə bilir və naməlum şəraitdə mühakimə edirlər. Taleyi haq­qında heç bir məlumat yoxdur. Onu axırıncı görən kənd sa­kini Əziz İsgəndər oğlu olub. Əziz müəllim deyirdi: "Pri­şib­də (indiki Cöytəpə) seminariya adlanan məktəbdə oxu­yur­dum. 12-13 yasım olardı. Məktəb yolun kənarında idi. Bir də eşitdik ki, yolla qaçaq aparırlar. Hamı kimi mən də yola qaç­dım. Qaçaq görmək bizim üçün çox maraqlı idi. Gördüm ki, qa­bağında və arxasında əsgərlər gedən arabada bir nəfər otu­rub. Sifəti mənə tanış gəldi. Yaxınlaşdım, bu bizim qonşumuz İbad idi. O, ayağından yaralanmışdı. Arabanın banına dirsək­lə­nərək o biri əlində nəsə tutub yeyirdi. Mən istər-istəməz ara­ba­ya yaxınlaşıb qişqırdım: İbad baba, İbad baba! O, mənə tərəf çevrilib üzümə diqqətlə baxdı. Tanıyıb, yanına çağırdı. Dedi: “Əziz, oğul, sən burada nə edirsən?” Mən oxuduğumu dedim. O: “Get, Teymura de ki, məni tutub dama salacaqlar, ya­ralıyam, görmək istəsə, divanxanaya gəlsin. Məndən hamı­ya salam de!” Ondan sonra Qaçaq İbad bir daha görünmədi.”

Qaçaq İbadın özü kimi qocaq Alapaça adlı atı varmış. At onun bir işarəsindən nə istədiyini anlarmış. At lazım gə­lən­də iməkləyir, axsayır, özünü xəstələndirə bilərmiş. Keçmiş qo­calar deyərdi ki, İbadın atı kimi heç at olmayıb.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin