Əsədxan da 1929-cu ildə, sovet hökümətinin vaxtında, qaçır gedir İrana, 1946-cı ilə kimi Tehranda vəkil olur. Təmiz rus dilini bilirdi. Peterburqda oxumuşdu. O, bu kəndə havadarlığ eliyirdi. Bi dəfə mənim babamı da aparmağ istiyiblər, babam getmiyib deyib ki, əşi siz hamıvız gedirsüz, qoyun mən qalım burda da. Hə, babam qalıb, getməmişdi. Yəni bu kəndin tarixi var, gözəl adamları da var.
Qağam şura hökuməti vaxtı qaçaq düşdü, şuraylə barışa bilmədi. Gündüzlər qamışlıqda gizlənərmiş, gecələr də kolxozun anbarını damdan söküb buğda, çəltik apararmış, verərmiş, əvəzində yemək-içmək alarmış, həm özü yeyərmiş, həm də ayləsini ac qoymazmış. Qağam deyərdi, mən həm qaçax olmuşam, həm də oğru. Amma baxır nətəri oğru. Mən ömrü boyu kiminsə gedib mal heyvanını oğurruyam, ya birinin toyuğunu gətirəm uşaxlarıma yedizdirəm, ömrü boyu belə şey eləməmişəm.
Vaxt gəldi, qağam da şurayla barışmalı oldu, amma hökumətə bir gün də işləmədi. Qağamın yaxşı qardaşdarı olub eeee. Bi qardaşı ölüncən kənd soveti işdiyib, bi qardaşı kolxoz sədri olub, bi dənə qağam əvvəlcə qaçağ, sora da qumarbaz oldu. Həm də dələğayı idi. Qumara uduzurmuş. Bi rəhmətdik Abi – kolxoz sədri bunnan yaxın dost olub. Qumara bir yerdə gedillərmiş. Qumar oynıyannar da Səlyandan gəlillərmiş. Səlyannan 2-3 nəfər gəlib bırda qumar oynuyurlarmış, bular udduğunda dermişdər biz pul istəmirik, bizə cəltik, buğda verin aparağ. Uduzanda qağam dururmuş ayağa, kolxoz sədri belə göz eleermiş ki, yəni dimmə. 3-4 dənə siyəzi götür, get. Gedirdim deer, ambarın taxtasını cıxardardım, çəltiyi, buğdanı doldurardım, ağzın bağlardım, atardım ciynimə, aparıb atardım o səlyannının arabasına, sağ ol-sağ ol. Götürüb çıxıb gedərdilər. Mınnan da bitərdi.
Amma and icərdi ki, mən 1 kilo bi adamın bi şeyini oğurramamışam. Özu də cox quvvalı olub eee qağam. Sarı Süleymannan güləşib. Sarı Süleyman özü qağamı şagird götürürmüş özünə. Deyib, gəl mənnən işdə, qağam deyib, yox. Qumarı qoyub gedərdi heç. Ancax düzgün adam idi. Çox düz danışan olub. Oturardı məsəl evdə, biri vırıb birini öldürüb qan düşüb, ya məsəl hayatınnan tiryək, xaşxaş tapıblar. Durardı gedərdi, 3-4 il iş veriləcək də filankəsə, işi bağlıyardı gələrdi. Bir kəlməsiynən davalılar barışardı. Girdiyi qapıda sülh kəsərdi. Belə kişi idi. Qoçu idi də.