Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə56/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   52   53   54   55   56   57   58   59   ...   189

Pud alan Kərim




Kənddə çox qabaqlar Qarışqay oğlu Kərim adlı biri varmış. Bir az da zarafatı sevərmiş. Bi gün qonşulardan biri öz heyvanını kəsib camaat içində pay-püş eləmək istəyir. Bir az pul-paraya ehtiyacı var imiş. O qonşuya, bu qonşuya xəbər eləyir ki, kim ət istəyir pay olsun. Biri bir kilo, o biri yarım kilo. Kişi görür ki, bundan Fatıya tuman olmaz. İstəyir fik­rindən daşınsın. Kərim bunu görüb, gəlir qonşusunun yanına:

Ay qonşu, heyvanı niyə kəsmədin? – deyir.

Qonşu deyir:

– Ay başına dönüm, kəsməyinə kəsim də, amma əti ki­mə verim? İstəyən yoxdu axı, qorxuram malı kəsəm əti yerdə qala, alan olmaya.

Kərim ciddi şəkildə başlayır qonşusunu inandırmağa:

– Ay qonşu, – deyir, – qorxma, kəs, bax, bir pudu mə­nim, qalanı da payla başqalarına.

Qonsu baxır ki, bir pudu Kərim götürsə, bir az da yerdə qalır, elə istəyən də var idi. Səhər tezdən heyvanı yıxır yerə, kə­sib başlayır ət istəyənlərə paylamağa, bir pud da ayırıb qo­yur ki, Kərim gəlib aparacaq. Axşamacan gözləyir, Kərim gəl­mir, gedir qapısına ki, görsün bu kişi niyə gəlib əti apar­mır. Hay çağırır, Kərimdən bir səs çıxmır. Gözləyir səhəri. Səhər də belə. Nəhayət, ət qalıb iylənir kişi atır çölə.

O vaxtdan Kərimin adı qalır pud alan Kərim.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin