Masalli folkloru 2


Nəhəng pəhləvanın xasiyyəti



Yüklə 1,65 Mb.
səhifə58/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   54   55   56   57   58   59   60   61   ...   189

Nəhəng pəhləvanın xasiyyəti




İxtiyar babalar nəql edirlər ki, ötən əsrdə Mahmudavarın Bəyoba məhəlləsində ucaboylu, ağırçəkili, döyüşkən xarak­ter­li, amma əqli cəhətdən bir qədər küt, nəhəng bir pəhləvan yaşayırdı. O, on nəfərin yeməyini bir oturuma yeyir, yedikcə də doymazdı. Kimə əl verib görüşsəydi, qolunu burar, yerin­dən çıxarardı. Bu cəhətinə görə çoxları ona əl verməkdən çə­ki­nərdi. Deyirlər, bu əcaib məxluqda o qədər güc vardı ki, ökü­zü vurub yerə yıxar, bir neçə illik ağacı isə dartıb yerindən çıxarardı. Məhəllə, tayfa davalarında, əlbəyaxa döyüşlərində onun misli yox idi. Onun döyüşqabağı bir xasiyyəti də var idi. Pəhləvan köynəyini soyunar, yanındakılara deyərdi ki, çiyin­lə­rinə qırmanc və ya ağacla bir neçə bərk zərbə vursunlar ki, qı­zışsın. Bundan sora qızışıb bütöv bir kəndin əhalisini qaba­ğına qatıb qovur, əlinə keçəni isə şikəst edərdi.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin