Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə60/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   56   57   58   59   60   61   62   63   ...   189

Şüşə çəkərəm



Boladılı Qubad kolxozlaşma dövründə Mahmudavarda kənd sovetinin sədri işləyib. Çox sərt və intizamlı adam olub. Kolxozun əkin sahəsinə qarovulçu təyin etməyib. Camaat qar­şı­sında and içib ki, kolxozun əkin sahəsində tutulan oğrunun barmaqlarına şüşə çəkərəm. O, bu sözü tez-tez təkrar etdi­yin­dən camaat ona “şüşə çəkərəm” adını qoymuşdu.

Şıxəli, sən yaxşı bilərsən




Kəndin kolxoz sədri məzuniyyətdə olanda kolxoza bir müxbir gəlir. Məqsədi kolxozun təsərrüfat göstəricilərini öy­rə­nib qəzetə yazıb vermək imiş. Kolxoz sədrinin əvəzi işləyən Baloğlan Kərimov baş mühasib Şıxəli Rüstəmovu yanına ça­ğı­rır, müxbirin sorğularına hər dəfə cavab vermək əvəzinə üzünü baş mühasibə tutub:

– Şıxəli, sən yaxşı bilərsən, – deyir.

Müxbirin çoxsaylı suallarına:

“Şıxəli, sən yaxşı bilərsən” sözündən başqa cavab ala bilməyən müxbir çaşıb qalır.

İstədiyinə nail ola bilmir. Bir neçə gün sora müxbir qə­zetdə “Şıxəli, sən yaxşı bilərsən” adlı bir felyeton dərc etdirir. Bu yazıdan sonra həmin söz kənddə ağızdan-ağıza düşür.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin