Mayenin daxili sürtünmə qüvvələrinə qarşı müqavimət göstərmə qabiliyyətinə özlülük deyilir.
Özlülük hərəkət zamanı meydana çıxır. Özlülüyü izah etmək üçün maye axını içərisində iki metal lövhə götürək. Lövhələrin arasındakı məsafə h olsun.
Birinci lövhəyə T qüvvəsi tətbiq edib onu U sürətilə hərəkət etdirək. Bilavasitə həmin lövhə üzərində olan hissəçiyin sürəti U olacaq.
İkinci lövhə hərəkət etmir. Onda həmin lövhə üzərində olan maye lövhə hissəciyin sürəti sıfır olacaq. Onda iki lövhə arasında qalan maye hissəciklırinin sürəti U-dan sıfıra kimi azalacaq.
Elementar dh məsafəsində elementar du sürətlər fərqi yaranacaq. Bir təbəqə digərinə görə sürüşəcək və daxili
Şəkil
sürtünmə qüvvəsi əmələ gələcək.
Tətbiq olunan T qüvvəsi həmin daxili sürtünmə qüvvəsinin dəf olunmasına sərf olunacaqdır.
Nyutona görə tam daxili sürtünmə qüvvəsi (T) sürtünən maye təbəqələrinin sürtünmə səthi (S) və sürtünmə fərqi (du) ilə düz, təbəqələr arasındakı məsafə (dh) tərs mütənasibdir, yəni
,
- mütənasiblik əmsalı mayenin fiziki xassələrindən asılıdır. Ona dinamik özlülük əmsalı deyilir.
Toxunan gərginlik
.
olsa olar.
Deməli, dinamik özlülük vahid sürət qradiyentində toxunan qüvvənin gərginliyinə bərabərdir. Yəni, dinamik özlülük müəyyən mənada gərginlikdir. Bu da özlülüyün fiziki mənasıdır. Ölçü vahidini tapaq
Beynəlxalq vahidlər sistemində (BS-də) .
Fiziki vahidlər sistemində (FVS-də)
(Puaz).
.
4C temperaturda saf suyun dinamik özlülüyü
.
Dinamik özlülüyün sıxlığa olan nisbətinə kinematik özlülük deyilir.
Suyun kinematik özlülüyü
Temperatur artdıqca özlülük azalır. Əgər temperatur 0÷1000S kimi artarsa su üçün özlülük 7 dəfə azalır.
Bundan başqa nisbi özlülük də vardır. Məsələn, Enqler dərəcəsi. Bu suya görə götürülür. Özlülük ölçən cihazlara viskozimetr deyilir. Məsələn, Enq-
Şəkil
ler viskozimetri, Kepler viskozimetri, Osvaldt viskozimetri və b.
Elə mayelər də vardır ki, onlar yuxarıdakı Nyuton qanununa tabe olmurlar. Belə mayelərə qeyri-nyuton mayeləri (anomal mayelər) deyilir. Məsələn, gilli məhlullar, neft emulsiyaları, parafinli neft , sement məhlulları və s. Bu mayelər hərəkətdə olmadıqda belə daxili sürtünmə qüvvəsini saxlayır. Bu mayelər üçün daxili sürtünmə qanunu Şvedov – Binqam düsturu ilə hesablana bilər;
- axıcılıq başlanğıcı adlanır. Bəzi məsələlərin həllini asanlaşdırmaq üçün mayenin özlülüyü nəzəpə alınmır. Belə mayelərə ideal mayelər deyilir. Özlülük nəzərə alınmayanda sürtünmə qüvvələri də nəzərə alınmır. Bu da məsələnin həllini asanlaşdırır.
Alınan nətiçələr praktikada özünü doğruldur. Hidravlikada ideal maye anlayışından geniş istifadə olunur. Lakin ideal mayelər üçün çıxarılan düsturlar həqiqi mayelərə tətbiq olunduqda onlara müəyyən düzəlişlər olunmalıdır. Bu düzəlişlər əsasən özlülüyə əsasən aparılır.
MAYELƏRƏ TƏSIR EDƏN QÜVVƏLƏR
Mayeyə iki cür qüvvə təsir edir:
Kütləvi qüvvələr. Əgər maye bircinslidirsə bu qüvvələrə həcmi qüvvələr deyilir.
Səthi qüvvələr – bu qüvvələr mayenin səthinə təsir edir.
Kütləvi qüvvələrin qiyməti mayenin kütlə və həcmindən
asılıdır. Məsələn, ağırlıq qüvvəsi.
Səthi qüvvələrin qiyməti təsir etdiyi mayenin səthinin ölçü-sündən asılıdır. Məsələn, atmos-fer təzyiqi və ya porşenli nasos-larda porşenin mayeyə etdiyi təsir və s.
Maye axını götürək. Maye axını üzərində səthini ayıraq həmin səthinə səthi qüvvəsi təsir edəcəkdir. Səthi
qüvvənin istiqaməti ümumi
Şəkil
halda ixtiyarıdır. Odur ki, onu iki toplananına ayırmaq olar. Toxunan və normal P. Toxunan hərəkət zamanı meydana çıxır və onu Nyutonun düsturu ilə tapmaq olar.
Normal P qüvvəsinin gərginliyinə hidromexaniki təzyiq deyilir.
Əgər maye hərəkətdədirsə hidromexaniki təzyiqə hidrodinamik təzyiq,əgər maye sükünətdədirsə hidromexaniki təzyiqə hidrostatik təzyiq deyilir.