pyezometrik maillik deyilir.
Əgər maye açıq axarda qərarlanan müntəzəm hərəkət edərsə, onda hidravlik maillik həndəsi mailliyə bərabər olur.
Bu zaman maye öz ağırlığı hesabına hərəkət edir.
HİDRAVLİK OXŞARLIQ VƏ MODELLƏŞDİRMƏ
NƏZƏRİYYƏSİ HAQQINDA
Hidravlikada çox zaman məsələlərin həllində təcrübədən istifadə olunur. Təcrübə model üzərində aparılır. Məsələn, yeni bir nasosun konstruksiyası verildikdə əvvəlcə təcrübə həmin nasosun modeli üzərində aparılır və yaxud boru kəməri ilə maye vurulduqda, məsələn, neft əvvəlcə həmin boru kəmərinin modeli üzərində təcrübədə aparılır.
Əgər təcrübədən alınan nəticələr yaxşı olarsa, onda həmin nasosun və ya boru kəmərinin naturasını düzəltmək olar. Təcrübə zamanı mayenin hərəkətinə təsir edən bütün faktorlar nəzərə alınır. Odur ki, təcrübədən alınan nəticələr daha dəqiq olur.
Bu zaman belə bir sual meydana çıxır. Modeli hansı ölçüdə hazırlamaq və təcrübədən alınan nəticələri naturaya necə aid etmək olar?
Bu suallara oxşarlıq nəzəriyyəsi cavab verir. Bu nəzəriyyəyə görə eyni xüsusiyyətli bir fiziki hadisənin həm modeldə və həm də naturada tam oxşar olması üçün tam mexaniki oxşarlıq olmalıdır. Hadisənin tam mexaniki oxşar olması üçün həndəsi, kinematik və dinamik oxşarlıq olmalıdır.
I. Həndəsi oxşarlıq.
Həndəsi oxşarlıqda eyniadlı ölçülərin nisbəti həm modeldə və həm də naturada eyni götürülür
,
- modelləşmənin həndəsi miqyasıdır; n - indeksi naturada;
m - indeksi model deməkdir.
II. Kinematik oxşarlıq.
Burada sürətlərin nisbəti götürülür. Bundan başqa tam kinematik oxşarlıq olması üçün həndəsi oxşarlığında olması vacibdir. Zaman miqyası
.
Sürətlərin nisbəti
.
Təcillərin nisbəti
.
III. Dinamik oxşarlıqda.
Qüvvələrin nisbəti götürülür. Həqiqi maye hərəkət etdikdə ona bir çox qüvvələr təsir edir. Məsələn:
1) Nyutonun II qanununa görə - ətalət qüvvəsi
2) Özlülük qüvvəsi. Nyutonun daxili sürtünmə qanununa görə
3) Təzyiq qüvvəsi
4) Ağırlıq qüvvəsi
Dinamik oxşarlıqda aşağıdakı oxşarlıq parametrlərindən istifadə olunur.
Dostları ilə paylaş: |