1) Nyuton parametri. Ətalət qüvvələrinin nisbəti götürülür
.
(eynilik)
Reynolds parametri. Bu parameter ətalət qüvvələrinin özlülük qüvvələrinə olan nisbətidir
Re = ətalət qüvvəsi/özlülük qüvvəsi ;
.
Re - ölçüsüz Reynolds parametridir. Borularda özlülü maye hərəkət etdikdə bu parametrdən istifadə olunur. Deməli boruda maye hərəkət etdikdə əsasən sürtünmə qüvvəsi və ətalət qüvvəsi olur. Odur ki borularda l=d götürülür. Onda Reynolds parametric belə yazılır
.
Əgər Re-nin qiyməti həm dəldə və həm də naturada eyni olarsa, deməli model və naturadakı hərəkət rejimi eynidir. Yəni bu iki proses oxşardır.
3) Eyler parametri
təzyiq üqvvəsi/ətalət üqvvəsi =
Burada təzyiq qüvvəsinin ətalət qüvvəsinə nisbəti götürülür
.
4) Frud parametri
Burada ətalət qüvvəsinin ağırlıq qüvvəsinə nisbəti götürülür
= ətalət qüvvəsi/ağırlıq qüvvəsi = .
= .
Praktikada bütün qüvvələri nəzərə almaq mümkün olmur. Kifayyətdir ki, bir iki qüvvə nəzərə alınsın. Yəni bir parameter və ya iki parameter nəzərə alınarsa o düzgün nəticə verir.
Lakin əsas məsələ ondan ibarətdir ki, həmin prosesdə hansı qüvvə əsas rol oynayır. Məsələn, boruda maye hərəkət etdikdə özlülük qüvvəsi. Deməli, burada Reynolds parametrinin götürülməsi kifayətdir.
MAYE HƏRƏKƏTİNİN REJİMLƏRİ
Reynolds aşağıdakı təcrübəni apararaq maye hərəkətinin iki rejimdə olmasını göstərmişdir.
Şəkil
H= const - olandan sonra təcrübə aparılır, yəni borudakı mayenin hərəkəti qərarlanan olur. Sonra rəngli maye boruya daxil edilir. Əgər rəngli maye borudakı suya qarışmayaraq bir düz xətt şəklində (A-düz xətt) axarsa, deməli borudakı mayenin hərəkət rejimi təbəqəli, yəni laminardır.
Əgər rəngli maye borudakı suya qarışaraq axarsa (B-dalğavari), borudakı mayenin hərəkət rejimi qarmaqarışıq, yəni turbulentdir.
Laminar hərəkət rejimində maye hissəcikləri təbəqəli hərəkət edirlər. Burada cərəyan xətləri trayektoriyalar bir-birinə parallel olur.
Turbulent rejimdə hissəciklər həm borunun oxu istiqamətində və həm də borunun en kəsiyi üzrə hərəkət edirlər. Odur ki, burada maye hissəciklərinin yerdəyişməsi alınır. Bu da müqavimətin artmasına səbəb olur.
Dostları ilə paylaş: |