Işçi çarxın diametrinin kiçikdilməsinin
nasosun parametrlərinə təsiri
Nasosun işçi çarxını iki halda kiçiltmək olar:
1. İşçi çarxın kənar tərəfləri korroziyaya uğradıqda, yeyildikdə.
2. Nasosun parametrlərinin dəyişdirməyə məcbur olduqda, daha doğrusu nasosun xarakteristikasını dəyişdirmək lazım olduqda.
Hər halda işçi çarxın diametrini 10 – 20%-dən artıq kiçiltmək olmaz. Bu zaman nasosun f.i.ə. 1 – 2% azalmış olur. Işçi çarxın diametrinin kiçildilməsindən asılı olaraq nasosun əsas parametrləri aşağıdakı kimi dəyişilir
, .
Burada işçi çarxın xarici çevrəsinin D2 diametrinə uyğundur.
- işçi çarxın xarıcı çevrəsinin kiçildilmiş diametrinə uyğun parametrlərdir.
Bu yuxarıdakı düsturlarda həndəsi oxşarlıq pozulur. Bu düsturlar praktikadan alınmışdır.
Mərkəzdən qaçan nasosun iti getmə əmsalı
Iti getmə əmsalı elə bir etalon nasosun dövrlər sayına deyilir ki, o həndəsi oxşar olduğu başqa nasoslarla eyni f.i.ə.-na malik olmaqla bir at qüvvəsi güc yaratdıqda basqısı 1 m olur.
Iti getmə əmsalı bir qrup həndəsi oxşar nasoslar üçün eyni olur. Deməli etalon nasos üçün parametrlər aşağıdakı kimi olacaqdır
Hs = 1 m; Ns = 1 a.q.; Qs = 0,075 m3/san.
İti getmə əmsalı və ya etalon nasosun dövrlər sayı ns-lə işarə olunur. Nasosun güçü
;
.
ns - tapmaq üçün çevirmə düsturlarından istifadə edirik
Buradan -nı tapaq
;
.
,
.
Iti getmə əmsalına görə nasoslar bölünürlər.
1. Yavaş gedişli nasoslar
Işçi çarxın kürəklərinin əmələ gətirdiyi kanalların forması silindrikdir.
2. Normal gedişli nasoslar
Işçi çarxın kürəklərinin əmələ gətirdiyi kanalın forması girişdə fəza, çıxışda isə silindrikdir.
3. İti gedişli nasoslar.
İşçi çarxın kürəklərinin əmələ gətirdiyi kanallar dəza formasındadır.
4. Diaqonal və ya yarımoxlu nasoslar.
Kanalın forması fəza formadadır.
5. Oxlu və yaxud pərli nasoslar
Kanal fəza formasındadır.
ns-in düsturundan görünür ki, yavaş gedişli nasoslar az məhsuldarlıqda yüksək təzyiq yaradırlar, ərsinə iti gedişli nasoslar az təzyiqli çoxlu maye vururlar.
------
Dostları ilə paylaş: |