65
• İbtidai məktəblərdə kolleclərə keçid imtahanlarının ləğv edilməsi, təhsildə geri qalan
şagirdlər üçün adaptasiya siniflərinin yaradılması.
• Xüsusiləşdirilmiş və ibtidai məktəbdən kollecə qədər qruplara
bölünmə olmadan
təhsinin ümumi sütununun təşkili.
• Təhsilin ödənişsiz olması (şagirdlərin təhsil müddəti ərzində lazımı vəsaitlərlə təmin
olunması, məktəbə gediş haqlarını odənilməsi)
• Yeni fənlərin tədris proqramının daxil edilməsi (informaika, vətəndaş
cəmiyyətinin əsasları və digərləri)
MƏKTƏBƏQƏDƏR TƏHSİL
Məktəbəqədər uşaq müəssisələri “Ana məktəbləri” 3 yaşından ( boş yer olduqda 2
yaşından) 6 yaşınadək uşaqları qəbul edir.Fransada məktəbəqədər təhsil icbari olmasa da,
faktiki olaraq 3-6 yaşında olan bütün uşaqlar (99, 5%) uşaq müəssisələrinə gedirlər.
“Ana məktəbləri”-nin çox vaxt fransız təhsil sisteminin ən böyük uğuru hesab
edirlər.Məktəbəqədər təhsil müəssisələrində
siniflər, tədris prossesi yaxşı təşkil edilib,
uşaqların hərtərəfli inkişafı üçün lazimi olan bütün amillər nəzərə alınıb.Uşaqlar müvafiq
tədris materiallrı əsasında öyrədilir, bir çox faydalı bilikləri mənimsəyir və ünsiyyət
vərdişlərinə yiyələnirlər.
Bu məktəblərdə uşaqlar 3 yaş qrupuna bölünür.Birinci 3 yaşından (bəzən 2 yaşından) 4
yaşınadək uşaqların oynadıqları və danışıq vərdişlərinə yiyələdikləri qrupdur.İkinci 4
yaşından 5 yaşınadək uşaqların yapma, rəsm və digər praktik vərdişlər,
eləcə də şifahi
ünsiyyət vərdişlərinə yiyələndikləri qrupdur.Üçüncü böyük qrup isə 5 yaşından 6
yaşınadək uşaqları əhatə edir.Bura
da uşaqlar oxu, yazı və hesablama vərdişlərinə yiyələnirlər.
ORTA TƏHSİL.
Fransada qəbul edilmiş orta təhsil sistemi özlüyündə 3 qrupa bölünür.
• İbtidai məktəb (5 illik təhsil)
• Kollec ( 4 illik təhsil)
• Lissey (3 illik təhsil)
Adətən bu təhsil müəssisələri bir-birindən ayrı yerləşirlər.İbtidai məktəb və kollec
məcburi xarakter daşıyır.
İbtidai məktəb 6 yaşından 11 yaşınadək ( əgər uşağın təhsillə bağlı problemi yoxdursa)
davam edir və aşağıdaki pillələrə bölünür.
• Hazırlıq kursu (CP)
• İbtidai kurs 1-ci il (CE 1)
• İbtidai kurs 2-ci il (CE 2)
• Orta kurs 1-ci il (CM 1)
• Orta kurs 2-ci il (CM 2)
İbtidai məktəblərdə dərslər (saat 9-dan 12-dək və saat 14-dən 17-də) həftədə 4 gün (27
saat) davam edir.Çərşənbə günü, şənbə günü nahardan sonra və bazar günü uşaqlar
istirahət edirlər.Bu günlər ərzində uşaqlar maraqlarına uyğun
olaraq müxtəlif idaman və
bədii dərnəklərdə məşğul ola bilərlər.
66
Fransada ibtidai məktəbdə oxuyan şagirdlərə evə yapşırıq verilmir.İbtidai təhsil dövründə
sinifdə bütün fənləri bir müəllim tədris edir.
İbtidai təhsil almış bütün şagirdlər kolleclərdə oxuya bilərlər.Kollecdə təhsil, hər biri 2 il
olmaqla 2 dövrə bölünür.
• Müşahidə dövrü
• İstiqamətləndirici dövr.
Müşahidə dövrünə VI və V siniflər daxildir.( Fransada siniflərin sıralanması əks
istiqamətdə aparılır –VI, V, IV,III) Bu dövrdə təhsil prosesi orta təhsilin baza
elementlərini təqdim etməklə ibtidai təhsili tamamlayır.Bütün uşaqla kollecə daxil olur,
bərabər tədris proqramı üzrə dərs keçir və mütləa şəkildə müəvvan olunmuş xarici
dillərdən birini öyrənirlər.
İstiqamətləndirici dövrə ümumi təhsilin
IV və III sinifləri, eləcə də texniki təmayüllü
kolleclərin IV və III sinifləri daxildir.Bu mərhələdə uşaqlar ikinci xarici dil öyrənməyə
başlayır və əlavə olaraq latın, yunan və digər dilləri seçə
bilirlər.III sinifin sonunda şagirdlər imtahan verir və kolleci bitirməkləri haqqda
şahadətnamə alırlar.
Dostları ilə paylaş: