8
Zərdüşt müəllimlərələ yanaşı, alimlərin də cəmimyyətdəki istiqamətverici rolunu
düzgün qiymətləndirmişdi: «Çalışın ki, alim və cahil araasında fərq qoyasınız. Alimlərin
həyatın yol göstəriciləridir».
«Avesta»da təbiət, coğrafi şərait, dtin və dövlətin idarə edilməsi üsulları təlim-
tərbiyənin əsas amili kimi göstərilmişdir. Zərduştün fikrincə Əhrimana (şərə) qalıb gəlmək
üçün biliyə yiyələnmək vacibdir. Ona görə də elmə yiyələnmək «Avesta»da dini vəzifələrdən
sayılır.
Zoroastrizmin vətəni Az-da saray, atəşgədə, atəşgah məktəbləri olmuşdur. Sasanilərin
hakimiyyəti dövründə zərdüşt ölkənin rəsmi dininə çevrildi. Bunun əsasında da bəzi ibtidai
və peşə məktəbləri də yarandı. Saray məktəbdərində şahzadə və rütbə sahiblərinin uşaqları
təhsil alırdılar. Bu məktəbdə dövlət üçün kadrlar yetişdirilirdi. İbtidai təhsil 7 yaşından 15
yaşına kimi davam edirdi. «Avesta» dualarının və nəğmələrin öyrənilməsi ibtidai təhsilin
məzmununu təşkiml edirdi. Zərdüşt dini sasanilərin dövründə hakim feodalların mənafeinə
uyğunlaşaraq sinfi xarakter daşıyırdı. Məktəblər 4 təbəqəyə (kahinlər, cavanlar, sənətkarolar)
və xidmət məqsədilə (uşaqlar, cavanlar, kişilər və yaşlılara) bölünürdü.
Atəşgədələrdə təhsil alanlar bütün günü orada olur, hətta gecələr də orada qalırdı. onların
xərclərini atəşgədələr ödəyirdi. Saray məktəblərində gənclərin təlim-tərbiyəsi ilə şahzadələr və
ustandarlar məşğul olurdular. Digər məktəblərdə isə mağlar, onları isə hirbod və yaxud
atrvanlar əvəz etməklə təlim-tərbiyə ilə məşbul olurdular. Həmin məktəblərdə təlim-tərbiyə 3
hisəyə bölünürdü: dini-əxlaqi, fiziki (idman) yazım – oxumaq. Zərdüşt dinini qəbul edən hər
bir gənc 15 yaşında həddi-buluğa çatmış hesab olunurdu. Bu vaxtdan sonra onun dini ayinləri
yerinə yetirilməsi məcburi idi.
Zərdüşt dinin təriqətlərində fiziki tərbiyəyə ciddi fikir verilirdi. Xəstələnmə, zəifləmə
Əhrimanın əməli sayılırdı. Ona görə də şərə qalib gəlməkçün sağlam, təmizkar, qüvvətli
olmaq lazımdı.
Dostları ilə paylaş: