Мцщазиря №1 (2 саат)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə1/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
  1   2   3   4   5   6   7   8   9   ...   54
muhazire




MÜHAZİRƏ № 1
Pedaqogika tarixi kursunun predmeti və vəzifələri. Azərbaycanda xalq 
pedaqogikasının əsasları və xüsusiyyətləri. İslamaqədər və islam dövrünün maarif 
sistemi 
Plan: 
1. 
Azərbaycanda xalq pedaqogikasının əsasları və xüsusiyyətləri 
2. 
Azərbaycan xalq pedaqogikasında tərbiyənin forma və metodları 
3. 
İslamaqədər və islam dövrünün maarif sistemi 
4. 
«Avesta»da tərbiyə məsələləri və onun pedaqoji əhəmiyyəti 
Ədəbiyyat: 
1. 
Həşimov Ə.Ş. və Sadıqov F.B. Azərbaycan xalq pedaqogikası. B., 2000 
2. 
Rüstəmov F.A. Pedaqogika tarixi. B., 2006 
Pedaqogika tarixi – tərbiyə, təhsil və pedaqoji fikrin yaranması və inkişafı haqqında 
elmdir. Pedaqogika tarixi bəşər cəmiyyəti mövcud olduğu zamandan indiyə kimi ayrı-ayrı 
tarixi dövrlərdə tərbiyənin, məktəbin və pedaqoji nəzəriyyələrin yaranması və inkişafından 
bəhs edən bir elmdir. 
Xalq pedaqogikası – təlim tərbiyənin məzmunu, məqsədi, vasitələri, üsulları, təşkili və 
s. məsələləri haqqında zəhmətkeş kütlələrin tarix boyu gündəlik müşahidələrin nəticəsi kimi 
əldə etdikləri, əmək və yaşayış şəraitinin təsiri altında topladıqları pedaqoji bilik, təcrübə, 
baxış, qayda-qanun və adət-ənənələrin məcmusudur.
Xalq pedaqogikası xalq hikmətini, tərbiyə sahəsində xalqın əsdər boyu əldə etdiyi 
təcrübə, fikir və ideyaları özündə cəmləşdirir. 
Xalq pedaqogikasında tərbiyənin məqsədi – insanı boya-başa, ərsəyə, kamala 
çatdırmaqdır, yəni ideal insan yetişdirməkdir; vəzifəsi – onun fiziki inkişafını, sağlamlığını 
təmin etməkdən, adamı əmək fəaliyyətinə hazırlamaqdan, ona ədəb-ərkən qayda-qanunlarını, 
mərifət elmini aşılamaqdan, insanın ağlını artırmaqdan (yəni, zehni biliklərlə 
zənginləşdirməkdən) və zövqünü inkişaf etdirməkdən ibarətdir; amilləri isə özünün bütün 
cisim və hadisələri ilə birlikdə doğma təbiət, əmək, xalq incəsənət nümunələri, canlı söz, 
məişət, qayda-qanunlarıdır. 



Xalq pedaqogikasında tərbiyənin obyekti və subyekti – yaşından, cinsindən asılı 
olmayaraq insandır. Uşağın tərbiyəyə ehtiyacı daha çox olsa da, yaşlılar da tərbiyəsiz keçinə 
bilməzlər. «Beşikdən qəbrədək öyrənmək gərək».
Xalq pedaqogikasında, o cümlədən Azərbaycan xalq pedaqogikasında tərbiyənin təşkili 
formaları və mənbələri məlumdur. Məsələn, xalq tərbiyəsinin təşkili formaları – müxtəlif növ 
oyunlar, uşaq və gənclərin əmək birləşmələri; ailə-məişət işlərində, bayram və toy 
şənliklərində uşaqların iştirakı; mənbələri isə ailələrin tərbiyə təcrübəsi; didaktik məzmuna və 
pedaqoji istiqamətə malik olan folklor nümunələri və musiqi əsərləri, mütərəqqi tərbiyəvi adət 
– ənənələr, rəngarəng maddi mədəniyyət abidələri, xalq idmanı növlərində və s. öz əksini tapır. 
Xalq pedaqogikası nümunələrində yalnız tərbiyə ideyaları deyil, xalq həyatının digər 
cəhətləri, onun adət və ənənələri, etnoqrafiyası, tarixi, psixologiyası və s. əks olunduğundan 
bu nümunələrin araşdırılması və dərindən öyrənildməsi etnoqrafiya, tarix, psixologiya, 
ədəbiyyatşünaslıq kimi bir sıra elmlər üçün də qiymətli faktlar verir. 
Xalq pedaqogikası nümunələri müasir dövrdə də öz aktuallığını, tərbiyəvi əhəmiyyətini 
itirməmişdir. Bu nümunələr gənc nəslin tərbiyəsində bu gün də əhəmiyyətli rol oynayır. 
Bütünlükdə xalqımız özünün əsrlər boyu yaratdığı zəngin irsdən indidə bol-bol bəhrələnir, əqli 
tərbiyə, əmək tərbiyəsi, əxlaqi, fiziki, estetik, ekoloji, iqtisadi tərbiyə sahəsində geniş istifadə 
olunur.
Xalq pedaqogikasında uşaqların tərbiyə olunmasında söhbət, öyüd-nəsihət, tələb, 
nümunə, əyani göstərmə, inandırma, vəsiyyət, tövsiyyə, təqdir etmək, məsləhət, izah etmə, 
alışdırma, məşq, xahiş, tərifləmə, alqışlama, irad tutma və s. kimi üsullardan, oyun, folklor 
nümunələri (yəni nağıl, mahnı, lətifə, atalar sözləri, nəsihətnamə və s.), bayram şənliyi, əmək; 
təbiət, adət-ənənələr və s. kimi vasitələrdən istifadə olunub. 
Xalq pedaqogikasının obyekti və mövzusu Xalq pedaqogikası bütün xalqa məxsusdur. Yəni onun 
konkret yaradıcısı məlum deyil. Amma burada bir incəlik var ki, onu diqqət mərkəzində saxlamalıyıq; Xalqın 
tərkibi zəkasına, mənəviyyatına, dünyabaxışına, yaş və fərdi xüsusiyyətlərinə görə müxtəlif insanlardan 
ibarətdir. Təbiidir kı, onların hamısı müdrik, başqalarına öyüd – nəsihət verə bilmək dərəcəsində hazırlıqlı ola 
bilməzlər. Hətta çoxunun, o cümlədən uşaqların, yeniyetmə və gənclərin tərbıyəyə daim ehtiyacı olur. Demək, 
13 xalq pedaqogikasını müdrik insanlar yaratmışlar. Onlar həyatı, inkişafı, əmək prosesıni müşahidə edərək 
və yaşlaşdıqca qazandıqları təcrübələr əsasında konkret qənaətlərə gəlmiş və bu barədə fıkir yürütmüşlər. 
Fikirlər atalar sözləri, zərb məsələlər, tapmacalar, yanıltmaclar, nağıllar, dastanlar və s. şəklində ifadə 
olunmuşdur. Xalq pedaqogikasının obyekti insandır. Yəni müdrik şəxsiyyətlər başda olmaqla xalq böyüməkdə 



olan nəslin və cəmiyyətdəki bütün insanların kamilləşməsinə çalışmışdır. Buna görə də irili-xırdalı bütün 
xalq pedaqogıkası nümunələrində diqqət mərkəzində insan, onun formalaşması və inkışaf etməsi problemi 
dayanır. Elə buradan da sual yaranır. Bəs xalq pedaqogikasının mövzusu nədir? Xalq pedaqogikasının 
mövzusu tərbiyədir. Elmi pedaqogikadan bildiyimiz kimi, tərbiyənin istıqamətləri çoxşaxəlidir. Yəni hər bir 
insan əməyi sevməli, əxlaqlı, fiziki cəhətdən sağlam olmalı, etik və estetik keyfiyyətləri ilə seçilməli, hüquq 
və vəzifələrini bilməlıdir. Xalq pedaqogikasında da bütün bunlar diqqət mərkəzində dayanır. Xalqın yaratdığı 
folklor nümunələrinin mövzusu tərbiyədir. Xalq haqlı olaraq bu qənaətdədir ki, tərbıyə hamı üçün lazımdır. 
Ona gənc nəsil də, qadınlar da, kışılər də möhtacdır; başqa sahələrdə olduğu kimi, tərbıyədə də kişilərlə 
qadınlar arasında hüquqi baxımdan fərq olmamalıdır. Xalq pedaqogikasında insan şəxsiyyətinə ləkə gətirən 
bütün mənfiliklər pislənir, gözəlliklər təbliğ olunur. • Xalq pedaqogikasının elmi pedaqogika ilə ümumi və 
fərqli cəhətləri Xalq pedaqogikası kütlələrin tərbiyəsini yaxşılaşdırmaq üçün daim səy göstərmişdir. Bu 
məqsədlə xalq mənimsədıyi və istifadə etdiyi təcrübəni möntəzəm olaraq zənginləşdirməyə çalışmışdır. 
Böyüməkdə olan nəslin yaş dövrlərini ciddi nəzərə almış, hər yaş dövrünə uyğun tərbiyə vasıtələri yaratmışdır. 
Tərbiyədə əyaniliyə yüksək qiymət vermişdir. Rəğbətləndirmə, cəzalandırma, nümunə və s. üsullardan istifadə 
etmiş, tərbıyənin bütün tərkib hissələrını daim diqqət mərkəzində saxlamışdır. 14 «Pedaqogika tarixi» 
kursundan aydındır ki, dünyanın bütün inkişaf etmiş ölkələrində dahi şəxsiyyətlər öz dıdaktik müddəalarını 
irəli sürərkən xalq pedaqogikasına istınad etmişlər. Orta əsr mütəfəkkirlərimizin, o cümlədən Ə.Xaqani, 
N.Gəncəvi, M.Füzuli, Ə.Cami və başqalarının əsərlərində bunu aydın görmək olar. A.A.Bakıxanovun 
nəsihətləri, S.Ə.Şirvaninin mənzum hekayətləri məhz xalq pedaqogikasından qidalanmışdır. Adını çəkdiyimiz 
digər klassiklərin yaradıcılığında da belədir. Elmi pedaqogikanın banisi Y.A.Komenski «Böyük didaktika», 
«Yaxşı təşkil olunmuş məktəbin qanunları», «Dünyanın labirint yolları» əsərlərində xalq pedaqogıkasından 
istifadə etmişdir. Ümumən, Komenskinin pedaqoji sistemi xalq təfəkküründən yaranmışdır. Deməli, xalqın 
pedaqoji ideyaları elmi pedaqogikanın özül daşlarını təşkil etmişdir. Bu gün elmi pedaqogika qidalandığı 
mənbələr sırasında xalq pedaqogıkasının adını öndə çəkir. Bütün bunlar xalq pedaqogikasının elmi pedaqogika 
ilə qaynaq nöqtələri və ümumi cəhətləridir. Lakin fərqli cəhətləri də var; onlar aşağıdakılardır: • xalq 
pedaqogikasının tarixi elmi pedaqogikadan qədimdir. • elmi pedaqogikanı yalnız bu elmlə məşğul olan şəxslər 
yaratmışlar, xalq pedaqogikasını isə milyonlarla xalq kütlələri. • elmi pedaqogikada ciddi sistem var, xalq 
pedaqogikasında isə tərbiyə ilə bağlı fikirlər sistemsiz halda şifahi ədəbiyyat nümunələrinə səpələnmişdir. • 
xalq pedaqogikasında elmi istilahlar yoxdur. • xalq pedaqogikasında yaş dövrləri elmi pedaqogıkada olduğu 
kimi konkret bölgülərə əsaslanmır; uşaqlıq, yeniyetməlik, gənclik, ahıllıq, qocalıq dövrləri gəzişən rəqəmlərlə 
şərtlənir. • xalq pedaqogikası elmi pedaqogikanın mənbələrindən biridir. • elmi pedaqogikaya nisbətən xalq 
pedaqogikası həyata daha yaxındır. • xalq pedaqogikası çoxluğun, kütlələrin pedaqogıkasıdır. Lakin elmi 
pedaqogikada ixtisaslaşma var (tiflopedaqogika, 15 surdopedaqogika, oliqofrenopedaqogika və s.) • Gah 
poeziya, gah nəsr, bəzən lirizm, bəzən epiklik xalq pedaqogikasına xas olan xüsusiyyətlərdəndir. Elmi 
pedaqogıkada belə rəngarənglik yoxdur. • Xalq pedaqogikasının üslubu bədii, dili obrazlıdır, ona görə də tez 
sirayət edir. • Şifahi xalq ədəbiyyatı nümunələrinin hamısı bir küll halında pedaqoji biliklər toplusudur. Bu 



toplu xalqın tərbıyə haqqında dahiyanə düşünülmüş həmişəyaşar sılahıdır. • Xalq pedaqogikası hər bir xalqı 
başqalarından fərqləndirən özünəməxsus məktəbidir. • Elmi pedaqogika gördüyü işin nəticəsini öyrənmək və 
dəqiqləşdirmək üçün təcrübə mühitini özü yaradır, xalq pedaqogikasında isə təcrübə təbii yolla yaranır, xalq 
sadəcə onu görüb – götürür. • Elmi pedaqogikada mühit, şərait, quruluş, həyati baxışlar dəyişdikcə müddəalar 
bir-birini inkar edə bilir, xalq pedaqogikası isə inkarolunmaz və həmişəyaşardır. Ona görə də keçdiyi inkişaf 
yolunun nəticəsi olaraq elmi pedaqogika ötən əsrin ortalarından etibarən xalq pedaqogikasını etiraf etmiş, 
böyüməkdə olan nəslin təlim və tərbıyəsində ondan istifadəni vacib saymışdır. • Xalq pedaqogikasının 
mənbələri Biz qeyd etmişik ki, xalq pedaqogikası həyati təcrübə əsasında yaranmışdır. Həyat isə çox geniş və 
əhatəlidir. Onun hər üzü, çətinliyi, mürəkkəbliyi var. Adəti, ənənəsi, toyu, bayramı da öz yerində. Bütün bunlar 
hamısı xalq pedaqogikasının mənbələridir və onları aşağıdakı kimi qruplaşdırmaq olar: • ailələrin tərbiyə 
işində qazandığı təcrübə; • adət – ənənələr; • folklor nümunələri; • maddi mədəniyyət abidələri; • xalq idman 
növləri; • tarixi və etnoqrafik materiallar. Xalq bu mənbələrlə bağlı təcrübədən faydalanaraq öz pe- 16 daqoji 
fikir və düşüncələrini inkişaf etdirmişdir. 
Xalq pedaqogikasında tərbiyənin məqsəd və mahiyyəti Azərbaycan xalq pedaqogikası materiallarının 
tədqıqi və təhlili göstərir ki, xalqımız hər zaman insan amılinə böyük qiymət vermişdir. İnsanı yer üzünün 
əşrəfi adlandırmış, onun kəsir cəhətlərini tənqid, müsbət cəhətlərini təqdir etmişdir. Yaşından, vəzifəsindən və 
ictimai mövqeyindən asılı olmayaraq hər bir insanın düz yolun yolçusu olmasını istəmişdir. Ən kiçik folklor 
nümunələrindən iri həcmli epik əsərlərədək bütün şıfahi xalq ədəbiyyatında tərbiyə amili diqqət mərkəzində 
dayanmışdır. İstər ailədə, istərsə də ictimai mühitdə insanlar arasında qarşılıqlı münasibətlərə haqq-ədalət 
mövqeyindən yanaşılmışdır. Hər şey haqqın qələbəsinə xidmət etmişdir. Haqq isə kamil insanların sayəsində 
qələbə çala bilir. Kamil insanların çox olduğu cəmiyyətdə sülh, əmin-amanlıq, ədalət, fıravanlıq hökm sürür. 
Nağıl və dastanların məzmunundan irəli gələn bu ideyadan aydın olur ki, xalq pedaqogikasında tərbiyənin 
məqsədi kamil insan yetişdirməkdir. Dünyanın bütün xalqlarının folklorunda kamil insan anlamına önəm 
verilir. Lakin hər xalqın öz dünyabaxışı, milli xüsusiyyətləri var. Yəni hər xalq kamil insanı öz baxış bucağı 
ilə dəyərləndirir. Azərbaycan xalqı üçün kamil insan ağıllı, sağlam, əməksevər, mərifətli, ədəb – ərkanlı, dar 
günün dayağı ola bilən adamdır. Belə adamları xalqımız «kişi adam», «bütöv adam», «əsil insan» kimi 
dəyərləndirmişdir. Kamil insan yetişdirmək üçün görülən iş isə tərbıyənin 27 mahiyyətini təşkil edir. Xalq 
ədəbli, qanacaqlı, mərifətli adamları tərbiyəli adam kimi qəbul edir. Ona görə də xalq pedaqogıkasında ədəb, 
qanacaq, mərifət sözləri tərbiyə sözünün sınonimidir. Ədəbli, qanacaqlı, mərifətli olmağın isə nışanələrı var: 
dərrakəli, ədəb – ərkanlı, həyalı, ismətli, iffətli, təmkinli, ağıllı, üzüyola, həlim təbiətli, xeyirxah, çalışqan, iş 
bılən, sözündə möhkəm olan, gözütox, qoçaq, bilikli, səbirli adamlar həmin nişandadır, yəni tərbıyəlidir. • 
Xalq pedaqogikasında tərbiyənin tərkib hissələri Dünyaya gələn körpənin tərbiyə edilib böyüdülməsıni xalq 
boya-başa çatdırmaq adlandırır. Bəs bu dövr ərzində xalq nə kimi tərbiyəvi işlər aparmağı məqsədəmüvafiq 
sayır? Bu sualın cavabı kamil insana məxsus nışanələrin içərisindədir. Yəni əvvəldə saydığımız həmin 
nışanələr bir kompleks halında kimdə birləşirsə, o kamil adamdır. Demək, tərbiyə işinə də kompleks halda 
yanaşmaq lazımdır ki, insanda həmin keyfiyyətlər bir tam halında formalaşsın. Bildiyimiz kimi, xalqın 



pedaqoji fikir və mülahizələri şifahi xalq ədəbiyyatı nümunələrində və adət-ənənələrdə əks olunur. Şifahi 
ədəbiyyat-folklor isə ucu-bucağı görünməyən xəzinədir. Atalar sözləri, zərb məsəllər, əfsanələr, rəvayətlər, 
laylalar, bayatılar, oxşamalar, nazlamalar, sayaçı sözlər, holovarlar, çaşdırmalar, düzgülər, siçilləmələr, 
sanamalar, tapmacalar, yanıltmaclar, nəğmələr, oyunlar, tamaşalar, nağıllar, dastanlar, aşıq şeri və s. eləcə də 
milli adət – ənənələr həmin xəzinənin mənbələridir. Kamil insanı yetişdirmək üçün öz fikir və qənaətlərini 
xalq bu mənbələrdə qəlibləmiş və min illərin uzaqlığından üzü bu yana ismarıc etmişdir. Xalq böyüyən nəsli 
hər şeydən əvvəl sağlam görmək istəmişdir. Çağa vaxtından onun düzgün bələnməsi, vaxtında yedizdirilməsi, 
məhz ana südü ilə bəslənməsi, normal şəraitdə yatızdırılması, tez-tez çimizdırilməsi, təmiz saxlanılması 
qayğısına qalmışdır. Uşaq böyüdükcə onun fiziki sağlamlığına verilən tələblər də artmışdır. Kiçik idman 
hərəkətləri, oyunlar, qaçma, 28 tullanma, gəşt tutma və s. bir-birini əvəzləmişdir. Tədriclə uşaqlar gücləri çatan 
əməyə sövq edilmişdir. Burada məqsəd yenə onların fiziki sağlamlığı və həmçınin əməyə, zəhmətə 
alışdırılması olmuşdur. Onlara buyuruq verərkən yeri gəldikcə məsəllər çəkmiş, atalar sözü söyləmiş, 
əhvalatlar danışmışlar. Beləliklə, həvəslərini daha da artırmışlar. Uşağı tədriclə həyata qoşmaqla bərabər
onlara hər işi ağılla görməyi, işin çəmini tapmağı başa salmışlar. Onların ağlını və zehrini inkişaf etdirmək 
üçün tapmacalardan, çaşdırmalardan istifadə etmişlər. Yaşlarına uyğun oyunlar yaratmış və həmin oyunlar 
vasıtəsılə həm onların fıziki sağlamlığını, sərvaxtlığını təmin etməyə, həm ağlını inkışaf etdirməyə, həm də 
əməyə məhəbbətlərini artırmağa çalışmışlar. «Haqqır - hüqqur», «Gizlənpaç», «Sürü–sürü», «Göydə nə var?», 
«Beş daş», «Çırtma - çırtma», «Qaçdı – tutdu», «Çiling ağac» və s. məhz belə oyunlardandır. Azərbaycan 
xalqı üçün insani meyarlardan ən başlıcası əxlaqi keyfiyyətlərdir. Xalqımız mənəviyyata hər zaman önəm 
vermişdir. Uşaqların da lap kiçik yaşlardan mənəvi əsaslar üzərində pərvəriş tapmasına çalışmışdır. Bu barədə 
bir atalar sözündə deyılir:«Alim olmaq asandır, insan olmaq çətin». Xalq məhz çətin yolu, insanlıq yolunu 
əsas götürərək uşaqları düzlüyə, doğruçuluğa, dostluq və yoldaşlıqda sədaqətliliyə, halallığa, vətən sevgisinə, 
mərdliyə, xeyirxahlığa istıqamətləndirməyə çalışmış, namərdliyi, tənbəlliyi, yalançılığı, xəyanəti və s. 
xoşagəlməz cəhətləri pisləmişdir. «Keçmə namərd körpüsündən, qoy aparsın sel səni», «Yatma tülkü 
kölgəsində qoy yesin aslan səni», «İgid odur atdan düşə atlana, igid odur hər zəhmətə qatlana», «Tənbəl deyər: 
ver yeyim, ört yatım; gözlə canım çıxmasın» və s. kimi atalar sözlərində, «Yalançının evi yandı, heç kim ona 
inanmadı», «Cücəni payızda sayarlar », «Altı daş, üstü aş» kimi məsəllərdə əxlaqi kamillik məsələsini diqqət 
mərkəzində saxlamışlar. Elm, sənət öyrənməyin insan üçün həyati əhəmiyyət daşıdığını, bütün vardövlətdən 
üstün olduğunu nağıl və dastanlarda dönə-dönə vurğulamışlar. 29 Əlbəttə, bu keyfiyyətlərin hər kəsdə olması 
insani gözəllikdir. Lakin hər bir insan özü də bir fərd olaraq gözəllliyi duymalı, yaşatmalı və ondan zövq 
almağı bacarmalıdır.Xalqa görə, gözəlliklər iki cürdür: İlahi Qüvvənin yaratdığı gözəlliklər; insan əli ilə 
yaranmış gözəlliklər. İnsan özü də daxil olmaqla təbiətdə nə varsa ilahi gözəlliklə bağlıdır və xalqın məntiqinə 
görə insan bu gözəlliyi görəndə Yaradana şükr etməli və bu gözəlliyin insan üçün olduğunu başa düşməli, onu 
qorumalıdır. Xalqın öz əli ilə yaratdığı gözəlliklər onun zövqünün əlaməti, gözəllik duyğularının təzahürüdür. 
Dünyada məşhur sənət əsərləri, Şirvan, Təbriz, Qarabağ xalçaları, zərgərlik nümunələri, mis əşyalar, qədim 
tikililər, o cümlədən qalalar, toxuculuq nümunələri - kəlağayılar, darayı yaylıqlar, «Talaman», «Qanovuz», 



«Zərxara», «Küçə mənə dar gəlir», «Gecə - gündüz», «Hacı, mənə bax» «Alışdım – yandım», «Hacı, bəri 
bax» və s. adlı parçalar, tirmə şallar, libaslar, xanımyana, ağayana geyimlər, kosmetik vasitələrdən yerli-
yerində istifadə xalqın gözəllik duyumundan xəbər verir. Xalq bu duyumu, bu sənəti nəsildən – nəsilə ötürərək 
estetik tərbıyə işinə rəvac vermişdir. Lakin onun təbirində gözəllik anlayışının konkret tərifi yoxdur. Ruhu 
oxşayan nə varsa, xalq onu göyçək, qəşəng, yaxşı, əntiqə, gözəgəlimli, zərif, yapışıqlı, yaraşıqlı, nəfis, 
gözəşirin və s. sözlərlə səciyyələndirmişdir. Xalq gözəl olan nə varsa, onu nağıl və dastanlarda genbol tərif 
etməklə yanaşı, bu mövzuda kiçik həcmli folklor nümunələri də yaratmışdır. Məsələn, «Gözələ baxmaq 
savabdır», «Gözəl görmək savabdır», «Gözəl kamallı gərək», «Gözəl sevməyə tövbə olmaz», «Dizini yerə 
basıb outrursa, qadın gözəldir», «Ağ südunu doyunca əmizdirirsə, ana gözəldir», «Uca ev yanında qurulsa, 
gəlin çadırı gözəldir», «Gözəl yüzlü gərək, yüzsüz gərəkməz» və s. Xalq böyüməkdə olan nəsildə gözəlliyə 
sevgi duyğuları aşılamaqla bərabər, onları qorumağı da öyrətmək qayğısına qalmışdır. Bu isə ekoloji 
tərbiyədir. Şifahi xalq ədəbiyyatı nümunələrindən aydın olur ki, xalq maddi dolanışıq və insanların cəmiyyət 
qarşı- 30 sında hüquq və vəzifələri barədə də fikirlər söyləmişdir. Beləliklə, tərbiyənin bütün tərkib hissələrini 
diqqət mərkəzində saxlamışdır. Onlar aşağıdakılardır: • Fiziki tərbiyə (yetişən nəsli sağlam, cəld, çevik 
böyütmək). • Ağıl və əqli tərbiyə (hər bir işə ağıllı yanaşmaq, fərasətli, dərrakəli olmaq). • Əxlaq tərbiyəsi 
(əxlaqın müsbət təzahürlərinə yıyələnmək). • Əmək tərbiyəsi (əməksevər, işgüzar olmaq; məhsuldar işləmək). 
• Estetik tərbiyə (təbiət, cəmiyyət və incəsənətin gözəlliklərini dərk etmək). • Ekoloji tərbiyə (ətraf mühiti 
sevmək və qorumaq). • İqtisadi tərbiyə (qənaətcil olmaq, israfçılığa yol verməmək) • Hüquq tərbiyəsi (ailə və 
ictimai mühitin qayda-qanunlarına əməl etmək və onları qorumaq). Göründüyü kimi, xalq, böyüməkdə olan 
nəslin hərtərəfli inkişafı qayğısına qalmış, öz cəmiyyətinin vətəndaşını sağlam, ağıllı, əxlaqlı, əməksevər, 
gözəlliyi dəyərləndirməyi və yaşadığı mühiti qorumağı bacaran, hüquq və vəzifələrini bilən və ona əməl edən 
bir insan olaraq yetişdirməyə çalışmışdır. Yaratdığı bütün tərbiyə vasitələrində məqsəd bu amala önəm vermək 
olmuşdur.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin