Мцщазиря №1 (2 саат)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə8/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   4   5   6   7   8   9   10   11   ...   54
muhazire

MÜHAZİRƏ № 3 (2 saat) 
XIX əsrin II yarısında Azərbaycanda məktəb və pedaqoji fikir. 


20 
Plan: 
1) 
XIX əsrin 60-cı illərində Azərbaycanda məktəb islahatları. Şəhər məktəblərinin 
yaranması. 
2) 
Dəmiryolu, bazar günü, sənət və ibtidai məktəblərin meydana gəlməsi. 
3) 
Müəllim kadrlarının hazırlanması, rus-azərbaycan məktəblərinin yaranması. 
4) 
XIX əsrin II yarısında Azərbaycanda maarifin inkişafında M.F.Axundov, 
H.Zərdabi, S.Ə.Şirvani, Anton Osipoviç Çernyayevski və b. rolu. 
1) 1861-ci il 19 fevralda Rusiyada təhkimçilik hüququ ləğv olunduqdan sonra çar 
hakimiyyəti bir sıra sahələrdə olduğu kimi məktəb təhsili sahəsində də bir sıra islahatlar həyata 
keçiкməli oldu. 1864-cü il iyulun 14-də «İbtidai xalq məktəbləri haqqında əsasnamə», həmin 
ilin noyabrın 19-da isə «Gimnaziya və progimnaziyaların nizamnaməsi» təsdiq edildi. 1867-i 
ildə yeni bir nizamnamə imzalandı. Bu nizamnamənin əsas mahiyyəti bəzi yerli xüsusiyyətləri 
nəzərə almaqla bütün təlim işini imperiya daxilindəkinə daha da uyğunlaşmaqdan, yəni yerli 
məktəbləri imperiyanın məktəblərinə bərabər tutaraq rus diqqətini daha da artırır, rus 
uşaqlarını yerli dilləri öyrənməkdən azad etməkdən ibarət idi. Bu dövrdə təhsil müəssisələrinin 
sayı artmağa başladı.
XIX əsrin 70-ci illərindən başlayaraq 1872-ci il nazamnaməsinə sasən yeni tipli şəhər 
məktəbləri yaranmağa başladı. Bu məktəblərin əsas məqsədi mənşəyindən asılı olmayaraq 
bütün uşaqları ibtidai əqli və dini əxlaqi tərbiyə etməkdən ibarət idi. Bu məktəblərin tədris 
planına şəriətdən başqa, oxu və yazı, rus dili, həndəsə, hesab, coğrafiya tarix, təbiət, fizika, 
rəsm, rəsxətt, nəğmə və qrammatika da daxil idi. Bəzi məktəblərdə hətta fransız dili və musiqi 
tədris olunur, kənd təsərrüfatı, sənət də öyrədilirdi. İlk belə məktəblər qəza məktəblərinin 
əsasında Şuşa, Şamaxı, Gəncə, Nuxa və Bakıda fəaliyyətə başladı. XIX əsrin sonunda 
Azərbaycanda 9 belə şəhər məktəbləri mövcud idi. Onlar qəza məktəblərindən çox irəlidə 
idilər.
Təhsilin alanların sayına görə Azərbaycan məktəbləri Zaqafqaziya və Rusiya 
məktəblərini geridə qoymuşdu. Bundan başqa bu məktəblər zəngin kitabxanaları, tədris 
otaqları və s. ilə də fərqlənirdilər. Şəhər məktəbləri ümumtəhsil və peşə məktəblərinin 
inkişafında müsbət rol oynadılar. Onların nəzdində fəaliyyət göstərən qısamüddətli müəllim 


21 
kursları, bazar günü məktəbləri, yaşlıların axşam kursları ölkə təhsilinin inkişafında 
müstəsna rol oynamışlar.
2) XIX əsrin 80-cı illərindən başlayaraq Azərbaycanda dəmiryolu, bazar günü və peşə 
məktəbləri meydana gəlməyə başladı.1875-ci il nizamnaməsi əsasında dəmiryolu qulluqçuları 
və fəhlələrin uşaqları üçün dəmiryolu məktəbləri fəaliyyətə başladı. Bu cür bir sinifli 
məktəblərdə təhsil 3 illik idi və tədris planına şəriət, rus dili, rəsmxətt və həndəsə; 2 sinifli 5 
illik təhsil müddəti olanların tədris planına isə sadalananlardan əlavə, tarix, coğrafiya, təbiət, 
rəsmxətt və rəsm daxil idi. Vəsait imkan verirdisə oğlanlar üçün həm də gimnastika, əl əməyi, 
sənət və emalatxana işi, qızlar üçün isə əl işi məşğələləri təşkil olunurdu. Təhsil ödənişli olsa 
da, yoxsul ailənin övladları pedaqoji şuranun qərarı ilə təhsil haqqından azad olurdular. 
Azərbaycanda ilk dəmiryolu məktəbi 1888-ci ildə Gəncədə dəmiryolu stansiyasında 
fəaliyyətə başladı. Burada oğlan və qızlar ayrı-ayrı oxuyurdular. 1893-cü ildə Hacıqabul 
stansiyasında da dəmiryolu məktəbi açıldı. Lakin hava şəraitinin əlverişsizliyi ilə əlaqədar bu 
məktəb 1896-cı iləd Bakıya köçürüldü. 1894-cü ildə hər iki məktəb birləşərək 2 sinifli normal 
məktəbə çervildi, əlavə olaraq hazırlıq sinfi də açıldı. 
XIX əsrin ortalarında fəaliyyətə başlayan bazar günü məktəbləri 80-ci illərdən başlayaraq 
Bakıda da açılmağa başladı. İlk belə məktəb 1881-ci ildə Şamaxı şəhər məktəbinin nəzdində 
yarandı. Məktəbdə 2 Azərbaycan və rus şöbəsi fəaliyyət göstərirdi. Onların bəziləri ödənişsiz 
idi. Dinləyicilər əsasən azərbaycanlılardan ibarət idi. Daha sonralar bu cür məktəblər Şəki, 
Gəncə və Bakıda da meydana gəldi. Bura zavod və fabrik fəhlələri gəlirdilər.
Bakı bazar günü məktəbi təlimin təşkilinə və dinləyicilərin sayına görə Rusiyanın bu tipli 
məktəblərini geridə qoymuşdu. 1896-cı ildə Nijnı –Novqorodda keçirilən sərgidə Bakı bazar 
günü məktəbi I dərəcəli diploma layiq görüldü. Daha sonra bu cür məktəbdər kəndlərdə də 
açılmağa başladı. Bazar günü məktəblərində bir çox qabaqcıl ziyalılar və müəllimlər ödənişsiz 
dərs deyirdilər. Onların sırasında N.NƏrimanov, Ə.Haqverdiyev, H.ZƏrdabi və b adlarını 
çəkmək olarn. Bu cür məktəblər yaşlı əhali arasında da savadın yayılmasında müstəsna rol 
oynamışlar. 
Azərbaycanda sənət məktəblərinin meydana gəlməsi XIX əsrin 70-80-cı illərinə təsadüf 
edir. Bu məktəblərin meydana gəlməsi Azərbaycanın mövcud iqtisadi həyatı ilə, geniş 
yayılmış sənətkarlıqla əlaqədar idi. Əvvəllər olduğu kimi XIX əsrdə də sənətkarlıq, paltar, 


22 
ayaqqabı, ipək və pambıq parçalar, mahud, kəndir, dəmirçilik, xarratlıq, dülgərlik və s. 
məhsulları hazırlamaq geniş yayılmışdı. 
Əhalinin peşə təhsilinə olan tələbatını ödəmək məqsədilə 1874-cü ildə Bakı ibtidai 
məktəbi nəzdində ayrıca bir şöbə təşkil edildi. Şəhər vəsaiti ilə idarə olunan bu şöbədə 
dülgərlik və xarratlıq öyrədilirdi. Bu şöbə sonralar 1888-ci ildə müstəqil sənət məktəbinə 
çevrildi. Bu məktəblərə əsasən kənd əhalisinin övladları gəlirdi. İbtidai biliklərlə yanaşı, onlara 
peşə bilikləri də verilirdi.
3) Azərbaycanda ilk xalq məktəbləri 60-cı illərdə meydana gəlməyə başladı. İbtidai xalq 
məktəbləri Rusiyadan köçmüş əhalinin məskunlaşdığı kəndlərdə kənd icması tərəfindən təsis 
edilməyə başladı (I Həştərxan, Nikolayevka, Mərəzə və s.). Çernyayevski tərəfindən 
yaradılmış Mərəzə məktəbi çox məşhur idi. Bunun əsas səbəbi təhsilin pulsuz və kütləvi olması 
idi.
70-ci illərdən başlayaraq Azərbaycan kəndlərində rus dilində təhsil verən məktəblər 
açılmağa başladı. Azərbaycan məktəblərindən ilk dövlət məktəbləri Yelizavetpol 
quberniyasının Daşkəsəmən, Qoris, Cəbrayıl kəndlərində, Göyçay Bakı quberniyasında 
(1878), Altıağacda (1879) və Səlyanda (1880) yarandı. Bu məktəblərin açılması hər bir kəndin 
həyatında əlamətdar bir hədisə idi. Əhali onların açılmasını böyük sevinclə qarşılayır və maddi 
köməklik göstərirdi. Bu məktəblərdə rus dilində oxu və yazı, hesab tədris edilir, coğrafiya və 
təbiətşünaslıqdan ilkin məlumat verilirdi. Fiziki cəza yox idi. Təlimdə əsas yeri mexaniki 
əzbərləmə yox, şüurlu mənimsəmə tuturdu. 
Azərbaycan kəndlərində xalq məktəbləri «Zaqafqaziyi tədris hissəsinin təşkili haqqında» 
hökümətin 1873-cü il 22 noyabr tarixli qanunu ilə rəsmiləşdirildi. Kənd məktəbləri 1 və ya 2 
sinifdən ibarət ola bilərdi. 1 sinifli məktəblərdə təhsil müddəti 3 il, 2 sinifli məktəblərdə isə 5 
il idi.
4) Əhalinin öz uşaqlarına rus dilində təhsil vermək istəyi, pedaqoji kadrlara olan tələbat 
60-70-ci illərdə hakimiyyət orqanlarını xalq məktəbləri üçün müəllimlərin hazırlanması 
məsələsilə məşğul olmağa vadar etdi. Kənd məktəbləri üçün belə kadrların hazırlanması 
məqsədilə bu tipli xüsusi məktəblər 1871-ci ildə Kubanda müəllimlər sesinariyası və 1876-cı 
ildə Qoridəki Zaqafqaziya seminariyası yarandı. 1879-cu ildə Qori müəllimlər 
seminariyasının nəzdində Azərbaycan şöbəsi açıldı. Bu seminariyanın məzunları 


23 
Azərbaycanda maarifin yayılmasında müstəsna rolu olan şəxslərdir. Onların sırasında 
F.Koçarli, R.Əfəndiyev, N.Nərimanov, C.Məmmədquluzadə, Ü.Hacıbəyov və b. adlarını 
çəkmək olar. 1882-ci ildə Azərbaycan bölməsinin ilk buraxılışı oldu. Azərbaycan tarixində 
pedaqoji təhsilli müəllimlər meydana gəldi.
5) Azərbaycanda ilk rus-tatar məktəbi 1875-ci ildə Qazaxın Salahlı kəndində təsis edildi. 
Bu məktəbin təsisçisi Kazandan gəlmiş milliyətcə tatar olan Tauxiddin Mamleyev idi. 
Salahlıdakı rus-azərbaycan məktəbi 1 sinifli özəl məktəb idi. Tədris planına şəriət, Azərbaycan 
və rus dillərində oxu və yazı, həndəsə, hüsnxətt, nəzəri qrammatika və idman daxil idi. Bu 
məktəbin uğuru tezliklə digər rus dilli məktəblərin açılmasına təkan verdi. Daha sonralar bu 
tipli məktəblərin Qafqazda açılması tanınmış Azərbaycan pedaqoqları S.M.Qənizadə və 
H.Mahmudbəyovun adı ilə bağlıdır. Tiflisdəki müəllimlər institutunu bitirdikdən sonra onlar 
Bakıda birlikdə özəl rus-azərbaycan məktəbini açdılar. Bu məktəblər digər dövlət 
məktəblərindən onunla fərqlənirdilər ki, burada azərbaycanlı uşaqlar təhsil alırdı. Tədris 
Azərbaycan və rus dillərində aparılırdı. Tədris planına Azərbaycan, rus və fars dilləri, həndəsə, 
coğrafiya, tarix daxil idi. Azərbaycan şöbəsindəki uşaqlara şəriət də keçirilirdi. Çox qısa 
müddətdə bu məktəb xalq arasında şöhrət qazandı və 1891-ci ildə əhalinin tələbinə əsasən 
dövlət büdcəsinə keçirildi. Bu dövrdə rus-azərbaycan məktəbləri Şuşa, Şəki, Naxçıvan, 
Şamaxı və Gəncədə də açıldı. Rus-azərbaycan məktəblərinin təsisçilərindən olanlar 
S.M.Qənizadə məktəblərdə tədris olunması üçün dərsliklər də tərtib edirdi. Onun «İstlaxi 
Azərbaycan» (Azərbaycan şivəsi 1890), «Lüğəti rusi və türki» (Rus-tatar lüğəti), «Kilidə 
ədəbiyyat» (Ədəbiyyat açarı) və s. misal göstərmək olar.
6) XIX əsr Azərbaycan mədəniyyətinin – görkəmli ictimai xadim və pedaqoqu M.F. 
Axundovun (1812-1878) 20 il müddətində ana dilində məktəblərin yaranması, ərəb əlifbasının 
dəyişdirilməsi və xalq kütlələrinin maarifləndirilməsi uğrunda gərgin mübarizə aparmışdır. 
1850-55-ci illərdə Axundov 6 komediya yazır və təkcə Azərbaycanda deyil, bütün yaxın 
Şərqdə dramaturgiyanın əsasını qoyur. Onun ilk əsərləri «Zəmanədən şikayət» və 
A.S.Puşkinin ölümünə həsr etdiyi «Şərq poeması» olmuşdur. 
1836-cı il dekabrın 8-dən 1840-cı il mayın 6-na kimi o Tiflis qəza məktəbində Azərbaycan 
dili müəllimi işləmişdir. 1840-cı ildə səhhəti ilə əlaqədar olaraq müəllimlik fəaliyyətini 
dayandırmışdır. M.F.Axundov o müəllimlərdən idi ki, yeni metodlarla tədris edirdilər. O hətta 


24 
yeni metodlar əsasında dərslik də tərtib edirdi. Onun arzusu ölümündən sonra XX əsrin 20-
ci illərində həyata keçdi. 
Tərbiyənin məqsədini mövhumatdan uzaq, elmi biliklə silahlanmış, şüurlu bir 
vətənpərvərin yetişdirilməsində görən Axundov, hər şeydən əvvəl öz dövründə mövcud olan 
ictimai quruluşu müvafiq tərzdə dəyişdirməyi lazım bilirdi. Onun fikrincə ictimai mühit, 
irsiyyət və təlim-tərbiyə cəmiyyətdə yeni, kamil insan yetişdirmək üçün mühüm amillərdəndir.
Şərq xalqlarının, o cümlədən Azərbaycan xalqının geriliyinin səbəblərini araşdıran 
Axundov, bunu hökmdarların qayğısızlığında, xalq məktəblərinin və milli birliyin 
olmamasında, qadınların hüquqsuzluğunda, ərəb əlifbasının çətinliyində görərək, əlifba izahatı 
təklifini irəli sürmüş və yeni əlifba uğrunda mübarizə aparmışdır. 
Həsən bəy Zərdabi (1842-1907) Azərbaycanın ilk ali təhsilli pedaqoqu, görkəmli ictimai 
xadimdir. Milli teatr və mətbuatın əsasını qoymuş, müəllim hazırlığı, təlimin ana dilində 
aparılması, təlimin məzmun və metodlarının yenidən qurulması, ana dilində dərsliklərin 
hazırlanması, qadın təhsili və s. kimi məsələlərin həyata keçirilməsində yaxından iştirak 
etmişdir. 1865-ci ildə Moskva universitetinin fizika-riyaziyyat fakültəsini bitirdikdən sonra 
1869-1878-ci illərdə Bakı real məktəbində təbiətşünaslığı tədris edib. 1872-ci ildə 
Zaqafqaziyada ilk xeyriyyə cəmiyyətinin əsasını qoymuşdur.
Qadın təhsilinin vacibliyini vurğulayan H.Zərdabi bu sahədə çoxlu işlər görmüşdür. 1907-
ci ildə müsəlman aləmində ilk rus-tatar qız məktəbinin açılması onun adı ilə bağlıdır. Məktəbə 
Hənifə anım Məlikova (arvadı) rəhbərlik edirdi. Təbiətşünaslıq üzrə ilk dərslik «Topraq, su, 
hava» (1912) onun tərəfindən tərtib olunub. Zərdabi əsasən fiziki tərbiyəyə də xüsusi diqqət 
vermiş «Hifzülsəhiyyə» əsərini bu məsələyə həsr etmişdir. O fiziki tərbiyədə şəxsi gigiyena, 
iş rejiminə, normal yuxuya, yeməyə, orqanizmin möhkəmləndirilməsinə böyük əhəmiyyət 
vermişdir. 
Seyid Əzim Şirvani (1835-1888) görkəmli Azərbaycan şairi, istedadlı pedaqoq, nadanlığa 
qarşı mübarizə aparan azad fikirli maarifçi olmuşdur.10 yaşına kimi Dağıstanda babasının 
himayəsində böyüyən Seyid Əzim Şamaxıya qayıtdıqdan sonra mədrəsədə təhsil almağa 
başlayır. Ali dini təhsil almaq üçün 1856-cı ildə İraqa gedir. Əvvəlcə Nəcəf və Bağdadda daha 
sonra isə Dəməşkdə təhsil alır. 


25 
Təhsilin rus dilində verildiyi bir dövrdə S.Əzim ana dilli məktəblərin açılması uğrunda 
mübarizə aparır və yeni metodlu məktəblər açır. İlk belə məktəbi 1869-cu ildə, 2-sini isə 1874-
cü ildə Şamaxıda açır. Əvvəllər bu məktəbdə Azərbaycan və rus dilləri, şəriət, həndəsə tədris 
olunsa da sonralar məktəbə rəhbərlik taməmən S.Əzimin himayəsinə keçdikdən sonra burada 
ərəb və fars dillərində tədris olunmağa başladı. S.Əzim ana dili dərsində dahi Azərbaycan şairi 
Fizulunun və digər tanınmış şərq şairlərinin əsərlərindən istifadə edirdi. Məktəbdə əsas diqqət 
ana dili və rus diliində yazının öyrənilməsinə yönəlmişdir. 
Dərslik çatışmadığına görə Şirvani I və II sinif şagirdləri üçün 1878- «Rəbul ətraf» 
(Uşaqların baharı), «Təcül kütüb” adlı kitabları yazır, daha sonra onları birləşdirərək
«Müntəxabət» tərtib edir. Bu kitaba Nizami və Fizulinin fars dilində yazılmış əsərlərindən 
hekayə və təmsillər, satirik tərcümələr, ibrətamiz şerlər, mola Nəsrəddin lətifələri, folklor 
nümunələri, həmçinin Krılov və Dmitriyevin təmsillərindən tərcümələr daxil idi. Beləliklə ilk 
dəfə Azərbaycan dili dərsliklərində rus şair və yazıçılarının əsərlərindən tərcümələr çap 
olunurdu.
Əzimin məktəbləri yeni tipli idi. İstər tərkibinə, istərsə də tədris planı və proqramına görə 
bu məktəb digər mollaxanalardan fərqlənirdi. S.Əzimin adı ilə bağlı olan II məktəb – rəsmi 
dövlət məktəbi idi. 14 sentyabr 1877-ci ildən o, məktəbdə şəriət dərslərindən dərs deməyə 
başladı. Şamaxıdan «Beytül - Səfa» (Səfalar evi) adlı məclisə rəhbərlik edib. 
S.Əzim gənc nəslin əqli, əxlaqi, fiziki, estetik, əmək tərbiyəsinə böyük əhəmiyyət vermiş 
və məktəbin, ailənin kolektivin, uşaq ədəbiyyatının tərbiyədə yüksək rolunu qeyd etmişdir. 
Onun yaratmış olduğu uşaq ədəbiyyatı gəncləri öz vətənini sevməyi, xalqına hörmət etməyi 
öyrədir. 
Aleksey Osipoviç Çernyayevski 
(1828-1889 ) Şamaxıda kasıb rus ailəsində doğulub 
böyümüşdü. Bütün varlığı ilə Azərbaycana bağlı olan bu şəxs bütün həyatını azərbaycanlı 
balalarının maariflənməsinə, təhsil almasına həsr etmişdi. 1866-cı ildə Mərəzə kəndində ilk 
xalq məktəbi yaratmış, mütərəqqi pedaqoji fikirləri ilə dövrünün qabaqcıl ziyalılarından 
olmuşdur. Aleksey Çernyayevski İrəvanda, Naxçıvanda, Gəncədə,Şuşada, Şamaxıda, Qubada 
və Dərbənddə olur, qəza mərkəzlərində seminariyaya uşaq toplayırdı. O dövrdə bu cox çətin 
bir iş idi. Valideynlərə təhsilin, maarifin nə demək olduğunu izah edən A. O. Çernyayevski 
məqsədinin Azərbaycan xalqının qaranlıq yollarını işıqlandırmaq olduğunu söyləyirdi. O 
deyirdi ki, valideynlər övladlarını bu işığı yandırmaqdan məhrum etməsinlər. Böyük maarifçi 


26 
yüz kilometrlərlə yolu faytonla, araba ilə, qatarla, bəzən də piyada gedirdi. Onun 
Azərbaycanda ziyalı kadrlarının hazırlanmasında (R. Əfəndiyev, M. Mahmudbəyov, T. 
Bayraməlibəyov, S. Axundov, C. Məmmədquluzadə, N. Nərimanov və b. ) böyük xidmətləri 
olmuşdur. Çox keçmədən Şuşadan Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Baba bəy 
Səfərəlibəyov, Lənkərandan Teymur bəy Məmmədbəyov, Qazaxdan İsmayıl ağa Vəkilov, 
Məmmədağa Şıxlınski, Şəkidən Rəşid bəy Əfəndiyev Çernyayevskinin ümidlərini 
doğrultdular. Bu gənclər özlərindən sonra gələnlərin yolunu işıqlandıran böyük vətənpərvər 
maarifçilər və pedaqoqlar oldular. Azərbaycanlı tələbələr bilikləri, gözəl əxlaqları və yüksək 
mədəniyyətləri ilə seminariyanın xristian tələbə və müəllimlərini heyrətə salmışdılar. 
Seminariyada Azərbaycan dilinin tədrisi tarixində Çernyayevskinin böyük xidmətləri 
olmuşdur. O, azərbaycanlı tələbələr üçün 1882-ci ildə “Vətən dili” dərsliyini tərtib etdi. 
Dəsliyə ən yararlı materiallar salınmiş, atalar sözündən, tapmacalardan, zərb-məsəllərdən 
istifadə edilmiş, bir pedaqoq kimi Aleksandr Osipoviç seçdiyi materialları canlı uşaq dilində 
düzəldib təqdim etmişdir. Bu kitab ölkənin bütün qəzalarında ibtidai rus-Azərbaycan 
məktəblərində tədris olunurdu. Kitab tələbəsi Rəşid bəy Əfəndiyevin xətti ilə daş basmasında 
nəşr olunmuşdu. “Vətən dili” kitabında Azərbaycan şairlərinin şeirlərindən də parçalar 
vermişdi. Çernyayevskinin “Vətən dili” kitabı azərbaycanlılar üçün böyük əhəmiyyətə malik 
idi. “Vətən dili”ndən əvvəl Azərbaycan şöbəsi üçün dərslik yox idi. Buna görə də 
Çernyayevski tələbələrinin köməyi ilə həftəlik proqram tərtib etdi və sövti-üsulla məşğələ 
aparmaq üçün qiraət materialı hazırladı. Çernyayevski bu tədris materialını ustalıqla tərtib 
etmişdi və azərbaycanlı məzunların pedaqoji hazırlığı üçün ən yaxşı baza oldu. 
SonralarAleksey Osipoviç Azərbaycan dilində qəzet açmaq istədi. O yazırdı ki, məqsədi xalqın 
düşüncəsini oyatmaq və onları maarifləndirməkdir. Lakin onun bu cəhdi boşa çıxdı. Qəzetin 
kifayət qədər abunəçisinin, jurnalistlərin olmaması kimi bəhanələr gətirib qəzetin nəşrinə mane 
olurlar. Xalqımıza təmənnasız xidmət göstərmək istəyən böyük maarifpərvər Aleksey 
Osipoviç Çernyayevski 1894-cü ilin dekabrında ürək partlamasından vəfat edir. 
Xalqımızın maarif işığını yandıran böyük ziyalı Firidun bəy Köçərli sonralar 
yazırdı: “Qori Seminariyasının Azərbaycan şöbəsində yaxşı və diqqətəlayiq nə 
vardısa, hamısı Çernyayevskinin adı ilə bağlıdır. Çernyayevskinin “Vətən dili” 


27 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin