Мцщазиря №1 (2 саат)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə5/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   2   3   4   5   6   7   8   9   ...   54
muhazire

Qədim Çində həm ibtidai, həm də yuxarı dərəcəli dini səciyyəli fəlsəfi məktəblər 
olmuşdur. Çində ilk məktəblər b.e.ə. III minillikdə meydana gəlmişdir. Onlar syan (yaşlıların 
gəncləri öyrətdikləri yer) və syuy (gənclərin silah işlətməyi öyrəndikləri yer) adlanırdı. Çində 
təlimin əsas məqsədi heroqlif yazının öyrədilməsindən ibarət idi. Tərbiyənin əsas yeri ailə 
ənənələri tutur, hər bir ailədə həyat əsrlər boyu formalaşmış adət və təsəvvürlərin təsiri ilə 
davam edirdi. Belə hesab edirdilər ki, hər bir evin öz himayədarı var. Çində əsrlər boyu bilikli, 
nəzakətli, özünü dərk edən, qəlbində sülh və harmoniya yaratmağı bacaran insan təbiyəsini 
nəzərdə tutan pedaqoji ideal formalaşmışdır. Təvazökarlıq, böyüyə hörmət, müəllimə itaət 
yüksək mənəvi dəyərlər kimi təbliğ edilirdi. Həmin məktəblərdə böyük yazıçıların və şairlərin 
əsərləri, əxlaq və fəlsəfə, bəzən də nücum elmi öyrədilirdi. Qədim Çində yüksək mədəniyyət 
və xüsusilə heroqlif yazıları öz təsirini qonşu xalqlara, I növbədə Hindistana , Misirə və başqa 
ölkələrə də göstərmişdir. 
Qədim Hindistan tarixi iki əsas dövrə bölünür: dravidari və buddizm. Burada b.e.ə. III 
minillikdə mövcud olmuş mədəniyyəti protodravit və dravidlər yaratmışlar. Məktəb təhsili o 
dövrün mədəniyyət mərkəzi olan Harappa şəhərində meydana gəlmişdir. Burada təhsil 
haqqında ən qədim sənəd (upanişadlar) b.e.ə. VIII-VII əsrlərə aid edilən müqəddəs nəsihətlər 
hesab olunur. Hindlilərin qədim eposu olan “Mahabharata” dastanında krişna cəsur döyüşçü 
kimi təsvir olunur, xeyir naminə ədalətli döyüş aparır, hərbi bacarıq və qabiliyyət nümayiş 
etdirir. Digər qəhrəman Rama da Krişna kimi ideal tərbiyənin daşıyıcısıdır. O, alimlikdə, 
tərbiyədə və müdriklikdə hamını ötüb keçmişdir. Həmişə yaxşılıq edərək heç vaxt 
lovğalanmaz, başqalarında nöqsan axtarmazdı. Bhaqavadqita (b.e.ə. I minillik) qədim 


12 
hindlilərin müqəddəs, eyni zamanda tədris kitabı idi. Bu kitabda tərbiyə və təhsilin məzmunu 
ilə bağlı nümunələr verilirdi. Bu kitab müdrik müəllimin öz şagirdi ilə söhbəti formasında 
yazılmışdır. Burda müəllimlərin evində təlim qaydası çox hallarda ailə münasibətləri tipində 
qurulurdu: şagird ailənin üzvü hesab edilirdi, təhsil almaqla yanaşı, birgəyaşayış qaydalarını 
da mənimsəyirdi. Tədris məşğələləri keçmək üçün xüsusi bina yox idi. Təlim açıq havada 
keçirilirdi. Müəllimin evi - qurukula təlim almaq üçün ən münasib yer idi. Sonralar ailə 
məktəbləri yarandı ki, burada gənclərə şihafi yolla bilik verilirdi. Şagirdlər veda mətnləri 
dinləyir, əzbərləyir və təhlil edirdilər. Təlim səs-heca üsulu ilə aparılırdı. Hindistanda palma 
yarpaqları üzərinə yazırdılar ki, bunları da çox az müddət saxlamaq mümkün idi. Ona görə də 
yazıya nisbətən şifahi sözə daha çox üstünlük verilirdi. Şifahi şərh biliklərin verilməsində daha 
etibarlı üsul hesab olunurdu. Vedaların əsas hissəsi arxaik dildə səslənirdi. Buna görə də təlim 
fənləri sırasında qrammatika, fonetika və etimologiya xüsusi yer tuturdu. Şagirdlərin vəzifələri 
təkcə vedaları əzbərləməklə bitmirdi, onlar ev işlərinə kömək etməli, pəhriz saxlamalı, 
nəfslərini boğmalı idilər. 
Tərbiyənin və məktəb təhsilinin inkişafında buddizmin mühüm rolu olmuşdur. Buddizm 
təliminin əsasını 4 “nəcib həqiqət” təşkil edirdi. 1) Həyat özü şərdir, çünki əzab-əziyyətlə 
doludur; 2) əzab-əziyyət səbəbsiz deyil, bu kef çəkmək, hakimiyyətə, ağalığa və var-dövlətə 
sahib olmaq arzusundan doğur; 3) Əzab-əziyyətə son qoymaq üçün arzu və nəfsdən imtina 
etmək lazımdır; 4) Əzab-əziyyətə son qoymaq üçün insan özünü mənəvi cəhətdən təkmilləşdir-
məli, pis hərəkətlərdən çəkinməli, arzularını boğmaq üçün daxili müvazinətini itirməməli, düz 
danışmalı, yalan və böhtandan imtina etməli, pak əməl sahibi olmalıdır. 
Qədim Hindistanda mütəşəkkil tərbiyə və təlim uzun bir inkişaf yolu keçmiş, təlim 
proqramı tədricən praktik həyata yaxınlaşmış, nisbətən sadələşdirilmiş, təhsilə cəlb olunanların 
sosial dairəsi genişlənmişdir. Burada elmin müxtəlif sahələri inkişaf etmişdi. Riyazi biliklər 
sahəsində müəyyən nailiyyətlər qazanılmışdır. 1-9 rəqəmlərini hindlilər kəşf etmiş, Pifaqor 
teoremini bilmişlər. 


13 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin