Мцщазиря №1 (2 саат)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə3/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   2   3   4   5   6   7   8   9   ...   54
muhazire

Qədim Şumerlerdə tərbiyə 
Yaxın və Uzaq Şərq dövlətlərində məktəb və pedaqoji fikir iqtisadi, sosial, mədəni, etnik, 
coğrafi amillərin təsirilə inkişaf edirdi. Mütəşəkkil təlim-tərbiyə müəssisəsi olan məktəb icma-
qəbilə quruluşundan sosial təbəqələrə ayrılmış yeni cəmiyyətin yaranmasının obyektiv nəticəsi 



idi. Təхminən b.e.ə. III minillikdən başlayaraq infоrmasiyanın ötürülməsinin əsas üsulları 
kimi nitq və piktоqrafik (piktоs – şəkil, qrafо – yazı deməkdir) yazı qismən miхi və herоqlif 
yazıları ilə əvəz оlundu. Yazının yaranması və inkişafı məktəbin genezisinin ən mühüm amili 
oldu. Yazı sistemi Şumer mixi yazıları, Misir və Cin heroqliflərinin simasında daha da 
mürəkkəbləşdiyindən xüsusi təlim tələb edirdi. Əqli əməyin fiziki əməkdən ayrılması prо-
sesində yeni peşə – müəllimlik meydana gəldi. 
İlk tədris müəssisələrinin yaranması üçün bəşəriyyət din xadimlərinə borcludur. Din 
təlim-tərbiyə, xeyirxah fikir, xeyirxah danışıq və xeyirxah əməl ideyasının daşıyıcısı idi. 
Qədim Şərq sivilizasiyasında təlim və tərbiyənin əsas mərkəzi ailə və kilsə idi. Ailə cəmiyyəti 
kifayət qədər oxumağı və yazmağı bacaran adamlarla təmin edə bilmədiyindən din xadimləri 
məktəbləri yaratdılar. Tərbiyə tədricən mütəşəkkil xarakter daşımağa başladı. 
Dünyanın ən qədim mədəniyyətlərindən biri olan Şumer-akkad mədəniyyəti müasir İraq 
ərazisində yerləşən Dəclə və Fərat çaylarının arasındakı vadidə, yunanların Mesopotamiya 
adlandırdıqları yerdə yaranmışdır. Şumer-akkad mədəniyyəti qədim Şərq mədəniyyətinin bir 
nümunəsidir. 
B.e.ə. III minillikdən əvvəl yaranan və b.e. yüzüncü ilinə qədər bir-birini əvəz edən 
dövlətlər (Şumer, Akkad, Babil, Assuriya və b.) kifayət qədər sabit və davamlı mədəniyyətə 
malik idilər. Amerika alimi Samuel Kramer qədim mənbələrə əsaslanaraq qəti hökm verir ki, 
tarix Şumerdən başlanır. İlk yazı növləri piktoqrafiya və heroqlif qədim şərqlilərə 
məxsusdur.Amma onun bu hökmünü bu gün qəbul etməyənlər də vardır. Bu gün Azərbaycanın 
qədim və tarixi yerlərindən olan Qobustanda, Gəmiqayada, Azıx mağarasında və digər 
yerlərdə ən qədim yazı nümunələrinə mixi və piktoqrafik işarələrə rast gəlinməkdədir. 
Şumerlərdə təhsilin başlıca ocağı məktəb idi. Məktəblər təhsil verməklə yanaşı, həm də 
dəftərxana funksiyasını yerinə yetirirdilər. Qədim yazılı abidələr Şumer şəhəri Urukun 
xarabalıqları arasında aşkar edilmişdir. Orada üzləri şəkilli yazı ilə örtülmüş mindən çox gil 
kitabələr (lövhəciklər) mövcuddur. B.e.ə. III minilliyin ortalarında Şumerdə artıq məktəb 
təhsili mövcud idi. 
Şumer məktəblərində təlimin əsas məqsədi sənət öyrətməkdən ibarət idi. Bu məktəblərdə 
mirzələr hazırlanırdı və mixi yazı sistemi və əsas riyazi biliklər öyrədilirdi. Şumerdə təlim 
ümumi və icbari xarakter daşımırdı və bu məktəblərdə ancaq oğlanlar təhsil alırdılar. Şumer 
məktəbləri aşağıdakı qaydada təşkil olunmuşdu: məktəb (edubba) “kitabələr evi” adlanırdı. 


10 
Məktəbə “kitabələr evinin” atası – müəllim başcılıq edirdi. Müəllimin köməkçisi “böyük 
qardaş” adlanırdı. 
Təlim iki əsas proqram əsasında həyata keçirilirdi. Birinci proqramda elm və texnikaya, 
ikincidə isə ədəbiyyata, yaradıcılıq qabiliyyətinin inkişafına xüsusi fikir verilirdi. “Kitabələr 
evi” tədricən təkamülə məruz qaldı və onlar mədəni-maarif mərkəzlərinə çevrildilər. Şəhərin 
daha yaxşı yerlərində zikkuratlar adlanan bilik evi kompleksləri yaradılırdı. Bu dövrdə 
tanınmış ailələrin qızları üçün də edubbalar (məktəblər) yaradıldı. Tapılmış gil lövhəciklər 
üzərində yazılmış hekayələrdə 4 min il əvvəl tərbiyə haqqında deyilmiş qiymətli fikirlər vardır. 
Bu hekayələri S.Kramer pedaqogika tarixində ilk nadir sənəd hesab etmişdir. 
Şərq xalqlarını ictimai-pedaqoji və fəlsəfi fikrinin inkişafında dünya ədəbiyyatının ilk şah 
əsəri sayılan “Bilqamıs” dastanı mühüm yer tutur. Dastan b.e.ə III minillikdə qədim Şumer 
dilində şifahi şəkildə yaranmış, II minillikdə akkad dilində gil lövhələrə köçürülmüşdür. 
Dastan Şumerlərin qayda-qanunları, danışıq mədəniyyəti, ata-anaya, ağsaqqallara, dosta 
hörmət, əxlaq normaları haqqında dolğun təsəvvür yaradır. Dastan qəhrəmanı Bilqamıs ən 
gözəl insani keyfiyyətləri özündə birləşdirmişdir. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin