Мцщазиря №1 (2 саат)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə30/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   26   27   28   29   30   31   32   33   ...   54
muhazire

Peşə təhsili və təlimi 
Birləşmiş Krallıqda şagirdlər icbari və ya tam orta təhsillərini başa vurduqdan sonra peşə 
məktəblərində müvafiq ixtisaslara yiyələnə bilərlər. Yaşlılar isə yeni peşə öyrənmək və ya ixtisas 
səviyyələrini artırmaq üçün müraciət etmək imkanına malikdirlər. 
Ölkədə peşə təhsili və təlimi sistemi gənclərin müəyyən peşələrə yiyələnməsinə, yaşlıların 
məşğulluq səviyyəsinin yüksəldilməsinə, peşə təhsili və təlimi vasitəsilə fasiləsiz təlimin təşkil 
olunmasına xidmət edir. Bunun üçün müvafiq islahatların həyata keçirilməsini davam etdirən 
hökumət Milli Kvalifikasiya Çərçivəsini tətbiq edib. Milli Kvalifikasiya Çərçivəsi və peşə 
ixtisasları zamanın və iqtisadiyyatın dəyişən tələblərinə cavab verən yeni bacarıqların 
formalaşdırılması strategiyasına uyğun olaraq tənzimlənir. Təlim proqramlarının və ixtisasların 
təkmilləşdirilməsi bu strategiyanın ən vacib elementlərindəndir. 
Əmək bazarında iştirak edənlərin təhsil səviyyəsi yüksəldikcə bu sahədə yeni prioritetlər 
müəyyənləşdirilir. Bütün bunlar Birləşmiş Krallıqda biliklərə əsaslanmış cəmiyyətin və 
iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edir.
Ali təhsil 
  
Böyük Britaniyada ali təhsil bakalavriat, magistratura və doktorantura pillələrinə bölünür. 
Bakalavriat pilləsi İngiltərə, Uels və Şimali İrlandiyada 3 il (tibb, baytarlıq, hüquq və pedaqoji 
ixtisaslar 5 il), Şotlandiyada 4 il davam edir. Magistr dərəcəsi 1 ilə, tədqiqi magistr dərəcəsi üzrə 
2 ilə, doktorluq dərəcəsi isə 3 ilə başa çatır. 
Ali məktəbə qəbul üçün hazırlıq kurslarından geniş istifadə olunur. Hazırda ölkə üzrə 
təxminən 600 hazırlıq kursu fəaliyyət göstərir. Bu kurslarda ali məktəbə qəbul üçün müvafiq bilik 
səviyyəsinə malik olmayan abituriyentlər hazırlaşır. Onların arasında etnik icmaların 
nümayəndələri çoxluq təşkil edir. 
Ölkədə 165-ə yaxın universitet və ali təhsil institutu fəaliyyət göstərir. Ali məktəblər tədrisin 
təşkilində sərbəstdirlər. Universitetlər əməkdaşlarını müəyyənləşdirir, tələbə qəbulu barədə qərar 
çıxarır, tədris planlarını tərtib edir və məzunlara müvafiq dərəcələr verirlər. 
Oksford və Kembric universitetləri XII, XIII, Qlazqo, Aberden və Edinburq universitetləri 
isə XIV, XV əsrlərdən fəaliyyət göstərir. Britaniyanın digər universitetlərinin əsası XIX və XX 
əsrlərdə qoyulub. Ötən əsrin 60-cı illərində və 1992-ci ildə politexnik və digər ali təhsil 
müəssisələrinə universitet statusu verildikdən sonra universitetlərin sayı nəzərəçarpacaq dərəcədə 
artıb. 
Ali məktəblər ticarət və sənaye müəssisələri ilə sıx əlaqə saxlayırlar. Universitetlər dərəcə 
verə bilməyən digər ali təhsil müəssisələrinin məzunlarına dərəcə vermək hüququna malikdir. Ali 
təhsildə fərqlənmiş tələbələrin bir qismi elmi işlərə cəlb olunurlar. 
1987-ci ildə hökumətin dəstəyi ilə Açıq Universitet yaradıldıqdan sonra ölkədə açıq təhsil 
almaq imkanları daha da genişlənib. Avropa Birliyi ölkələrində yaşayan şəxslərə dərəcələr vermək 
səlahiyyətinə malik Açıq Universitetin daimi tədris korpusu olmasa da, müvafiq kurslar təşkil edir. 
Nəzəriyyəçi pedaqoqlar, peşəkar diktorlar və iş adamları ilə əməkdaşlığa üstünlük verən bu tədris 
ocağı xüsusi hazırlanmış mətnlərdən, qiyabi təhsil formasından, televiziya və radio verilişlərindən, 
audio və videomateriallardan, məktəblərdən, təhsil mərkəzləri şəbəkəsindən istifadə edir. 


74 
Müstəqil 4-cü telekanal vasitəsi ilə tədris proqramları müntəzəm olaraq tamaşaçılara çatdırılır 
və maarifləndirici verilişlər təşkil olunur. 
Birləşmiş Krallığın universitetlərində illik təhsil haqqı 2009-2010-cu tədris ilində bakalavr 
pilləsi üçün maksimum 3225 ingilis funtu təşkil edib. Universitetdən asılı olaraq magistr və yuxarı 
pillələr üzrə təhsil haqqı isə daha yüksəkdir. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin