C, D və PP vitaminlərinin adları haqqında məlumat askarbin turşusu, kalsiferol və Niasin (nikotin turşusu) haqqında məlumatlarda verilir.
Vulkanlaşdırma. Xristofor Kolumb Cənubi Amerikada olarkən hinduların oynadıqları elastik maddədən olan şara diqqət yetirir. Avropada o, buna oxşar heç nəyə rast gəlməmişdi. Aydın oldu ki, hindular xüsusi ağacın qabığında kəsiklər etməklə aldıqları südəbənzər şirədən elastik maddə alırdılar. Şirəni hindular “kauçu” adlandırmışdılar ki, bu da “ağacın göz yaşları” deməkdir (tupiquarani dilində “kau”-ağac, “uçu” isə axmaq, ağlamaq deməkdir). Amma, bu şirəyə prazaik ad –lateks adını verdilər. Latınca “lateks” –“şirə” deməkdir.
Fransızlar yeni elastik materialı kauçuk adlandırdılar (“kauçu” sözünə əsasən). İngilislər onu özlərinə məxsus adlandırmışdılar. İngilis kimyaçısı Cozef Pristli ona diqqət etdi ki, bu materialla kağızdan karandaşla yazılar yaxşı silinir və onu “rubber” adlandırmışdı ki, bu da ingiliscədə “silici” deməkdir və bu ad da geniş istifadə olunur.
Qeyd edək ki,rus dilində və azərbaycan dilində ruberoid sözü rast gəlinir. Belə ki, izolə və sudan müdafiə üçün istifadə olunan və kauçuk hopdurulmuş material ruberoid adlandırılır.
Əvvəllər kauçuq sudan müdafiə üçün istifadə olunurdu. Şotland kimyaçısı Çarlz Makintoş kauçok hopdurulmuş parça hazırladı və ondan da plaş tikilirdi. Bu plaş makintoş adlandırıldı. Lakin, bu parçada əsaslı qüsur var idi: şaxtada çartlayırdı və qırılırdı, isti vaxtlarda isə yapışqan olurdu. Amerika ixtiraçısı Çarlz Qudiz bu qüsurdan azad olmaq üsulunu tapmağa cəhd edirdi. Amma, problemin həlli kifayət qədər təsadüfən tapıldı. 1839-cu ildə o, kauçuku kükürd ilə qarışdırdı ki, görsün ki, nə alınır. Tarixi qeydiyyat göstərir ki, o, öz nişan mərasiminə tələsərək içərisində qarışıq olan kolbanı qaynar laboriya sobasının üzərinə aşırdır. Qarışığın bir hissəsi közərmiş səthə tökülür. Tədqiqatçı tez əmələ gəlmiş kürəciyi soba üzərindən götürür və indi hamıya məlum olan rezini alır. Rezin şaxtada elastik olaraq qalırdı və istidə yapışmırdı. Kauçukun kükürd ilə birləşməsi alovun təsiri ilə əmələ gəldiyindən roma od və dəmirçi mədəniyyəti allahı Vulkanın şərəfinə Qudir bu prosesi vulkanlaşdırma adlandırdı. Rezintexnika sənayesindəki indiki uğurların hamısının əsasında rezinin vulkanlaşmasının kəşvi durur. Lakin, Qudir özü ömrünün qalan hissəsini müəllif hüququnun müdafiəsi üçün mübarizəyə həsr etdi və borc içində öldü.
Qazoyl. Birləşmənin dəqiq təbiətini bilmədikdə biz onları xarici əlamətlərinə görə ayırmağa cəhd edirik. Məsələn, heyvan toxumalarında əl ilə toxunduqda yağlı hiss olunan maddələr var ki, bərk və ya maye ola bilərlər. Doğrudur, bu da çox göstərişli deyil. Belə ki, bərk yağlı maddə od üzərində əridilə bilər, amma, nə bərk, nə də maye yağlı maddənin suda həll olmaması əsaslı faktdır: ehtimal etmək olar ki, onların eyni kimyəvi təbiəti var. Bununla belə, bərk və maye yağlı maddələri müxtəlif adla adlandırmağa üstünlük verdilər: bərkləri-piylər, mayeləri-yağlar. Latınca maye yağ “oleum” dur. Bu söz yunan sözü “elaya” dandır, zeytun ağacı, oliva deməkdir.
İy buraxan bitkilərdə elə birləşmələr var ki, hər bir bitki üçün xarakterik olan iyə malikdir. Məsələn, qızıl gül heç nə ilə müqayisə olunmayan ətirə malikdir. Bu gün jasmin, bənövşə, vanil və s. ətirli birləşmələr almaq olur. Bu ətirli birləşmələr görünüşcə yağlı olub suda həll olan deyillər və onlar efir yağları adlanırlar.
Hələ ən qədim zamanlarda “daş yağı” –petroleum, yer altında yerləşən yağvari maye məlum idi (latınca “petra” –“qaya, dağ suxuru” deməkdir). Söhbət neftdən gedir və qədim insanlar onu nafta adlandırırdılar. Yunan sözü “nafta” fars sözü olan “naft” –quyu (çuxur) sözündən yaranmışdır. Əvvəlcə onu təbii yolla üzə çıxan təbii çökdürücülərdən çıxarırdılar. Neftdən müxtəlif mineral yağlar alınır (latınca “minera” –filiz deməkdir).
Bərk piyləri yunanlar “stear” adlandırırdılar ki, mənası “piy, iç yağı” deməkdir. Bərk piydən ayrılan birləşmələrdən biri stearın turşusu adlanır, o, şam hazırlanan stearinin tərkibinə daxildir.
Nefti emal edərkən o, qovulmaya və rektifikasiyaya məruz qalır ki, bu zaman benzin, kerosin, qazayl, dizel yanacağı mineral yağlar və s. alınır. Bu fraksiyalar qaynama temperaturları və digər xassələri ilə fərqlənirlər.
Dostları ilə paylaş: |