Doğru cavab: B
II. Dolayı yolla inteqrasiya. Bu tip inteqrasiyada riyaziyyatın müəyyən mövzuları kimya fənninin bir çox mövzularının izahında dolayı yolla istifadə edilir. Kimyada bir çox asılılıqların riyazi tənliyi yoxdur. Belə hallarda funksional asılılıqların elementlərindən və prinsiplərindən(xassələrindən) istifadə etmək lazım gəlir. Riyaziyatdan funksional asılılıqları dərk etmədən, onu tətbiq etmək bacarığı olmadan kimyada bir çox asılılıqların mahiyyətini dərk etmək, bu asılılıqların təxmini qrafikini qurmaq çətin olur. Bəzən, hətta müəllimlər tərəfindən, səbəb (arqument dəyişməsi) və nəticə (funksiya dəyişməsi) anlayışları qarışdırılır. Ona görə də müəyyən parametrlər arasında asılılıq qrafiki qurarkən səhv olaraq səbəbkar parametr (sərbəst dəyişən, arqument) ordinat oxunda, nəticə (asılı dəyişən, funksiya) isə absis oxunda göstərilir.
Müəyyən parametrlər arasında dəqiq asılılıq yoxdursa, yalnız ümumi asılılıq məlumdursa, onda, funksional asılılıqların xassələrindən istifadə etməklə qrafik qurmaq olar. Bir neçə misala baxaq.
Misal 3. ZnCl2 məhluluna NaOH əlavə etdikdə əmələ gələn Zn(OH)2 –nin mol sayının NaOH-ın kütləsindən asılılıq qrafikini göstərin.
A)B)C)D)E)
İzahı: ZnCl2 məhluluna NaOH əlavə etdikdə Zn(OH)2 çöküntüsü əmələ gəlir və onun miqdarı ZnCl2 tam reaksiyaya girənədək artır.
ZnCl2 + NaOH → Zn(OH)2 + H2O Lakin, sonra, əmələ gələn Zn(OH)2 NaOH-ın artığı ilə reaksiyaya daxil olaraq, zaman keçdikcə miqdarı azalır.
Zn(OH)2 + 2 NaOH → Na2ZnO2 + 2H2O Ona görə də Zn(OH)2-in mol sayı əlavə edilən NaOH-ın kütləsi artdıqca əvvəl artır, sonra isə azalır. Yəni, C distraktorundakı asılılıq bu prosesi əks etdirir.
Misal 4. X hansı maddədir?
A)CH3OH B)CH4 C)C2H6 D)C2H5OH E)C3H8
İzahı: Qrafikdən görünür ki, 2 mol X maddəsinin yanma reaksiyasının reaksiyaya daxil olan və reaksiyadan alınan məhsulların mol sayının dəyişməsinin zamandan asılılıq qrafiki verilmişdir. Göründüyü kimi, 2 mol X maddəsinin yanmasına 3 mol O2 sərf olunur, 2 mol CO2 və 4 mol H2O alınır. Onda, 1 mol X maddəsinin yanmasına 1,5 mol O2 sərf olunar, 1 mol CO2 və 2 mol H2O alınar. Deməli, X maddəsinin 1 molunda 1mol-atom C və 4 mol-atom H var. Məhsulların tərkibində 4 mol-atom O var, lakin onun 3 mol-atomu yanmaya sərf olunandır. Onda X maddəsinin 1 molunda 4-3=1 mol-atom oksigen var imiş. Maddənin empirik formulu CH4O kimi olar. Bu da A distraktorunda verilmiş CH3OH formuluna uyğun gəlir.
Misal 5.
KOH-ın isti məhlulundan xlor buraxdıqda reaksiya məhsullarının mol sayının zamandan asılılıq qrafikinə əsasən nə doğrudur?
I Y KCl-dur
II X H2O-dur
III Z KClO3-dür
A) yalnız III B)I, II C)I, III D)yalnız I E)II, III
İzahı: Qrafikdə isti KOH məhlulu ilə xlorun reaksiya məhsullarının mol sayının zamandan asılılığı verilmişdir. Test tapşırığına cavab vermək üçün reaksiyanın tənliyini yazmaq lazımdır.
3Cl2 + 6KOH 5KCl + KClO3 + 3H2O
Riyaziyyat fənnindən funksional asılılıqları araşdıra bilən şagird reaksiya tənliyi üzrə əmələ gələn maddələrin əmələ gəlmə sürətlərini müqayisə etməyi bacarır və müəyyənləşdirir ki, sürəti daha çox olan X – KCl, sürəti ondan az olan Y – H2O və sürəti ən az olan Z isə KClO3-dür. Deməli, doğru cavab: D.
Dostları ilə paylaş: |