Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə130/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   ...   405
 

9.1. 

Şərabın

 

başının

 

doldurulması

 

ġərab  saxlanan  qabların  baĢında  həmiĢə  müəyyən  yarımçıqlıq 

yaranır.  Bu  bir  tərəfdən  qablardan  gedən  buxarlanma,  digər 

tərəfdən  isə  qıcqırmadan  sonra  Ģərab  durulduqda  və  temperaturu 

aĢağı düĢdükdə həcmdə əmələ gələn sıxılma ilə əlaqədardır. Çıxan 

buxarın  miqdarı  taxta  qabın  həcmindən,  Ģərab  saxlanan  binanın 

istilik  və  nisbi  rütubətindən  və  qıcqırmadan  sonra  əmələ  gələn 

karbon  qazının  çıxma  intensivliyindən  asılıdır.  Məsələn,  Ģərab 

materialını  zirzəmi  Ģəraitində  15

0

S  orta  temperatur  Ģəraitində 



saxladıqda buxarlanmadan illik itki belə olur (%-lə): 120 dekalitrə 

qədər tutumu olan çəlləklər üçün 2; 120 dekalitrdən  yüksək butlar 

üçün 1,5; dəmir-beton qablar üçün 0,6 və metal rezervuarlar üçün 

0,4. ġərab materialını ağac qablarda saxlayıb yetiĢdirdikdə hər 5

0



temperaturun  yüksəlməsi  ilə  qabın  tutumundan  asılı  olaraq  0,3-



0,5% buxarlanma ilə bağlı itki olur.  

ġərabın  baĢındakı  boĢluğa  tərkibində  çoxlu  miqdarda  xəstəlik 

törədici  mikroorqanizmlər  olan  hava  toplanır.  Nəticədə  Ģərabda 

sirkə bakteriyaları, pərdə əmələ  gətirən mayalar və kif  göbələkləri 




 

~ 201 ~ 


 

törəyib  artır. ġərab nə qədər  cavan  və az spirtli olarsa, saxlandığı 

qab az hermetik və yüksək temperatura malik olarsa, onun baĢı bir 

o qədər tez-tez doldurulmalıdır.  

Əgər  temperatur  10-12

0

C-ni  keçmirsə,  təbii  Ģərabların  baĢı 



həftədə  bir  dəfə,  daha  yüksək  temperaturda  2  dəfə  doldurulur. 

Doldurmaq  üçün  həmin  Ģərabdan  və  yaxud  nisbətən  çox 

yetiĢdirilmiĢ  Ģərabdan  istifadə  olunmalıdır.  Saxlanıb  yetiĢdirilən 

Ģərabın baĢını cavan Ģərabla doldurmaq olmaz. Çünki bu, mövcud 

fiziki-kimyəvi  tarazlığı  pozmaqla,  Ģərabı  arzuolunmaz  mikroflora 

ilə  zənginləĢdirir.  Əgər  doldurmaq  üçün  həmin  Ģərabdan  olmazsa, 

Ģərabçı  baĢqa  sortdan  alınan  neytral  dad  və  ətrə  malik  eyni  tip 

Ģərabdan istifadə edə bilər. Doldurmaq üçün istifadə olunan Ģərab 

tam sağlam olmalı və kondisiya tələblərinə cavab verməlidir. Belə 

Ģərab  əvvəlcədən  kimyəvi,  mikrobioloji  və  orqanoleptik  təhlildən 

keçirilir.  

Çəlləklərdə  yetiĢdirilən Ģərab və  Ģərab materiallarının baĢından 

götürülmə  və  baĢına  əlavə  olunma  əməliyyatları  yerinə  yetirilir. 

Kiçik  tutumların  (çəlləklər)  iri  və  daha  iri  rezervuarlarla  əvəz 

olunması  ilə  baĢdan  götürmə  və  baĢa  əlavə  olunma  əməliyyatı 

avtomatlaĢdırılır. Ġri rezervurlar üçün bur  qədər ümüdverici qurğu 

və  üsullar  təklif  olunmuĢdur.  Təcrübə  göstərir  ki,  tutumu  1500-

5000  dal  (15000dal-a  qədər)  olan  rezervuarları  kompensatorlarla 

təchiz  etmək  məqsədə  uyğundur.  2000  dal-a  qədər  tutumu  olan 

rezervuarlar üçün tutumu 4 dal olan kompensator, 5000 dal- 10 dal; 

7500 dal- 15 dal; 15000 dal- 30 dal kifayətdir.  

Kompensatorun  tutumunu  təyin  etmək  çətin  deyildir.  Belə  ki, 

Ģərabın  miqdarı  və  bütün  saxlanma  dövründə  Ģərabın  texnolo-

giyasının  dəyiĢmə  imkanlarını  (keçən  ilki  müĢahidlər  əsasında), 

Ģərabın  həcminin  dəyiĢməsinin  temperatur  əmsalını  nəzərə  alsaq 

bunu  müəyyən  etmək  olar.  1  dm

3

  turĢ  Ģərab  materialının  həcmi 



temperaturun  1

0

C  artma  və  azalmasında  orta  hesabla  0,0002  dm



3

tündlərdə isə - 00035 dm



3

 dəyiĢir.  

Misal.  TurĢ  Ģərab  materialının  rezervuarda  10

0

C  temperaturda 



həcmi 1500 dal-dır.  

Fərz  edək  ki,  Ģərabın  saxlanmasının  birinci  mərhələsində 




 

~ 202 ~ 


 

temperatur  10

0

C-dən  15



0

C-yə,  daha  doğrusu  5

0

C  yüksəlir.  O 



zaman kompensatorda Ģərabın həcmi arta bilir. 1500x0,0002x5=1,5 

dal ikinci mərhələdə temperatur 8

0

C aĢağı düĢür, baĢqa sözlə 15



0

C-

dən  7



0

C-yə  enir.  Bu  halda  Ģərab  materialının  həcmi  məsələn, 

1501,5x0,0002x8=2,4  dal  azalacaqdır.  Nəticədə  rezervuarda 

1499,1  dal  Ģərab  materialı  qalacaqdır  ki,  bu  da  yol  verilməzdir. 

Çünki  rezervuarda  hava  kamerası  əmələ  gəlmiĢ  olur. 

Kompensatorun  tutumu  4  dal  olacaqdır  ki,  onu  əlavə  etməklə 

rezervuardakı hava kamerasını aradan qaldırmaq mümkün olur. 

Kompensatorda  olan  turĢ  Ģərab  materialının  səthi  kükürd 

qazının  iĢçi  məhlulu  ilə  sterlizə  olunur.  Kompensatordan  ardıcıl 

Ģəkildə  (20-30  sutkadan  bir)  nümunələr  götürülərək,  aerob 

mikroorqanizmlərin miqdarı mikroskop altında müəyyən olunur.    

Müasir  iri  zavodlarda  Ģərab  qabının  baĢının  doldurulması 

nasosla,  yaxud  avtomatlaĢdırılmıĢ  Ģəkildə  həyata  keçirilir.  Çox  iri 

qabların  baĢını  doldurmurlar.  Bir  çox  ölkələrdə  turĢ  Ģərab 

materialının  iri  hermetik  rezervuarlarda  inert  qaz  atmosferində 

saxlanma  üsulu  geniĢ  yayılmıĢdır.  Bu  məqsədlə  sıxılımıĢ  qida 

karbon qazından və qazĢəkilli azotdan istifadə olunur.  

TurĢ Ģərab materialının inert qaz atmosferində mütamadi olaraq 

SO

2

  vurulmaqla  saxlanması  davamlı  materiallardan  hazırlanmıĢ 



qablarda  paslanmayan  polad,  titan,  ĢüĢə  emallı  və  digər  davamlı 

materiallarla daxili örtülü Ģəraitdə aparıla bilər.  

Ġri  qablarda  hava  ilə  Ģərabın  təmasının  qarĢısını  almaq  üçün 

Ģərabın səthinə hermetik adlanan maddə vurulmasından da istifadə 

olunur.  Hermetik  tərkib  kimi  müxtəlif  ölkələrdə  yağlar  (zeytun, 

üzüm) yaxud süni maye tərkib – ―Faqot‖ tətbiq edilir  




Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin