Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə382/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   378   379   380   381   382   383   384   385   ...   405
Шякил 20.3. Сахланмыш вя гыъгырдылмыш ъеъянин комплекс емалы 

 



 

~ 553 ~ 


 

SaxlanmıĢ  və  qıcqırmıĢ  cecənin  emalında  yuxarıda  göstərilən 

diffuziya  üsulu  ilə  yanaĢı,  birbaĢa  destillə  üsulundan  da  istifadə 

edilir.  Bu  halda  saxlanmıĢ  və  qıcqırdılmıĢ  cecə  müxtəlif  destillə 

aparatında birbaĢa destillə edilməklə, xam spirt və onu təmizlədik-

dən sonra spirt arağı alınır. Barda kənar edildikdən sonra iĢlənmiĢ 

cecəyə  turĢu  məhlulu  əlavə  olunur.  Ġkinci  dəfə  qaynadılır.  Alınan 

Ģərab  turĢu  məhlulu  neytrallaĢdırılır  və  əmələ  gələn  Ģərab  turĢulu 

əhəng, Ģərab turĢusu və onun duzlarını almaq üçün istifadə edilir. 

YuyulmuĢ və qurudulmuĢ cecədən üzüm toxumu ayrılır. Qabıq 

toz Ģəklində quru cecə almaqla əzilir və yem unu, yaxud cecə kimi 

istifadə olunur. 

Əzildikdən  sonra  üzüm  toxumundan  üzüm  yağı  ekstraksiya 

edilir.  Qalan  cecədən  ekstraksiya  yolu  ilə  tanin  alınır,  quru  qalıq 

isə  heyvanlar  üçün  zülali  yem  kimi  istifadə  olunur.  QıcqırmıĢ 

cecənin diffuziyası turĢulaĢdırılmıĢ su ilə aparılır. Alınan piketdən 

spirt  qovulur.  Piketin  destilləsindən  qalmıĢ  barda  neytrallaĢdırılır, 

Ģərab  turĢulu  əhəng  çökdürülür.  Sonra  Ģərab  turĢusu  alınır. 

QıcqırmıĢ  cecədən  ayrılmıĢ  üzüm  toxumunun  qurudulması  və 

üzüm yağının alınması Ģirin cecədə olduğu kimi aparılır. 

Maya  çöküntüsünün  emalını  aparmaq  məqsədi  ilə  də  texnoloji 

sxem iĢlənib hazırlanmıĢdır (Ģəkil 20.4). 

Bu  sxemdə  maye  Ģərab  mayalarından  ferment  konsentratları 

alındıqdan  sonra,  emala  daxil  olan  qatı  Ģərab  mayaları 

durulaĢdırılır və Ģəkəri çox olarsa qıcqırdılır. Qıcqırdıldıqdan sonra 

spirt  qovulur. AlınmıĢ xam  spirt  rektifikasiya  olunur  və  bu  zaman 

spirt-rektifikat, ali spirtlər və aldehidlər əmələ gəlir. 

Bardanın su buxarı ilə sonrakı destilləsindən enant efiri və maya 

yağı alınır. Sonra Ģərab turĢusunun bütün duzlarını məhlula keçir-

mək  məqsədi  ilə  isti  bardanı  mineral  tuĢru  ilə  iĢləyirlər.  Alınan 

Ģərab  turĢusu  məhlulu  süzgəcdən  keçirilir.  Əhəng  südü  yaxud 

təbaĢirlə  neytrallaĢdırılır.  Əhəngli  Ģərab  turĢusunun  çöküntüsü 

ayrılır,  susuzlaĢdırılır  və  qurutduqdan  sonra  Ģərab  turĢusu  almaq 

üçün göndərilir. Süzülmədən alınan maya çöküntüsündən isə maya 

zülal yemi, süzüntüdən isə təmiz aminturĢular alınır. 

 



 

~ 554 ~ 


 

Maye maya çöküntüsü 

 

 

 




Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   378   379   380   381   382   383   384   385   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin