gilənin Ģirəsi artır, onun qatılığı və Ģəkərliyi azalır, qabığı nazilir,
gilələr ĢiĢir və çürüyür. AĢağı fizioloji rütubətdə gilələr xırda, az
~ 72 ~
ləngidir, gilə xırda və az Ģirəli alınır. Nəticədə gilədən Ģirə çıxımı
və onun Ģəkərliyi azalıb, ekstraktlığı və turĢuluğu yüksəlir. Quraq
illərdə gilədə polifenolların miqdarı xeyli yüksək olur.
Üzümə təsir edən üçüncü vacib ekoloji amil günəş iĢığıdır.
Üzüm iĢıq sevən bitkilərə aid olduğundan, onun məhsulunun
keyfiyyəti və texnoloji xassəsi xeyli dərəcədə iĢıqlanmanın
xarakter və intensivliyindən, onun davam etmə müddətindən
asılıdır. Spektrin qırmızı-sarı çalarlarları fotosintezə; mavi-
bənövĢəyi, xüsusilə də ultrabənövĢəyi hissəsi böyüməyə, meyvə
tutumuna, xammalın bir sıra vacib xüsusiyyətlərinə (salxımın sayı,
gilənin rəngi, Ģirənin kimyəvi tərkibi və biokimyəvi xassələri və s.)
güclü təsir göstərir.
MeĢə yaxud digər ağac zolağının yaxın olması sarı-yaĢıl
Ģüaların, çox dərin göldən sınıb qayıdan iĢıq isə spektrin daha çox
göy-bənövĢəyi hissəsinə malik olur. Dağlıq rayonlarda gilənin
yaxĢı rəngini təmin edən ultrabənövĢəyi Ģüaların miqdarı yüksəlir.
GünəĢ iĢığı üzümdə rəngləyici maddələrin toplanmasını
sürətləndirir. Kölgədə qalmıĢ gilədə rəng maddələri gec
toplanmaqla, onun miqdarı iĢıqdakına nisbətən az olur.
Üzüm məhsulunun keyfiyyətinə bütöv iĢıq daha əlveriĢli təsir
edir. YaxĢı iĢıqlanan yarpaqlarda karbohidratlar intensiv əmələ
gələrək gilənin daha yaxĢı dolmasını və Ģirədə yüksək Ģəkər
toplanmasını təmin edir. Gilə daim iĢıqlandıqda onun turĢuluğu
azalır; ətir və rəngi güclənir. Bir sıra ağ üzüm sortlarında gilə tam
yetiĢdikdə onun günəĢ düĢməyən tərəfi tünd-sarı, günəĢ yandıran
hissəsi isə çəhrayı, yaxud qonur rəng alır. GünəĢ Ģüalarının təsiri
altında gilə qabığı qalınlaĢır və az elastiki olur.
Məhsulun kəmiyyət və keyfiyyətinə güc və istiqamətindən asılı
olaraq bu və ya digər dərəcədə, əsən küləklər də təsir edir. Belə ki,
o, yerin istilik vəziyyətini dəyiĢir, havanın rütubətini azaldır, üzüm
bitkisinin yarpaqlarına karbon qazı axımını yüksəldir.
Üzümün yetiĢməsi dövründə rütubətli dəniz küləyi gilənin daha
yaxĢı dolmasını; quru – kontinental külək isə – Ģəkərliyin yüksəl-
məsini təmin edir. Davam edən quru külək, gilənin dolmasını
gecikdirir, onlar mexaniki qırılıb tökülür və üzümün keyfiyyəti
~ 73 ~
pisləĢir.
Üzümlüklərə və məhsulun keyfiyyətinə dolu böyük zərər verə
bilər. Bu ziyan gilənin yetiĢmə dərəcəsindən asılıdır. YetiĢməmiĢ
gilənin dərindən zədələnməsi onun inkiĢafını dayandırır, nəticədə
quruma baĢ verir. Belə üzümün emalından alınan Ģərab xoĢa
gəlməyən ağız büzüĢdürücü tama və acı dada malik olur. Nisbətən
yetiĢmiĢ gilə dolu ilə zədələndikdə qabığı partlayır, ləti yumĢalır,
Ģirəsi qaynadılmıĢ ton verir. Qabığın çatlaması Ģirənin axmasına,
gilədə kif göbələklərinin, maya və bakteriyaların inkiĢafına səbəb
olur.
Güclü və uzun müddətli yağışlar gilənin inkiĢafını gecikdirir.
Rütubətin çoxluğu ilə əlaqədar, gilə sulu olur və onun emalından
az ekstraktlı, boĢ məhsul alınır.
Uzun sürən yağıĢlı Ģimal rayonlarında üzümün yetiĢməsi baĢa
çata bilmir. Emal olunduqda xoĢagəlməz dada malik məhsul verir.
GünəĢ iĢığı çatıĢmayanda gilədə Ģəkərin toplanması gecikir,
turĢuluğun düĢməsi zəif gedir, sorta məxsus ətirli maddələrin
miqdarı azalır, qırmızı üzüm sortlarının giləsində rəngləyici
maddələr az miqdarda toplanır. Gilədə kif göbələklərinin hədsiz
inkiĢafı ilə əlaqədar onların çat-çat olması baĢ verir. Bu isə kütləvi
çürüməni qüvvətləndirir və uzun müddətli yağıĢlarda məhsul itirilə
bilir.
Dostları ilə paylaş: