~ 74 ~
deyildir. Bəzi sortlar gilli və çürüntülü qara torpaqlarda yaxĢı, boz
karbonatlı torpaqlarda pis (Kaberne Sovinyon, Qame və.s),
digərləri qumluqda yaxĢı (Ağ Ģanı, ġasla, Senso və s.), üçüncüləri
isə boz-karbonatlı və çoxlu miqdarda əhəngə malik çürüntülü-
karbonatlı torpaqlarda (Pino, Ağ Fol və s.) yaxĢı inkiĢaf edir.
Üzüm məhsulunun keyfiyyətininin formalaĢmasında torpağın
istilik rejimi vacib rol oynayır. Bu göstərici torpağın istilik tutumu
və istilik keçiriciliyindən, günəĢ Ģüaları ilə qızma xüsusiyyətindən
və Ģüa buraxmaq yolu ilə istiliyi verməsindən asılıdır.
Tünd torpaqlar güclü qızır və torpağa yaxın yerləĢən salxımlara
çoxlu isti Ģüa enerjisi verir, nəticədə gilədə Ģəkər çox toplanır. Ağ
daĢlı torpaqlardan əks olunan günəĢ Ģüaları giləni qızdırır, onun
Ģəkərliyini yüksəldir.
Dostları ilə paylaş: