~ 76 ~
Üzümlüklərin dəniz səviyyəsindən yerləĢmə yüksəkliyi də
alınan məhsulun kəmiyyət və keyfiyyətinə təsir edir. Isti iqlimli
zonalarda (Özbəkistan, Tacikistan, Türkmənistan və b.
respublikalarda) üzüm 700 metrdən çox; bir qədər isti- 400-600m
və daha çox; bir qədər soyuq-150-250m yüksəklikdə becərilir.
Əgər isti keçən düzən rayonlarda üzümdən yüksək ekstraktlı
intensiv rənglənmiĢ Ģirin və tünd Ģərablar alınırsa, dağlıq
rayonlarda zərif süfrə Ģərabı və Ģampan Ģərab materialı alınır.
Dağlıq rayonlarda yüksək günəĢ iĢığı və ultrabənövĢəyi Ģüalar
üzüm giləsində çoxlu miqdarda karbohidratlar toplanmasına səbəb
olur. Bununla yanaĢı, zülal azotunun və pektinin nisbi miqdarı
artır, ətirli maddələrin miqdarı yüksəlir, gilə intensiv rəng almaqla,
onun emalından alınan məhsul zərifliyi və dadının yumĢaqlığı ilə
fərqlənir.
Üzümçülükdə istifadə olunan aqrotexniki üsullar, emal
sanayesində tətbiq olunan texnoloji əməliyyatlarla bərabər, Ģirə və
Ģərabda yüksək keyfiyyət təmin edirlər. Daimi təsirə malik daha
səmərəli aqrotexniki amil, üzümlüklərin düzgün salınmasıdır.
Buraya qida sahəsi, bitkiyə forma verilməsi, dayaq sistemi və b.
aiddir.
Üzüm məhsulunun kondinsiyalılığını və yüksək keyfiyyətini
təmin edən bir sıra aqrotexniki üsullar hər il aparılır və müəyyən
müddətdən sonra təkrar olunur. Belə üsullara gübrənin verilməsi,
üzümlüklərin suvarılması, zoğların kəsilməsi, bitkinin yükünün
nizamlanması, zoğların ucunun vurulması və s. aiddir.
Üzüm bitkisinə forma verilməsi ən vacib aqrotexniki
amillərdən olub, onun köməkliyi ilə xarici Ģəraitdən daha səmərəli
istifadə edilməsi mümkün olur. Forma vermənin üzümün
keyfiyyətinə təsiri, onun sortundan və ekoloji Ģəraitdən asılıdır.
Tənəyə düzgün forma verilməsi zoğların, yarpaq və salxımın
fəzada sərbəst yerləĢməsinə imkan verir ki, bu da yarpaqların
fotosintez enerjisini yüksəltməyə və gilədə çoxlu Ģəkər
toplanmasına Ģərait yaradır. Tənəyin yerüstü hissəsinin torpaq
səthindən çox, yaxud az məsafədə yerləĢməsi də üzüm məhsulunun
keyfiyyətinə, o cümlədən Ģirədə Ģəkər və turĢuluğun miqdarına,
~ 77 ~
onun rənginə və digər vacib texnoloji göstəricilərə təsir edir.
Dostları ilə paylaş: