Tənəyin budanması, sortun bioloji xüsusiyyətləri nəzərə
alınmaqla, hər il aparılır və üzüm məhsulunun keyfiyyətini dəyiĢir.
Zoğlar üzərindəki tumurcuqlardan yaranan və bar barmağının
müxtəlif yerlərində yerləĢən salxımlar kimyəvi tərkibi və texnoloji
xassələrinə görə fərqlənir. Belə ki, bəzi sortlarda ən yaxĢı nəticə
zoğun gözcüklərində alınan salxımlarda, digərlərində isə daha
yüksəkdə yerləĢənlərdən alınır.
Üzüm bitkisinin normal böyüməsinə və ondan yüksək
miqdarda keyfiyyətli məhsul alınmasına, tənəkdə saxlanmıĢ barlı
gözlərin miqdarı (tənəyin yükü) təsir edir. Bu baxımdan əsas vəzifə
hər il konkret Ģərait üçün tənəyə verilən yükün optimal miqdarını
düzgün müəyyən etməkdir.
Dostları ilə paylaş: |