~ 79 ~
Yığımda belə gilələr ayrılmalı və yandırmalıdır. Böyüməsi baĢa
çatmıĢ gilə yetiĢmə dövründə xəstəliyə yoluxarsa, sulu olur, qabığı
qonurlaĢır, gilələr çürüyür, bürüĢür və quruyur.
Mildiu xəstəliyinə yoluxmuĢ üzümdən alınan Ģərab spesifik acı
tama və xoĢagəlməz iyə malik olur. Qırmızı Ģərabların rəngi
pisləĢir, ağ Ģərablar sarı çalarlı və solğun olur. Belə Ģərablar çətin
durulur, xəstəliklərə davamsız olmaqla, azotlu maddələrin patogen
mikroorqanizmlərlə yaxĢı mənimsənilən yüksək miqdarına malik
olur.
Əgər xəstəliklə gilələr deyil, yalnız yarpaqlar yoluxarsa,
üzümün keyfiyyəti aĢağı düĢür. O, az Ģəkərə, çoxlu turĢuya,
həddindən artıq pektin maddələrinə malik, davamsız Ģərab verir.
Oidium güclü inkiĢaf etdikdə yalnız yarpaqları deyil, salxımları
da yoluxdurur. YaĢıl gilələr solur, bürüĢür və quruyur. Nisbətən
yetiĢmiĢ gilə yoluxduqda qabıq kobudlaĢır, nazilir, gilənin daxili
hissəsinin böyüməsi davam etdiyindən, qabıq parçalanır. Gilələr
partlayır, çatlar bəzən toxuma qədər gedir və belə gilələr adətən
quruyur. Çatlar dərin olmayanda bitiĢir və gilələr yetiĢə bilir. Lakin
belə gilələr normal ölçüyə çatmayıb, az Ģirəli, kobud qabıqlı olur
və bununla əlaqədar Ģirə çıxımı da azalır.
Kif köbələklərinin törətdiyi oidium xəstəliyi çürük balıq iyinə
malik olub, həmin iyi Ģirə və Ģəraba verir. Belə üzümdən alınan
Ģirə və Ģərab kobud dadı, xoĢagəlməz büzüĢdürücülüyü və acılığı
ilə fərqlənir. Qabıqdakı rəng maddələrinin parçalanması hesabına,
qırmızı Ģərabların rəngi pisləĢir. Üzümün yetiĢməsi üçün əlveriĢsiz
olan illər, yəni bol yağıntı və aĢağı tempraturlu payız, ağ və boz
çürümə xəstəliyinin də (kiflərin- pensillium, aspergillus, mukor)
inkiĢafına səbəb ola bilir. ÇürümüĢ və kiflənmiĢ üzümdə
fermentlər toplanır ki, onlar Ģirə və Ģərabda oksidləĢmə proseslərini
surətləndirir. Belə məhsulda həddindən çox oksidləĢmə məhsulları
əmələ gəlir və bu oksidləĢmə nöqsanı yarada bilir. ÇürümüĢ
üzümdən alınan Ģirə, göbələyin konidilərinə malik olur. Onlar
Ģirədə inkiĢaf etdikdə, onlardan ayrılan məhsullar qıcqırmaya
ləngidici təsir edir. Ona görə də yoluxmuĢ üzümdən alınan Ģirə pis
qıcqırır. ġərab xoĢagəlməyən, çətin düzələn kif tamı verir.