Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə134/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   405
 

10.1. Fiziki 

işləmə

 

üsulları

 

10.1.1. 

Şərabın

 

süzülməsi

 

10.1.1.1. Süzücü materiallar

 

 ġirə  və  Ģərab  istehsalının  elə  mərhələsi  olur  ki,  onların 

süzgəcdən keçirilməsi xüsusi aktuallıq kəsb edir. Məsələn, məhlulu 

kobud  hissəciklərdən  təmizləmək  üçün;  termiki  iĢlənmədən  sonra; 

hazır  məhsulu  qablara  doldurduqda  və  digər  hallarda.  Süzülmə 

zamanı  gözcüyünün  böyüklüyü  müxtəlif  olan  süzgəc  material-

larından  istifadə  olunur.  Bu  zaman  bərk  hissəciklər  iki  yolla  – 

süzgəcdə  çökmə  və  məsamələrdə  adsorbsiya  olunmaqla  maye 

hissədən  ayrılır.  Birinci  halda  süzücü  təbəqədəki  məsamələrdən 

böyük  olan  hissəciklər  keçə  bilməyib  təbəqə  üzərinə  çökür  və 

müxtəlif  qarıĢıqlardan  ibarət  (Ģərab  daĢı  kristalları,  mikroorqa-

nizmlər,  zülal  maddələri,  qabıq  və  lət  hissəcikləri  və  s.)  çöküntü 

əmələ gətirirlər.  

Ġkinci halda isə məsamələrin diametrindən kiçik olan hissəciklər 

süzüntüyə  keçir  və  yaxud  məsamələrin  divarlarında  sorbsiya 

olunaraq  saxlanır.  Bu  vəziyyətdə  təbəqə  üzərində  demək  olar  ki, 

çöküntü əmələ gəlmir.  

ġərabçılıqda  süzücü  materialın  düzgün  seçilməsi  olduqca 

vacibdir. Ġstifadə olunan süzücü material aĢağıdakı tələblərə cavab 

verməlidir.  1.ġəraba  kimyəvi  cəhətdən  neytral  olub,  onda  həll  ol-

mamalıdır;  2.Bulanlıq  əmələ  gətirən  hissəcikləri  və  mikroorqa-

nizmləri  yüksək  səviyyədə  sorbsiya  etməlidir;  3.Təzyiq  yüksəl-

dikdə  belə,  yumĢaq  mikroməsaməli  quruluĢu  saxlamalıdır;  4.Me-

xaniki möhkəm olmalıdır və s.  

Süzücü  material  kimi  pambıq  və  sintetik  parçadan  (kapron), 

azbest,  sellüloza,  diatomit  və  süzücü  kardonun  xüsusi  markaların-




 

~ 211 ~ 


 

dan istifadə olunur. 



Sellüloza. Ġstənilən bitki hüceyrəsində qılafın əsasını təĢkil edir. 

Süzücü  təbəqə  hazırlamaq  üçün  onun  təmizlənmiĢ  ağ  rəngli 

kütləsindən istifadə olunur. Onu oduncaqdan xırdalama və liqnini 

həll  etmək  üçün  kimyəvi  parçalama  yolu  ilə  xüsusi  iĢləməklə 

alırlar. 

Sellüloza  lifləri,  süzücü  kağız  və  kardon  lövhəciklərin  əsasını 

təĢkil  edir.  Bu  məqsədlə  onun  tam  təmiz  formasından  istifadə 

olunur. Yalnız tərkibində az miqdarda (50 mq/kq) bəzi kationlar – 

kalsium,  maqnezium  və  dəmir  olur.  Sellüloza  neytral  olmasına 

baxmayaraq, bir çox preparatlar üçün onun yuyulması tələb olunur. 

Bu  ilk  növbədə  Ģəraba  verilən  «kağız»  təminin  yaranmasının 

qarĢısını almıĢ olur.  

Sellüloza həll olmamaq, ĢiĢmək və adsorbsiya etmək xassəsinə 

malikdir.  Belə  ki,  o,  suyu  adsorbsiya  edərək  ĢiĢir  və  nəticədə 

süzülməni təmin edən məsamələrin  həcmi azalmıĢ olur. Ona görə 

də  mineralsızlaĢdırılmıĢ  suda  ĢiĢən  süzgəc  lövhələri  məhsuldarlığı 

tədricən azaldır. Məlum olmuĢdur ki, məhlulda kationların yüksək 

miqdarı  ĢiĢməni  azaldır.  Buradan  belə  nəticəyə  gəlmək  olar  ki, 

suya nisbətən Ģərabda sellüloza təbəqəsinin ĢiĢməsi çox zəif olur. 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin