Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə90/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   405
4.4. Avadanlıqla

r  

Üzümün  emalı  və  Ģərab  hazırlanmasının  müxtəlif  əməliyyat-

larını  yerinə  yetirən  əsas  texnoloji  avadanlıqlar  –  maĢınlar, 

aparatlar və qurğular kimi fərqləndirilir.  

MaĢınlar  –  enerji,  material  yaxud  informasiya  əmələ  gətirmək 

məqsədilə  mexaniki  hərəkət  yerinə  yetirən  qurğulardır.  Onlara 

əzicilər, nasoslar və s. aid edilir. 

Aparatlar – reaksiya məkanına  yaxud iĢçi kameraya malik olan 

qurğulardır.  Buraya  Ģirə  və  əzintini  emal  etmək  üçün  xüsusi 

qurğularla  təchiz  edilmiĢ  rezervuarlar;  Ģərabı  emal  etmək  üçün 

ekstraktorlar,  termoqıcqırdıcılar,  avtovinifikatorlar,  akrotoforlar, 

buxarlandırıcı vakuum aparatlar, biĢirmə qazanları və s. aiddir.  

Qurğular – məhsulu dəyiĢmədən emalını aparan avadanlıqlardır. 

Qurğuya  məhsul  nasosun  köməyi  ilə  verilir.  Qurğulara  filtrlər, 

istilik dəyiĢdiricilər, pasterizator-soyuducular aiddir. 

Axın  xətti  –  maĢın,  aparat,  rezervuarlar  və  nəqletdirici 

vasitələrin  müəyyən  toplusu  olub,  bir-biri  ilə  ötürücü  borularla 

vahid  texnoloji  zəncirdə  birləĢir  və  çıxıĢda  bütün  texnoloji 

iĢlənmələri keçmiĢ məhsul alınmasını təmin edir. 

KeçmiĢ  Sovetlər  birliyində  üzümçülük  və  Ģərabçılığın  güclü 

inkiĢafı  keçən  əsrin  80-ci  illərində  müĢahidə  olunmuĢdur.  Bu 

dövrdə Azərbaycan birliyin ən iri Ģərabçılıq ölkələrindən olmaqla, 

üzümlüklərin sahəsi 300 min ha, üzüm istehsalı 2 mln tona yaxın 

idi.  Belə  olan  Ģəraitdə  Ģərabçılıq  sənayesi  artan  istehsalı  təmin 




 

~ 122 ~ 


 

etmək üçün komplekt  avadanlıqlardan ibarət  axın  xəttləri quraraq, 

onların  mexanikləĢdirilməsini  və  avtomatlaĢdırılmasını  həyata 

keçirməyə  baĢladı.  Nəticədə  müxtəlif  məhsuldarlığa  malik  olan 

üzüm emalının axın xəttləri meydana gəldi (Ģəkil 4.6). 

 

 



Şəkil 4.6. Üzüm emalının axım xətti VPL-20K 

 1-qidalandırıcı  bunker  T1-VBŞ-10-01;  2-vallı  əzici  daraqayıra 

B2-VD2Q-20; 3-şnekli sızdırıcı VSSŞ-20D; 4-şnekli pres T1-VPO-

20A;  5,6-nəqletdiricilər;  7-əzinti  nasosu  PMN-28;  8-  sulfidləş-

dirici  qurğu  VSAU;  9-elektronasos  qurğusu  B4-VNP-20/2,5;  10-

elektronasos aqreqatı VSN-10 

 

Belə  xəttlərdə  qəbuledici  qidalandırıcı  bunkerə  düĢən  üzüm 



oradan  əzici  daraqayırana  ötürülür.  Əzici  daraqayırandan  əzinti 

ağırlıq  qüvvəsinin  təsiri  altında  onun  altında  yerləĢən  əzinti 

toplayıcıya,  daraq  isə  nəqletdirici  lentlə  daraq  üçün  olan  bunkerə 

aparılır.  Əzinti  toplayıcıdan  əzinti  nasos  qurğusu  ilə  sızdırıcının 

bunkerinə  vurulur.  Burada  ayrılan  birinci  fraksiya  Ģirə  sızdırıcının 

yaxınlığında yerləĢən Ģirə toplayıcıya yığılır. Həmin Ģirə ağ oynaq 

Ģərabların  alınmasına  yönəldilir.  Sızdırıcıda  müəyyən  qədər 

ĢirəsizləĢədirilmiĢ əzinti sıxılmaq üçün presə daxil olur. Sıxıcıdan 




 

~ 123 ~ 


 

alınan  Ģirələr  adətən  I,  II  və  III  təzyiqlə  alınan  Ģirələr  kimi 

fərqləndirilir. Bu Ģirələr bir və ya ayrı-ayrı yığıla bilər. ġirələr Ģirə 

toplayıcıdan  elektronasos  aqreqatın  köməyilə  sonrakı  texnoloji 

əməliyyatlar üçün nəql edilir.     

Üzüm emalı ilə məĢğul olan müəssisələrin çoxu mərkəzdənqaç-

ma qüvvəsi ilə iĢləyən əzici-daraqayıranlarla (ЦДГ-20) və fasiləsiz 

iĢləyən üzüm sızdırıcısı ilə (BCH-20) komplektləĢdirilmiĢdi. Gürcü 

müəssisələrindən biri nisbətən az miqdarda vallı əzicilər (ВДГ-20) 

buraxırdı  ki,  bu  da  müəyyən  qədər  Ġtaliya  və  Fransada  yayılmıĢ 

əziciləri xatırladırdı.  


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin