Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə89/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   405
Metal  rezervuarlar,  hazırki  Ģərabçılıq  sənayesində  ən  geniĢ 

yayılmıĢ  rezervuarlardır.  Adi  və  paslanmayan  poladdan, 

alüminiumdan  və  müxtəlif  metalların  qarıĢığından  hazırlanır. 

Onların  daxili  hissəsi  yuxarıda  qeyd  etdiyimiz  kimi  emal,  yaxud 

qoruyucu laklarla örtülür (Ģəkil 4.4). 

 



 

~ 119 ~ 


 

 

 



 Şəkil 4.4. Emallı metal rezervuar 

1-kompensator; 2-dekantator; 3-xidməti qapaq (lük); 4-

səviyyənin göstəricisi; 5-doldurma boğazı; 6-hava yolu; 7-

boks qapağı; 8-götürmə  borusu 

 

Metal  rezervuarlar  bir  sıra  üstünlüklərinə  görə  dəmir-beton 



rezervuarlardan  fərqlənir.  Belə  ki,  uyğun  örtüklərdə  onlar  sanitar-

gigiyenik  baxımdan  daha  əlveriĢlidir:  asan  yuyulur,  hermetikliyi 

buxarlanmaya  gedən  Ģərab  itkisini  minimuma  endirir,  divarları 

yaxĢı istilik keçiriciliyinə malik olub, müxtəlif istilik tənzim edən 

köynəklərdən  istifadə  etməklə  istiliyi  nizamlamaq  olur,  müxtəlif 

forma  və  ölçüdə  hazırlamaq,  həmçinin bir, iki,  üç, çox mərtəbələr 

üzrə yerləĢdirmək imkanı olduğundan, istehsalat binalarından daha 

səmərəli  istifadə  etmək  mümkün  olur.  Bu  rezervuarlar  vertikal  və 

horizontal  olmaqla  iki  qrupa  bölunur.  Son  zamanlar  Ģərabçılıq 

sənayesində metal qablardan əsas yer tutanı paslanmayan poladdan 

hazırlanmıĢ  qablardır  (Ģəkil  4.5).  Bu  qabların  əsas  üstünlüyü 

ondadır  ki,  onların  istər  daxilinə,  istərsə  də  xaricinə  qoruyucu 

örtüklər  çəkilməsinə  ehtiyac  yoxdur.  Lakin  onlar  çox  baha 

olduğundan uzun müddət istifadə edilməmiĢdir.  

ġərab  rezervuarları  hazırlamaq  üçün  istifadə  edilən  polad 

materialı əsasən iki tipdə olur: 

1.

 

Tərkibində molibden olmayan poladlar (xrom nikelli): 



 

Z6CN 18-09; Z2CN 18-10; ZbCNT 18-11 

 



 

~ 120 ~ 


 

2. Tərkibində molibden olan poladlar (2-3%):  

 

Z6CND 17-12, 17-13; Z2CND 17-12 və ya 17-13; Z8CNDT 17-12. 



 

 

 



Şəkil 4.5. Paslanmayan metal rezervuarlarda şərabın alınması və 

saxlanması 

 

Burada: Z – paslanmayan polad; Z-dən sonrakı rəqəm karbonun 



orta miqdarı (on minlərlə); C – xrom; N – nikel; D – molibden; T – 


 

~ 121 ~ 


 

titan, sonuncu iki rəqəm xrom və nikelin faizlə miqdarını göstərir. 

Müəyyən  olunmuĢdur  ki,  poladın  tərkibində  xrom  və  nikelin 

miqdarı artdıqca, onun korreziyaya qarĢı davamlılığı yüksəlir. 

ġərabçılıq  sənayesində  digər  materiallardan  hazırlanmıĢ 

(polimer  materiallar)  qabların  da  müəyyən  perspektivi  vardır. 

Xüsusilə  plastmas  materiallardan  hazırlanmıĢ  qablar  Ģərabçılıqda 

böyük  maraq  doğurmaqdadır.  Bu  qablardan  xaricdə  geniĢ  istifadə 

edirlər. 

 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin