Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə86/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   405
4.3. Texnoloji qablar 

Texnoloji  qablar  bir  sıra  əlamətlərinə  görə  qruplaĢdırılır: 

vəzifəsinə  (Ģərab  materiallını  saxlamaq,  kupaj  və  iĢləmək  üçün), 

materialına  (ağac,metal,  dəmir-beton,  plastmas),  tətbiq  olunan 



 

~ 115 ~ 


 

qoruyucu örtüyün tipinə, yerləĢməsinə (horizontal, vertikal, bir çox 

mərtəbəli  və  s.)  və  həmçinin  hərəkətinə  görə  -hərəkətiz,  yaxud 

nəqliyyat  rezervuarları  kimi  ola  bilər.  Ölkəmizin  Ģərabçılıq 

sənayesində  dəmir  beton  və  metal  qablar  geniĢ  yayılmaqla,  bəzi 

müəssisələrdə  palıddan  hazırlanmıĢ  ağac  qablar  da  (çəllək,  but, 

çən) istifadə olunur.  

Ağac qablar. Hələ çox qədimdən Ģərabı saxlamaq üçün gildən 

hazırlanmıĢ  küplərdən  istifadə  etmiĢlər.  Qədim  Ģərabçılıq 

rayonları-  Azərbaycan,  Gürcüstan  və  həmçinin  Qərbi  Avropa 

ölkələri:  Ġtaliya,  Fransa  və  baĢqa  yerlərdə  aparılan  arxeoloji 

qazıntılar  zamanı  müxtəlif  böyüklük  və  formalarda  gil  küplər 

tapılmıĢdır.  Məlum  olmuĢdur  ki,  qədim  insanlar  Ģərabı  daĢımaq 

üçün  20-50dal,  qıcqırtmaq  üçün  isə  100dal  və  daha  böyük 

həcmlərdə  olan  küplərdən  istifadə  edirmiĢlər.  Bundan  baĢqa 

müxtəlif  heyvan  dərilərindən  hazırlanmıĢ  kisələr  (tuluq)  da  geniĢ 

yayılıbmıĢ.  Son  yüzülliklərdə  bu  qabları  ağac  qablar  sıxıĢdırıb 

demək  olar  ki,  aradan  çıxarmıĢdır.  Əvvəllər  müxtəlif  ağac 

materillarından  istifadə  edən  insanlar,  tədricən  palıd  taxtasının 

üstünlüyünü  hiss  etməyə  baĢlamıĢlar.  Çünki,  bu  Ģəraba  heç  bir 

kənar  iy,  dad  vermir,  onun  keyfiyyətinin  yaxĢılaĢmasına  səbəb 

olur. Lakin məsaməli olduğuna görə, Ģərabda oksidləĢmə prosesləri 

getməsini  təmin  edir.  Məhz  özünün  bir  sıra  üstünlüklərinə  görə 

palıd  taxtasından  hazırlanmıĢ  qablar  (çəllək,  but,  çən)  Ģərabçılıq 

sənayesində  geniĢ  tətbiq  sahəsi  tapmıĢdır.  Lakin  qeyd  etmək 

lazımdır  ki,  palıd  ağacının  bütün  cinslərindən  və  bütün  torpaq-

iqlim  Ģəraitində  yayılanlardan  keyfiyyətli  qablar  hazırlanması 

mümkün  deyildir.  Qafqaz,  Ukrayna,  Belarus,  Tatarıstan  və 

BaĢqırdıstanda  becərilən  palıd  ağacı  quraq  və  zəif  torpaqlarda 

böyümüĢ palıd ağacı hesab olunur.  

Palıd  qablardan  yüksək  keyfiyyətli  Ģərablar  (markalı  Ģərablar) 

istehsalında, konyak spirtinin yetiĢdirilməsində və s. geniĢ istifadə 

edilir. Palıd qablar-çəllək, but və çən kimi fərqlənir.  



Çəllək. Çəlləklər 5; 10; 15; 20; 30; 40; 45; 60 dal həcmlərində 

hazırlanır.  Çəllək  üçün  yaxĢı  qurudulmuĢ,  standartın  tələblərinə 

cavab verən, nəmliyi 15 faizdən yüksək olmayan palıd taxtasından 



 

~ 116 ~ 


 

istifadə etmək lazımdır (Ģəkil 4.2).  

 

 

Şəkil 4.2. Çəllək 




Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin