M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə56/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   52   53   54   55   56   57   58   59   ...   76
İAK.Kitab.son

9.İxtisar və qısaltmalar
9.1. İxtisar və qısaltmalar aşağıdakı kimi yazılır:
9.1.1. tam ixtisarlar və qısaltmalar aid olduqları sözlərə uyğun olaraq böyük hərflə yazılır: Azərbaycan Respublikası - AR, Birləşmiş Millətlər Təşkilatı - BMT, Milli Məclis - MM və s.;
9.1.2. tam ixtisarlar ümumi isimlərə aid olduqda kiçik hərflə yazılır: metr - m, cild - c, və sairə - və s., və başqaları - və b.;
9.1.3. yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akademik – akad., doktor – dok., dosent - dos., professor – prof., Azərbaycan Nəşriyyatı - Azərnəşr və s.
9.2. İxtisarlara əlavə edilən şəkilçilər son səsin tələffüzünə uyğun olaraq ya­zılır: AMEA-dan, MDB-nin, UNESKO-nun, İSESKO-da, BDU-ya və s.
10. Sözün sətirdən sətrə keçirilməsi
10.1. Sözlər sətirdən sətrə hecalarla keçirilir: və-tən, mək-təb-li-lər və s.
Sözün bir saitdən ibarət olan hecasını sətrin sonunda saxlamaq və ya yeni sət­rə keçirmək olmaz: a-ilə, a-zadlıq, iddi-a və s. Bu qəbildən olan sözlər sətirdən sətrə bu şəkildə keçirilir: ai-lə, azad-lıq, id-dia və s.
10.2. Saylar rəqəmlə yazıldıqda, onlara artırılan şəkilçilər sətirdən sətrə ke­çi­ril­mir: 5-cilər, 7-ci, 9-da və s.
10.3. Mürəkkəb ixtisarlar və onlara artırılan şəkilçilər sətirdən sətrə keçirilmir.
10.4. Ad və ata adlarının bir hərfdən ibarət qısaltmalarını (M.F.Axundzadə, M.S.Ordubadi, Y.V.Çəmənzəminli və s.) sətrin sonunda saxlamaq olmaz.
10.5. Durğu işarələri yeni sətrə keçirilmir.
Leksik norma

Ədəbi dilin normalarından biri olan Leksik norma hər bir kəsdən dilin lüğət tərkibindəki sözlərin məna çalarını bilib,məqamında düzgün işlətməyi tələb edir.Leksik normada əsas prinsip işlədilən sözlərin mənaca aydınlığıdır.Nitqin anlaşıqlı olması üçün sözlərin mənası danışana da,dinləyənə də məlum olmalıdır.Hər bir söz müəyyən semantikaya malik olduğu üçün onun düzgün yerində işlədilməsi nitq sahibindən asılıdır.Azərbaycan ədəbi dili çox zəngindir.Burada milli mənşəli sözlərlə yanaşı alınma sözlərə də rast gəlinir.Söz ümumxalq dilində müxtəlif variantlarda işlənsə də, ədəbi dildə yalnız bir variantda qəbul olunur.Leksik normanın əsas tələblərindən biri də məhz ədəbi dildəki variantından istifadə edilməsidir.Danışan öz nitqində alınma sözlərə və ya dialektizmlərə çox yer verərsə,onların mənası bütün dinləyicilərə eyni dərəcədə anlaşıqlı olmaz.Sözün ədəbi dilindəki variantını isə hər bir kəsin bilməsi vacibdir.


Dilin lüğət tərkibindəki sözlər ifadə etdikləri mənanın tutumuna,kəmiyyət və dərəcəsinə görə eyni olmur.Bəzi sözlər həmişə hər məqamda yalnız bir məna ifadə edir.Belə sözlər təkmənalı sözlər adlanır.Bəzi sözlər isə oz mənalarından başqa mənalar da ifadə edir.Belə sözlər isə çoxmənalı sözlər adlanır.Dilin lüğət tərkibini təşkil edən sözlər tarixi inkişaf prossesi nəticəsində müəyyən semantikaya malik olur.Sözlər öz yerində işlənmirsə mənası tam anlaşılmır,fikir düzgün ifadə olunmur və nəticədə nitq mədəniyyətinin tələbləri ödənilmir.Sözlərin məna incəliklərinə diqqət yetirməklə və düzgün istifadə etməklə yanaşı leksik norma tələb edir ki söz dəqiq və ifadəli olsun.Sözlərin mənasının subyektiv və obyektiv səbəblərdən pozuması, dəyişdirilməsi nitqin mənasına xələl gətirir və leksik normanın tələbləri pozulur. Dilimizdə əsl türk sözləri ilə yanaşı, həm formaca, həm də məzmunca türkləşmiş ərəb və fars mənşəli sözlər işlənir. Yadda saxlamaq lazımdır ki, dünyanın başqa dillərində olduğu kimi, Azərbaycan dilində də leksik (leksik – semantik) normanın keyfiyyətini milli leksik müəyyən edir.
Fonetik və qrammatik norma ilə müqayisədə leksik normada dəyişkənlik daha tez olur.

  • Milli leksika, yəni əsl türk sözləri ədəbi dildə alınma sözlərlə müqayisədə daha fəaldır, yüksək tezliklə işlənir. İkinci yeri milliləşmiş alınma leksika tutur

  • Leksik norma hər hansı bir şəxsdən sözün mənasına bələd olmağı, onu düzgün, yerində işlətməyi tələb edir

  • Hər bir söz tarixi inkişaf prosesinin nəticəsində müəyyən məna – məzmun ((semantika) qazanır.

Leksik normanın tələbinə görə hər bir söz öz yerində işlənməlidir. Söz yerində işlənmirsə, demək fikir düzgün ifadə olunmur və nitq mədəniyyətinin tələbi ödənilmir.

Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin