Məcidova Səbinə Dövlət və bələdiyyə idarəetməsi



Yüklə 63,66 Kb.
səhifə2/4
tarix05.12.2023
ölçüsü63,66 Kb.
#172668
1   2   3   4
Bençmarkinq metodu (1)

Administrator

Yurisdiksiya

Nəzarət orqanı

ASX Benchmarks Limited

Avstraliya

Australian Securities and Investments Commission

Barclays Bank Plc

Böyük Britaniya

Financial Conduct Authority

Bloomberg Index Services Limited

Böyük Britaniya

Financial Conduct Authority

China Securities Index Company Limited

Çin

-

Citigroup Global Markets Limited

Böyük Britaniya

Financial Conduct Authority

Fərqli bazarların göstəricilərinin dinamikasını müqayisə etmək daha yüksək böyümə və ya azalma dərəcəsi olan bazarları və sektorları müəyyənləşdirməyə və müvafiq aktivlərin alqı-satqısı barədə qərar qəbul etməyə imkan verir. Bir göstərici olaraq, göstərici investisiya fondu idarəçiliyinin effektivliyini təhlil etmək üçün istifadə edilə bilər. Çox vaxt fondun gəlirliliyi milli fond indeksinin artım sürəti ilə müqayisə olunur. Rusiyada birja göstəricisi RTS İndeksi və ya Moskva Birja İndeksi. Amerika Birləşmiş Ştatları üçün Dow Jones, S&P 500 və NASDAQ indeksləri göstərici rolunu oynayır. 2000-ci illərdə indeks fondları populyarlıq qazandı, aktivlərinin quruluşu seçilmiş indeksin strukturunu təkrarlayır və nəticədə oxşar gəlir təmin edir. Bəzən idarəetmə şirkəti fondun investisiya bəyannaməsinə əsasən öz indeks göstəricisini hesablayır. Fondun faktiki gəlirliliyinin göstərici ilə göstərilən potensial gəlirliliklə müqayisəsi, fond idarəçiliyinin effektivliyini qiymətləndirməyə imkan verir.
Qiymətləndirmələrin istifadəsi həm aktiv, həm də passiv portfel rəhbərliyi üçün universal bir təcrübədir. Yaranan portfelin gəlirlilik göstəricisini müqayisə etmək, aktiv portfelin və ya fond menecerinin vəzifəsinin öhdəsindən nə qədər yaxşı gəldiyini göstərir. Passiv portfel rəhbərliyində onun performansı izləmə xətası ilə ölçülür, yəni göstərici portfelindən nə qədər və nə qədər bir sapma olub. Ən populyar meyarlara səhm indeksləri (S&P 500 kimi), istiqraz indeksləri (Lehman Brothers Bond Index) və ya əmtəə indeksləri (Goldman Sachs) daxildir. Portfel idarəetməsindəki göstəricilər mühafizəkar pensiya və ya istiqraz portfellərinin müqayisə edildiyi inflyasiya kimi makroiqtisadi göstəricilərlə təmsil oluna bilər.
Marketinqdə ürəyiniz istədiyiniz qədər benchmark ortaya çıxartmaq mümkündür. Burda əsas odur ki, benchmarking ilə rəqibin araşdırılmasını qarışdırmayasan. Rəqibi araşdırmaq, rəqibin bütün fəaliyyətləri barədə xəbərdar olmaq marketer üçün vacibdir. Amma rəqibin marketinq fəaliyyəti nə qədər effektivdir sualına cavab tapmaq üçün artıq benchmarking etmək lazım gələcək. Marketinq benchmarklarına keçmədən qabaq gəlin 4 əsas benchmarking üsulu ilə tanış olaq:

1. Rəqiblə benchmarking


Burda benchmark göstəriciləri birbaşa rəqiblər ilə müqayisə olunur və müvafiq dəyərləndirmə aparılır. Məsələn, brend tanınmasına görə sizin brend 90%. rəqib isə 95% göstəriciyə sahibdir.

2. Funksional benchmarking


Burda önəm verdiyiniz benchmarklar digər sahələrdəki şirkətlərin göstəriciləri ilə müqayisə olunur. Məsələn, ən vacib marketinq benchmarklarından biri olan müştəri məmnunluğu indeksində geyim mağazası özünü telefon satışı mağazası ilə müqayisə edə bilər.

3. Ümumi benchmarking


Bəzən şirkət vacib hesab etdiyi göstəricilərini beynəlxalq ortalamalar və ya dünya səviyyəsində (Avropa ölkələrində) qəbul olunmuş normativlər ilə müqayisə etmək istəyə bilər. Sirr deyil ki, dünya artıq vahid bir bazar olmağa çox yaxındır və rəqabəti biz təkçə ölkə daxilində deyil, xarici bazarlardan da hiss edirik. Çinin ucqar bir kəndində olan istehsal müəssisəsi öz mallarını Alibaba və ya Amazon vasitəsi ilə dünyanın hər yerinə sata bilir. Bu səbəbdən də xüsusən beynəlxalq bazarlara çıxmağı planlayan şirkətlər qlobal səviyyədə tədbiq olunan benchmarkları nəzərə almalıdırlar.

4. Daxili benchmarking


Şirkətin öz daxili benchmark göstəriciləri də ola bilər: məsələn müxtəlif şöbələr, fərqli filiallar, satış menecerləri və agentləri arasında. Ən yaxş misallardan biri qənaətçilikdir: şöbələr elektik sərfiyyatını bir-biri ilə benchmark edə bilərlər. Ya da kağızdan istifadəni. Satış yönümlü şirkətlərdə satış agentləri bir-biri ilə yarışırsa rəhbərlərin təyin etdiyi bir benchmark göstəricisi ola bilər: məsələn, hər müştəridən ortalama qazanc məbləği. Planlama olaraq da bir çox şirkət benchmark olaraq keçən ilki göstəriciləri rəhbər tutub yeni il üçün benchmarklar təyin edə bilər.
İndi isə gəlin marketinqdə ən çox ratlanan bir neçə benchmarkla tanış olaq:

Yüklə 63,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin