Məcidova Səbinə Dövlət və bələdiyyə idarəetməsi


Ümumi sayt ziyarətçilərinə nisbətdə malı zənbilə atanların faizi



Yüklə 63,66 Kb.
səhifə3/4
tarix05.12.2023
ölçüsü63,66 Kb.
#172668
1   2   3   4
Bençmarkinq metodu (1)

Ümumi sayt ziyarətçilərinə nisbətdə malı zənbilə atanların faizi: Bu göstərici ümumi olaraq onlayn mağazanın və mağazadakı malların müştəri üçün nə qədər cəlb edici olduğunu göstərir. Zənbilə atmaq hələ almaq demək deyil. Bu əmsalı yüksək etmək üçün siz malı və qiyməti daha maraqlı, saytdan istifadəni daha rahat və təklifləri daha məqsədli etməlisiniz.
Müştərini qazanma qiyməti: Bir müştərini qazanmaq üçün ortalama olaraq biz reklama və marketinqə nə qədər xərcləyirik? Bu xərc qarşılığında hər müştəridən əldə etdiyimiz gəlir nə qədərdir? Bu suallara cavab verərək biz, hər bir istiqamət üzrə reklamın nə qədər effektiv olduğunu deyə bilərik. Elə də ola bilər ki, məsələn radio reklamdan gələn hər müştəri üçün ortalama 25 manat xərcləyək, amma hərəsi bizə cəmi 20 manatlıq xeyir gətirsin. Belə olduğu halda radio reklamın effektiv olmadığını deyə bilərik.
Müştəri məmnuniyyəti indeksi: Marketinq bizə müştərini məmnun etmək üçün lazımdır, çünki məmnun müştəri loyal alıcı və brendi digər insanlara reklam edən brend vəkilidir. Bu səbəbdən də hər şirkət üçün müştəri məmnuniyyəti indeksi ən vacib benchmarklardan biridir. Bu göstəricinin maksimumu yoxdur. Kim deyibsə hamını məmnun etmək mümkün deyil, səhv deyir. Məmnun müştərini daha çox məmnun etmək lazımdır.
Loyal müştəri faizi: Müştəriləriniz arasında neçə faizi ancaq sizin məhsulu alır? Bir mağazada olmasa belə, rəqibi almayıb digər mağazada sizin malı axtarır? Bu göstərici nə qədər yüksək olarsa, satışlarınız o qədər yüksək, reklam xərcləriniz də bir o qədər aşağı olacaq.
ROMI (return on marketing investment): marketinq xərclərinin gəlir gətirmə əmsalı. Marketinqə xərclədiyimiz (yatırım etdiyimiz) büdcə bizə nə qədər qazandırır? Reklam olmasa biz nə qədər satış edərik? Reklam satışı nə qədər artıra bilir? Bu suallara cavab verə bilmək niyə vacibdir? Çünki, marketerin işinin effektivliyi bunlarla ölçülür. Marketinq fəaliyyəti nə qədər düzgün təşkil olunsa, ideya nə qədər orijinal və kreativ olsa satış bir o qədər artacaqdır. Nəticədə ROMI əmsalı da yüksək olacaq.

Yüklə 63,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin