168
Filadelfiya, Hyuston, San-Fransisko, Klivlend, Detroyt, Boston və başqa şəhərlərindəki muzey, bədii qalereya
və şəxsi kolleksiyalarında yüzlərlə xalq ustalarımızın nadir əsəri vardır.
Burada saxlanılan sənət əsərlərimizin əksəriyyətini xalça, parça, bədii metal və saxsı nümunələri təşkil
edir.
Tarix etibarı ilə ABŞ-da saxlanılan sənət əsərlərimiz içərisində ən qədimi metal məmutlarıdır.
Ən qədim metal sənəti nümunəmiz hazırda ABŞ-ın Nyu-York şəhərindəki Metropoliten və San-Fransisko
şəhərindəki Asiya incəsənəti muzeyindədir.
Metopoliten muzeyində saxlanılan bədii metal sənəti əsərlərimiz içərisində ən
maraqlısı Urmiya gölü ətrafında Ziviyə mahalından tapılmış e.ə. VIII-əsrlərə aid
edilən zərgərlik nümunələridir.
Bu sənət əsərləri içərisində qızıldan düzəldilmiş bir bilərzik öz bədii xüsusiyyət
və icrasına görə bir çox dünya sənətşünaslarının diqqətini özünə cəlb etmişdir.
ABŞ-da orta əsrlərə aid edilən metal sənəti nümunələrimiz xüsusilə çoxdur.
Bunlara Nyu-Yorkda Piyerpont Morqanın şəxsi kolleksiyasında saxlanılan XII-XIII
əsrlərə aid edilən Naxçıvanda düzəldilmiş bürünc qabı, Cənab Hararinin şəxsi
kolleksiyasında saxlanılan 703-cü il hicri tarixli yəni (1304-cü il) və üzərində "Olcayt
Xudabəndə" sözləri yazılmış bürünc qabı və yenə həmin kolleksiyada saxlanılan
istirlabl, Klivlend incəsənət muzeyində saxlanılan zəngin ornamental bəzəkli XII əsrə
aid bürünc qabı və başqa nümunələri aid etmək olar.
Başqa xarici ölkə muzeyləri, əntiq mallar mağazası və şəxsi
kolleksiyalarında olduğu kimi ABŞ-da da Azərbaycan sənətkarlığını ən çox
xalça sənətimiz təmsil edir.
Hazırda bu ölkədə yurdumuzun əsas sənət mərkəzlərində toxunmuş
minlərlə xovlu və xovsuz, ornamental və əla növlü xalça sənəti nümunələrimiz
vardır.
ABŞ-da ən qədim Azərbaycan xalçaları Nyu-Yorkun Metropoliten
muzeyində nümayiş etdirilir.
Bu tipli xalçalarımızdan birini nəzərdən keçirək.
Boston
gözəl
sənətlər
muzeyində
saxlanılan dairə formalı məxmər hissəsi öz
üzərindəki təsvirləri ilə diqqəti daha çox cəlb edir.
Dostları ilə paylaş: