Mədəniyyət və turizm Mündəricat


Böyük Britaniyada  Azərbaycan sənətkarlığı  nümunələri



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə118/136
tarix02.01.2022
ölçüsü7,85 Mb.
#2600
1   ...   114   115   116   117   118   119   120   121   ...   136
Böyük Britaniyada  Azərbaycan sənətkarlığı  nümunələri. Xalqımızın 
nadir sənət nümunələri saxlandığı yerlərdən biri də Böyük Britaniyadır.  
Bu  ölkənin  London,  Birminqem,  Qlazko,  Liverpul,  Mançester 
şəhərlərində  yerləşən  muzey,  əntiq  mallar  mağaza  və  şəxsi  kolleksiyalarında 
hazırda bədii xüsusiyyət daşıyan yüzlərlə sənət əsərimiz vardır.  
Sənətkarlıq  baxımından  Azərbaycan  ustalarının  ən  orijinal  əsərləri 
hazırda Londonun Viktoriya və Albert muzeyində toplanmışdır.  
Azərbaycana aid olan sənət nümunələri muzeyin Yaxın Şərq bölməsində 
nümayiş etdirilir. Bunlar bədii parça, tikmə, xalça, zərgərlik, saxsı və digər sənət əsərlərindən ibarətdir.  
Tarixi  baxımından  Viktoriya  və  Albert  muzeyində  toplanmış  sənət  əsərlərimiz 
içərisində ən qədimi 1319-cu il tarixli bürünc camdır.  
Viktoriya  və  Albert  muzeyində  saxlanılan  xalq  sənət  nümunələrimiz  içərisində  ən 
görkəmli yeri Azərbaycan xalçaları tutur. Bunları öz bədii və texnoloji xüsusiyyətlərinə görə 
iki  qrupa  bölmək  olar:  birinci  qrupa  XVI  əsr  Təbriz 
xalçaları,  ikinci  qrupa  XVI-XIX  əsrdə  toxunmuş  Quba-
Şirvan, Gəncə-Qazax və Qarabağ xalçaları daxildir.  
Londonun  xalça  muzeyində  1892-ci  ildə  Qarabağda 
toxunmuş xalça nümayiş etdirilir.  
Viktoriya  və  Albert  muzeyində  nümayiş  etdirilən 
Təbriz  xalçaları  içərisində  1539-cu  ildə  Təbrizdə  Şah 
Təhmasibin  sifarişi  ilə  Ərdəbil  məscidi  üçün toxunmuş  və 
elm aləmində "Şeyx Səfi" adı ilə məşhur olan xalını xüsusilə 
qeyd etmək lazımdır.  
Viktoriya  və  Albert  muzeyində  saxlanılan  XVII-XIX  əsr  Azərbaycan 
xalçaları  vaxtı  ilə  Qubada,  Bakıda,  Şamaxıda,  Qazaxda  və  Qarabağda 
toxunmuşdur.  
Başqa dünya muzeylərində olduğu kimi Viktoriya və Albert muzeyində 


169 
 



170 
 
gözəl bir gümüş barıt qabı üzərində biz "Şamaxılı Seyidzadə" (inventar № 832), qundağı və lüləsinin yatağa 
bərkidilən  yerləri  qara  savadla  naxışlanmış  gümüş  hissəciklərlə  örtülən  tapança  üzərində  isə  "əməli  Əli" 
(inventar  №  766),  dəstəyi  fil  sümüyündən,  tiyəsi  nəbati  ornament  motivləri  ilə  bəzədilmiş,  38,2  sm, 
uzunluğunda olan kiçik bir xəncər üzərində "əməli Məhəmməd Ərdəbili" (inventar № 1178) sözlərini, uzunluğu 
51,1sm, tiyəsi əyri bir xəncərüzərində isə həm sənətkarın, həm xəncər sahibinin adını oxuyur.  
Bern tarix muzeyində saxlanılan Azərbaycan silahları üzərində "Bakı", "Quba", "Əməli Səməd", "Ömər" 
sözlərinə və digər adlara da rast gəlirik.  
Bundan  əlavə  Bern  tarix  muzeyinin  Şərq  bölməsində  XVIII-XIX  əsrlərdə  xalqımızın  məişətində  geniş 
istifadə edilən miss ev avadanlıqları nümunələri də vardır. Bu orijinal formalı mis qab-qacaqlarımız muzeyin 
divarına bənd edilmiş böyük bir stentdə taxçanı andıran çərçivələr içərisində nümayiş etdirilir.  

Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin