Almaniya Federativ Respublikasında Azərbaycan sənətkarlığı nümunələri. Almaniya Federativ
Respublikasında Azərbaycan el sənətkarlığını yeganə bir növ xalça sənətimiz təmsil edir.
Hazırda Bonn, Hamburq, Münhen, Köln, Düsseldorf, Frankfurt-Mayn,
Manheym və s. şəhərlərdə yerləşən muzey, əntiq mallar mağazalarında və şəxsi
kolleksiyalarda minlərlə xalça sənəti nümunələrimiz saxlanılır.
Bu ölkədə adi kütləvi xarakter daşıyan xalçalarımızla yanaşı, yüzlərlə müxtəlif
əsrlərdə yurdumuzda toxunmuş çox nadir sayılan nümunəvi xalçalara da rast gəlmək
olur.
Orijinallıq baxımından 1960-cı ildə Münxen şəhərindəki əntiq mallar
mağazasında nümayiş etdirilən XVIII əsr Qazax xalçası da diqqəti cəlb edir.
Öz konstruktiv quruluşu ilə Şərq aləmində geniş yayılmış, ucları dörd müxtəlif
tərəfə ayrılan svastikasını andıran bu bəzəklər elə real səpgidə toxunmuşdur ki, sanki
onlar bir nöqtə ətrafında fırlanaraq hərəkət edir. Bu ornament elementinə biz təkcə
"Damğalı" adını almış bu tipli Qazax xalçalarında deyil, dekorativ-tətbiqi sənətimizin
başqa növlərində də rast gəlirik.